7 yaşlı Sərvəti anası və ögey bacısı döyə-döyə öldürdü

7 yaşlı Sərvəti anası və ögey bacısı döyə-döyə öldürdüTürkiyədə 7 yaşlı oğlanı anası və ögey bacısı döyə-dəyə öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhərinin Fateh qəsəbəsində baş verib.

Təqsirləndirilən şəxs özbəkistanlı ögey bacı 20 yaşlı Mehribanu Nəbiyevanın sözlərinə görə, 7 yaşlı Sərvət Nəbiyev əynində sadəcə köynək olduğu halda alt paltarsız halda 5 yaşlı bacısı Mələyi qucaqlayıb. Bunu gördüyü üçün o, dəmir boru ilə Sərvətin ayaqlarına və bədəninə vurub. Zərbələrin təsirindən azyaşlı huşunu itirib. Ögey bacı uşağın üzünə su tökərək onu ayıldıb. Ona su versə də, içməyib. Mehribanu Nəbiyevanın sözlərinə görə, anası Nilufər Nəbiyeva da evə gələndən sonra hadisəni eşidib və Sərvəti vurub. Bundan sonra ana uşağına zorla yemək yedirib və o, yediklərini qusaraq, yatıb. Səhəri günü isə Sərvət yuxudan oyanmayıb.

Uşağı vuran ana və ögey bacı saxlanılaraq, istintaqa təhvil veriliblər. Məhkəmə-tibbi ekspertiza şöbəsi uşağın döyülərək öldüyünü sübuta yetirib. Təqsirləndirilən şəxslər barəsində "qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda" maddəsilə cinayət işi açılıb. Prokuror onların 8 ildən 12 ilədək həbsini tələb edib.

Təqsirləndirilən şəxslər barəsində yaxın günlərdə Ağır Cinayətlər Məhkəməsi yekun qərar verəcək.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1112   Tarix: 05 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021