Azərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir

Azərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyirAzərbaycanın bugünkü iqtisadi göstəriciləri onun son 20 ildə keçdiyi sürətli iqtisadi inkişaf yolunu əks etdirir. Belə ki, ölkəmizin ümumi daxili məhsulu 7 milyard ABŞ dollarından 76 milyard dollara yüksəlib. Bu, iqtisadiyyatın nominal həcminin təxminən on dəfə artması deməkdir. Eyni zamanda, adambaşına düşən ÜDM 900 dollardan 7 500 dollara yüksələrək səkkiz dəfədən çox artım göstərib. Azərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir. Sosial-iqtisadi inkişafın mühüm göstəricilərindən biri kimi yoxsulluq səviyyəsi isə 45 faizdən təxminən 5 faizə enib. Bu inkişafın mühüm dayaqlarından biri də ölkəyə cəlb olunan investisiyalardır. Son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib və bunun yarısı birbaşa xarici investisiyaların payına düşüb.
Bu iqtisadi nəticələrin formalaşmasında infrastruktur və dövlət investisiyaları da mühüm rol oynayıb. Son illərdə sosial proqramlara, müdafiə sahəsinə, yollara, elektrik və su təchizatına, dəmir yollarına, məktəblərə və xəstəxanalara böyük həcmdə vəsait yönəldilib. Xüsusilə işğaldan azad olunmuş ərazilərin bərpasına 26 milyard manat həcmində vəsait ayrılıb, növbəti ilin dövlət büdcəsindən isə bu sahəyə 3,4 milyard manat ayrılır. Bu genişmiqyaslı investisiyalar yalnız mövcud infrastrukturun yenilənməsinə deyil, həm də gələcək iqtisadi fəallıq və yeni investisiya imkanları üçün zəmin yaradır.
Məhz formalaşmış bu iqtisadi və infrastruktur bazası Azərbaycanın beynəlxalq investorlar üçün təqdim etdiyi imkanların genişlənməsinə şərait yaradıb. 25-26 sentyabr 2026-cı ildə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas mövzusu "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" olub. Forum qlobal investorları, beynəlxalq maliyyə institutlarını və biznes liderlərini bir araya gətirib. Ümumilikdə təxminən 30 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edən investorların iştirakı Azərbaycanın investisiya imkanlarına beynəlxalq marağın miqyasını göstərib. Forum çərçivəsində ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb.
Forumda səsləndirilən fikirlər də Azərbaycanın investisiya strategiyasının artıq yalnız neft-qaz sektoru ilə məhdudlaşmadığını göstərir. Uzunmüddətli və dayanıqlı iqtisadi artım üçün bərpaolunan enerji, logistika, nəqliyyat, mədənçilik, rəqəmsal infrastruktur və süni intellekt kimi sahələr yeni investisiya istiqamətləri kimi önə çıxır. Xüsusilə Xəzərin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialının olması və Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkənin regional investisiya imkanlarını artırır.
Bu proses Azərbaycanın artıq yalnız xarici investisiya cəlb edən ölkə kimi deyil, eyni zamanda qlobal infrastruktur aktivlərinə investisiya edən institusional investor kimi çıxış etməsi ilə də müşayiət olunur. 2026-cı ilin yanvarında Davosda ARDNF, BlackRock və GIP arasında uzunmüddətli əməkdaşlıq üzrə niyyət protokolu imzalanıb. Sənəddə GIP-in idarə etdiyi infrastruktur fondlarına və birgə investisiya imkanlarına 3-4 il ərzində 1,5 milyard dollara qədər kapital qoyuluşu imkanlarının nəzərdən keçirilməsi nəzərdə tutulur. ARDNF-GIP əməkdaşlığı çərçivəsində İtaliyanın yüksəksürətli qatar operatoru "Italo"ya və Londonun Qatvik hava limanına birgə investisiyalar həyata keçirilib. Eyni zamanda, Azərbaycanda regional bulud texnologiyaları və süni intellekt tələbatına xidmət edə biləcək data mərkəzləri və infrastruktur üzrə investisiya imkanlarının araşdırılması nəzərdə tutulur.
Bu əməkdaşlıq kontekstində BlackRock və onun tərkibində fəaliyyət göstərən Global Infrastructure Partners (GIP) xüsusi əhəmiyyət daşıyır. BlackRock dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkətlərindən biridir. GIP isə enerji, hava limanları, limanlar, dəmir yolları, data mərkəzləri, su və digər iri infrastruktur aktivlərinə investisiya üzrə ixtisaslaşıb. Buna görə də Prezident İlham Əliyevin GIP rəhbəri Adebayo Ogunlesi ilə görüşünü qlobal infrastruktur kapitalı ilə əməkdaşlıq kontekstində nəzərdən keçirmək mümkündür.
Azərbaycanın investisiya üstünlükləri sırasında onun coğrafi mövqeyi də xüsusi yer tutur. Ölkəmiz Xəzər, Mərkəzi Asiya və Cənubi Qafqazı Avropa bazarları ilə əlaqələndirən daha geniş iqtisadi məkanın bir hissəsidir. Bu baxımdan nəqliyyat, logistika, enerji, hava limanları, data mərkəzləri və süni intellekt infrastrukturu kimi sahələrdə Azərbaycanın əhəmiyyəti artır. Prezidentin çıxışında da logistika, nəqliyyat və bağlantılar iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri kimi qeyd olunur. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatacağı, 2030-cu ilədək isə 25 milyon tona yüksəldilməsinin hədəfləndiyi bildirilib.
Bu baxımdan Azərbaycan-Ermənistan arasında nəqliyyat bağlantılarının genişlənməsi də regional iqtisadi əlaqələr üçün yeni imkanlar yarada bilər. Belə bağlantılar Transxəzər marşrutunun inkişafına və Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında daha geniş nəqliyyat-logistika şəbəkəsinin formalaşmasına töhfə verə bilər.
Son günlərdə Nyu-Yorkda Azərbaycan, Ermənistan, Gürcüstan, Mərkəzi Asiyanın beş ölkəsi və 40-dan çox şirkətin TRIPP və daha geniş Transxəzər marşrutuna investisiya məsələlərini müzakirə etmək üçün bir araya gəlməsi də bu prosesin iqtisadi ölçüsünün genişləndiyini göstərir. 40-dan çox şirkətin prosesə cəlb olunması dövlətlərarası müzakirələrə özəl sektorun da daha fəal şəkildə qoşulduğunu göstərən mühüm amildir.
Bütün bu imkanların reallaşdırılması üçün isə iqtisadi göstəricilərlə yanaşı, sabitlik, təhlükəsizlik və proqnozlaşdırılan biznes mühiti xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın xarici borcunun ÜDM-ə nisbətinin 5,6 faiz olması və valyuta ehtiyatlarının xarici borcu təxminən 20 dəfə üstələməsi ölkənin maliyyə dayanıqlığının əsas göstəricilərindəndir. Eyni zamanda, milli valyutanın 2017-ci ilin aprelindən ABŞ dollarına nisbətdə 1,7 manat səviyyəsində sabit qalması da vacib amillərdən biri olub.
Beləliklə, Azərbaycanın son 20 ildə formalaşdırdığı iqtisadi və maliyyə bazası, geniş infrastruktur imkanları, əlverişli coğrafi mövqeyi və yeni enerji və rəqəmsal iqtisadiyyat istiqamətləri ölkənin növbəti mərhələdə investisiya siyasətinin əsas dayaqlarını təşkil edir. Qarşıdakı əsas məsələ isə mövcud potensialı daha çox qeyri-neft sektoruna, yüksək texnologiyalara, logistika və yaşıl enerjiyə yönəldərək iqtisadi şaxələndirməni sürətləndirməkdir. Prezidentin çıxışında da qeyd edildiyi kimi, ÜDM-in 70 faizindən çoxu artıq qeyri-neft sektorunun payına düşsə də, ixracın 90 faizindən çoxu hələ də neft və qazın payına düşür. Bu fərqin azaldılması Azərbaycanın gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 99   Tarix: 29 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, ölkədə aparılan islahatlar və görülən böyük miqyaslı işlər Azərbaycanın iqtisadi qüdrətini artıraraq onun dünyanın aparıcı dövlətləri sırasında yer almasına imkan vermişdir. Ölkəmizdə hökm ürən tərəqqi, inkişaf və ilk növbədə təhlükəsizlik məsələlər

28 sentyabr
.

Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu, forumda səslənən fikirlər, imzalanan müqavilələr, investisiya sənədləri və Prezident İlham Əliyevin bu mötəbər tədbirdə iştirakı və keçirdiyi görüşlər dünya mediasının diqqətində olub. Türkiyənin, Rusiyanın, Avropa, Mərkəzi Asiya və digə

26 sentyabr
.

Azərbaycan etibarlı investisiya məkanıdır

Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci etibarlı tərəfdaş kimi Azərbaycan Beynəlxalq İnvestisiya Forumu müxtəlif ölkələri təmsil edən dövlət rəsmilərini, qlobal investorları, beynəlxalq maliyyə institutlarını, beyin mərkəzlərinin nümayəndələrini və biznes liderlərini bir aray

28 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

27 sentyabr
.

Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayevə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Sənan Paşayevin dosyesini təqdim edir:. O, Prezident İlham Əliyevin 23 may 2023-cü il sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının prokuror

28 sentyabr
.

Azərbaycan qlobal bağlantıların mərkəzində

Qlobal iqtisadi münasibətlərin yeni mərhələsində Azərbaycan investisiya qəbul edən ölkə olmaqla yanaşı, kapitalın, texnologiyanın, enerjinin və ticarət axınlarının birləşdiyi mühüm regional platformaya çevrilməsi ilə diqqət çəkir. Dünya iqtisadiyyatında son illər baş verən proseslər də investisiyaları

28 sentyabr
.

Azərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir

Azərbaycanın bugünkü iqtisadi göstəriciləri onun son 20 ildə keçdiyi sürətli iqtisadi inkişaf yolunu əks etdirir. Belə ki, ölkəmizin ümumi daxili məhsulu 7 milyard ABŞ dollarından 76 milyard dollara yüksəlib. Bu, iqtisadiyyatın nominal həcminin təxminən on dəfə artması deməkdir. Eyni zamanda, adambaşın

29 sentyabr
.

İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) iştirakına dair video paylaşılıb. paylaşımı təqdim edir:

26 sentyabr
.

İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO+YENİLƏNİB

Sentyabrın 26-da Bakı şəhər halqasında "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışı keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər. Qeyd edək ki, "Formula-1" Azərbayca

26 sentyabr