"Olduqca ciddi, cavabsız suallar mövcuddur" - POLİTOLOQ
"Azərbaycan Prezidenti İlham Əliyevin qəzaya uğrayan təyyarənin "qara qutu"larının açılmasına və oradakı məlumatların təhlil olunmasına xüsusi önəm verməsinin olduqca ciddi səbəbləri mövcuddur. Çünki, "qara qutu" təyyarənin üzləşdiyi situasiya, qəzanın səbəbləri ilə bağlı daha detallı məlumatları özündə saxlayır. Bu məlumatlar açıldıqdan sonra bir çox qaranlıq suallara cavab tapılacaq".
Bunu Sonxeber.az-a politoloq Elçin Xalidbəyli danışıb.
O, açıqlamasında qeyd edib ki, "qara qutu"larda olan məlumatlar hazırda müəmmalı xarakter daşıyan bir çox sualların cavabını tapmaqda kömək edəcək əsas vasitədir:
"Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan təyyarəsinin qəzaya uğraması ətrafında olduqca ciddi və çoxsaylı suallar mövcuddur. Sualların hər birinin ayrı-ayrılıqda detallı cavablandırılması vacibdir. Xüsusilə təyyarənin Qroznidə yerə endirilməkdən imtina edilməsi və hadisənin hansı vəziyyətdə baş verməsi ilə bağlı suallara cavab tapılması lazımdır.
Eyni zamanda təyyarənin yaxınlıqdakı hava limanlarına deyil, daha təhlükəli və riskli marşrut olan Aktau istiqamətinə yönləndirilməsinin səbəbləri aydınlaşdırılmalıdır. Çünki burada Azərbaycan təyyarəsi məqsədyönlü şəkildə vurulubsa, onda təyyarəni Aktauya yönləndirməklə onun dənizə düşməsini istəyiblər və bununla da hərbi cinayətin üstünün ört-basdır edilməsinə cəhd göstəriblər.
Olduqca ciddi, cavabsız suallar mövcuddur. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "qara qutu"ların açılmasına və oradakı məlumatların təhlil olunmasına xüsusi önəm verməsi tamamilə başa düşüləndir. Çünki məhz "qara qutu"larda olan məlumatlar hazırda müəmmalı xarakter daşıyan bir çox sualların cavabını tapmaqda kömək edəcək vasitədir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2146 Tarix: 06 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Brüsseldə Zəfər Günü qeyd olunub
Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. "Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyini
9 noyabrPrezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib
10 noyabrSarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11 noyabrPrezident və xanımının Türkiyəyə səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını
11 noyabrŞuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11 noyabrXİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür. Düny
10 noyabr