"Rusiya qəzaya səbəb olan şəxsləri cəzalandırmalı və dəymiş ziyana görə Azərbaycana təzminat ödəməlidir" - DEPUTAT
"Bu gün Cənab Prezidentin söylədiyi fikirlər, verdiyi müsahibələr sırf Azərbaycanın milli maraqlarının qorunması üçün atdığı addımlardır. Çünki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən "Embraer 190 AR" təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində Azərbaycana həm maddi və texniki ziyan dəyib, həm də vətəndaşlarımız həlak olub. Ən önəmlisi isə Azərbaycan-Rusiya dostluğuna və strateji əməkdaşlığına zərbə dəyib".
Bunu Sonxeber.az-a deputat Fariz İsmayılzadə danışıb.
Deputat açıqlamasında qeyd edib ki, Azərbaycan hər zaman öz milli maraqlarına uyğun siyasət yeridib:
"Cənab Prezident İlham Əliyev üçün dövlətimizin və xalqımızın milli maraqları daim hər şeydən üstün olub.
Bizim gözləntimiz, tələblərimiz ondan ibarətdir ki, Rusiya bu faciədə cavabdeh olan insanları cəzalandırsın və dəymiş ziyana görə təzminat ödəsin. Cənab Prezident İlham Əliyev həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə səsləndirdiyi fikirlər də məhz, Azərbaycanın milli maraqlarının qorunmasına yönəlib.
Azərbaycan bütün qonşu ölkələrlə ikitərəfli və bərabər əsaslarla münasibət qurmağa hazırdır. Lakin, öz milli maraqlarının da tapdalanmağına imkan vermir, vətəndaşların qorunmasına yönəlik siyasət yeridir. Eyni zamanda bunu öz qonşularından da gözləyir ki, onlar da öz həcminə və ərazisinə baxmayaraq, Azərbaycana hörmətlə və beynəlxalq hüquqa əsaslanmış addımlarla davransın. Təəssüf ki, Rusiya bu məsələdə özünü müttəfiq kimi aparmayıb.Ümid edək ki, Rusiya qısa müddət ərzində qəzaya səbəb olan şəxsləri cəzalandıracaq və dəymiş ziyana görə Azərbaycana, qəza nəticəsində həlak olan şəxslərin ailələrinə təzminat ödəyəcək".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 3011 Tarix: 07 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ümummilli lider Heydər Əliyevin anım günüdür
Bu gün bütün türk dünyasının fəxri, dünyaşöhrətli müdrik şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anım günüdür. xatırladır ki, Heydər Əliyevin vəfat etməsindən 22 il ötür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-d
12 dekabr2025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI)
2025-ci ili başa vurmaq üzrəyik. Bu il siyasi sferada bir sıra yeniliklərlə, ələxüsus da bəzi məmurların yüksək vəzifəyə təyinatı ilə yadda qaldı. Bizim.Media 2025-ci ildə yüksək dövləti vəzifələrə təyinat alan şəxslərin siyahısını hazırlayıb. Həmin siyahını təqdim edirik:. Samir Şərifov. Prezidenti
18 dekabrPrezidentdən 1,4 milyonluq - Sərəncam
Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,4 milyon manatı ayrılıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Maliyyə Nazirliyin
19 dekabrÖlkəmizdə humanizmin növbəti təntənəsi
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden
18 dekabr"Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı" - Bəhruz Quliyev
Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı. İlham Əliyev - bu irsin qalib varisi və yeni dövrün fateh Sərkərdəsi. Azərbaycan tarixinin ən çətin və məsuliyyətli dövrlərində meydana çıxmış böyük şəxsiyyətlər var. Onlar yalnız yaşadıqları dövrün deyil, bütöv bir millətin taleyini dəyişən liderlə
12 dekabr"Azərbaycan tarixində ən böyük amnistiya aktı gözlənilir" - AÇIQLAMA
"Azərbaycan tarixində ən böyük amnistiya aktı gözlənilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən suverenliyimizin tam bərpa olunması və Konstitusiyamızın qəbul edilməsinin 30 ilinin tamam olması ilə əlaqədar "Konstitusiya və Suverenlik" ili çərçivəsində ölkəmizd
17 dekabr