"Rusiya qəzaya səbəb olan şəxsləri cəzalandırmalı və dəymiş ziyana görə Azərbaycana təzminat ödəməlidir" - DEPUTAT

"Rusiya qəzaya səbəb olan şəxsləri cəzalandırmalı və dəymiş ziyana görə Azərbaycana təzminat ödəməlidir" - DEPUTAT"Bu gün Cənab Prezidentin söylədiyi fikirlər, verdiyi müsahibələr sırf Azərbaycanın milli maraqlarının qorunması üçün atdığı addımlardır. Çünki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən "Embraer 190 AR" təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində Azərbaycana həm maddi və texniki ziyan dəyib, həm də vətəndaşlarımız həlak olub. Ən önəmlisi isə Azərbaycan-Rusiya dostluğuna və strateji əməkdaşlığına zərbə dəyib".

Bunu Sonxeber.az-a deputat Fariz İsmayılzadə danışıb.

Deputat açıqlamasında qeyd edib ki, Azərbaycan hər zaman öz milli maraqlarına uyğun siyasət yeridib:

"Cənab Prezident İlham Əliyev üçün dövlətimizin və xalqımızın milli maraqları daim hər şeydən üstün olub.

Bizim gözləntimiz, tələblərimiz ondan ibarətdir ki, Rusiya bu faciədə cavabdeh olan insanları cəzalandırsın və dəymiş ziyana görə təzminat ödəsin. Cənab Prezident İlham Əliyev həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə səsləndirdiyi fikirlər də məhz, Azərbaycanın milli maraqlarının qorunmasına yönəlib.

Azərbaycan bütün qonşu ölkələrlə ikitərəfli və bərabər əsaslarla münasibət qurmağa hazırdır. Lakin, öz milli maraqlarının da tapdalanmağına imkan vermir, vətəndaşların qorunmasına yönəlik siyasət yeridir. Eyni zamanda bunu öz qonşularından da gözləyir ki, onlar da öz həcminə və ərazisinə baxmayaraq, Azərbaycana hörmətlə və beynəlxalq hüquqa əsaslanmış addımlarla davransın. Təəssüf ki, Rusiya bu məsələdə özünü müttəfiq kimi aparmayıb.Ümid edək ki, Rusiya qısa müddət ərzində qəzaya səbəb olan şəxsləri cəzalandıracaq və dəymiş ziyana görə Azərbaycana, qəza nəticəsində həlak olan şəxslərin ailələrinə təzminat ödəyəcək".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3515   Tarix: 07 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, ölkədə aparılan islahatlar və görülən böyük miqyaslı işlər Azərbaycanın iqtisadi qüdrətini artıraraq onun dünyanın aparıcı dövlətləri sırasında yer almasına imkan vermişdir. Ölkəmizdə hökm ürən tərəqqi, inkişaf və ilk növbədə təhlükəsizlik məsələlər

28 sentyabr
.

Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu, forumda səslənən fikirlər, imzalanan müqavilələr, investisiya sənədləri və Prezident İlham Əliyevin bu mötəbər tədbirdə iştirakı və keçirdiyi görüşlər dünya mediasının diqqətində olub. Türkiyənin, Rusiyanın, Avropa, Mərkəzi Asiya və digə

26 sentyabr
.

Azərbaycan etibarlı investisiya məkanıdır

Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci etibarlı tərəfdaş kimi Azərbaycan Beynəlxalq İnvestisiya Forumu müxtəlif ölkələri təmsil edən dövlət rəsmilərini, qlobal investorları, beynəlxalq maliyyə institutlarını, beyin mərkəzlərinin nümayəndələrini və biznes liderlərini bir aray

28 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

27 sentyabr
.

Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayevə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Sənan Paşayevin dosyesini təqdim edir:. O, Prezident İlham Əliyevin 23 may 2023-cü il sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının prokuror

28 sentyabr
.

Azərbaycan qlobal bağlantıların mərkəzində

Qlobal iqtisadi münasibətlərin yeni mərhələsində Azərbaycan investisiya qəbul edən ölkə olmaqla yanaşı, kapitalın, texnologiyanın, enerjinin və ticarət axınlarının birləşdiyi mühüm regional platformaya çevrilməsi ilə diqqət çəkir. Dünya iqtisadiyyatında son illər baş verən proseslər də investisiyaları

28 sentyabr
.

Azərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir

Azərbaycanın bugünkü iqtisadi göstəriciləri onun son 20 ildə keçdiyi sürətli iqtisadi inkişaf yolunu əks etdirir. Belə ki, ölkəmizin ümumi daxili məhsulu 7 milyard ABŞ dollarından 76 milyard dollara yüksəlib. Bu, iqtisadiyyatın nominal həcminin təxminən on dəfə artması deməkdir. Eyni zamanda, adambaşın

29 sentyabr
.

İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) iştirakına dair video paylaşılıb. paylaşımı təqdim edir:

26 sentyabr
.

İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO+YENİLƏNİB

Sentyabrın 26-da Bakı şəhər halqasında "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışı keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər. Qeyd edək ki, "Formula-1" Azərbayca

26 sentyabr