"Bu qəzanın baş verməsində təqsiri olan bütün tərəf və dövlətlər məsuliyyətə cəlb edilməlidir" - DEPUTAT

"Bu qəzanın baş verməsində təqsiri olan bütün tərəf və dövlətlər məsuliyyətə cəlb edilməlidir" - DEPUTAT"Məlum olduğu kimi bir neçə gün bundan əvvəl Çeçenistana uçan Azərbaycan təyyarəsi Aktau şəhərində qəzaya uğradı. Öncə hadisədə həyatını itirənlərin yaxınlarına səbir, yaralılara şəfa diləyirəm".

Bunu Sonxeber.az-a deputat Ceyhun Məmmədov danışıb.

O, açıqlamasında qeyd edib ki, kimliyindən asılı olmayaraq hər kəs qəza ilə bağlı açıqlamalarda çox soyuqqanlı, diqqətli və ehtiyatlı olmalı, dövlətlərarası əlaqə və münasibətlərə xələl gətirməməli, birlik və həmrəyliyimizi qorumalıdır:

"Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev hadisəyə operativ reaksiya verərək Rusiyaya səfərini ləğv etdi, təyyarədə olarkən komissyanın yaradılması barədə müvafiq tapşırıqlar verdi, Azərbaycanlı nazirlər Qazaxısatana səfər etdi, Prezident İlham Əliyev Azərbaycana dönən kimi, hava limanında müşavirə keçirdi, aidiyyatı strukturlara müvafiq tapşırıqlar verdi.
Hazırda Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən dövlət qurumları qəza hadisəsinin ətraflı və dəqiq araşdırlması üçün bütün zəruri addımları atır. Dövlət üzərinə düçəni edir.
Təəssüflə qeyd etmək lazımdır ki, hadisə baş verən kimi müxtəlif spekulyasiları gördük. Həm daxildən həm də xaricdən idarə olunan bir sıra qruplar hadisəni quru sərhədlərinin bağlı olması ilə əlaqələndirməyə cəhd etdilər. Sanki quru sərhədlər açıq olsa idi təyyarə reysləri olmayacaq və qəza hadisəsi baş verməyəckdi.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, quru sərhədlərin bağlı olması ölkəmizin milli təhlükəsizliyi, dövlətimizin təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərlə bağlıdır. Sərhədlərin bağlı olması məhz bu zərurətlə bağlıdır. Hazırda həm regionda, həm dünyada baş verən proseslər bizdən bu addımları atmağı zəruri edir. Hamı bu məsələyə anlayışla yanaşmalıdır. Dövlətin başqa heç bir marağı yoxdur.
Eyni zamanda, hesab edirəm kimliyindən asılı olmayaraq hər kəs qəza ilə bağlı açıqlamalarda çox soyuqqanlı, diqqətli və ehtiyatlı olmalı, ümumdövlət maraqlarından çıxış etməli, dövlətlərarası əlaqə və münasibətlərə xələl gətirməməli, birlik və həmrəyliyimizi qorumalıdır.
Eyni zamanda, bütün vətəndaşlar dövlətin yanında olmalı həmrəylik nümayiş etdirməlidirlər. Hər kəs bilməlidir ki, bu gün biz eyni zamanda ciddi informasiya müharibəsi və feyk xəbərlərlə ilə üz-üzəyik. Kimlərsə bu hadisədən hansısa dövlətlərə və kimlərəsə qarşı istifadə etməyə cəhd edəcəkdir. Buna imkan verməməliyik. Eyni zamanda, bu qəzanın baş verməsində təqsiri olan bütün tərəf və dövlətlər məsuliyyətə cəlb edilməli, günahkarlar cəzalandırılmalıdırlar. Bunun üçün də nə lazımdırsa dövlətimiz edəcək.
Ona görə hər bir informasiya və məlumat dəqiqləşdirilməli və rəsmi mənbələrə istiand edilməlidir. Dövlət hər zaman üzərinə düşəni edib, bu gündən sonar da edəcək. Buna hər kəs əmin olsun".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1766   Tarix: 28 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr