"Juninyonun cibindən bir milyon ödəyəcəyi yalan xəbər idi" - "Qarabağ" rəsmisi

"Juninyonun cibindən bir milyon ödəyəcəyi yalan xəbər idi" - "Qarabağ" rəsmisiXəbər verdiyimiz kimi, "Qarabağ"ın forvardı Olavio Juninyonu Braziliyanın "Flamenqo" və İspaniyanın "Sevilya" klubu transfer etmək istəyir.

"Qafqazinfo" xəbər verir ki, ötən günə qədər "sambaçı"nın Avropada karyerasını davam etdirmək istədiyi və "Sevilya" ilə anlaşdığı deyilirdi.

"Flamenqo"nun məsələyə ciddi yanaşması isə vəziyyəti dəyişib. Braziliya və İspaniya mətbuatının yazdığına görə, cənubi amerikalılar forvard üçün daha yaxşı təklif göndərib.

Məsələyə isə "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov aydınlıq gətirib. O, saytımıza açıqlamasında bu keçidlə bağlı son vəziyyəti açıqlayıb: "Əslində, vəziyyət fərqlidir. Mediada yazılanların hamısı doğru deyil. Məsələn, bir neçə gün öncə ispaniya mətbuatı yazmışdı ki, Juninyo "Sevilya"ya getmək üçün cibindən "Qarabağ"a 1 milyon avro ödəyəcək. Amma bu danışıqların heç bir mərhələsində müzakirə mövzusu belə olmayıb. Bizə təklif göndərən klublara gəlincə, onlar əvvəl də var idi, indi də var. Sadəcə belədir ki, danışıqlar uzandıqca hansısa klubun mövqeyi güclənir, digəri zəifləyir. Amma bu o demək deyil ki, bir klubun təklifi digərindən zəifdir. İndi vəziyyət elədir ki, hər an hər şey dəyişə bilər. Yekunlaşmaq o deməkdir ki, məsələdə üçtərəfli müqavilə imzalansın. Hazırki durumda isə konkret nəsə yoxdur. Danışıqların növbəti mərhələsindəyik. Yaxın günlərdə hadisələrin inkişafı barədə daha dəqiq nəsə olacaq".

Qeyd edək ki, İspaniya mətbuatının yazdığına görə, "Sevilya" "Qarabağ"a Juninyo üçün təxminən 4 milyon avro, futbolçunun özünə isə illik 700 min avro maaş təklif edib. "Flamenqo" isə "Qarabağ"a təxmini olaraq 5 milyon avro, futbolçuya isə illik 2 milyon avrodan çox maaş verəcək.
"Juninyonun cibindən bir milyon ödəyəcəyi yalan xəbər idi" - "Qarabağ" rəsmisi


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1364   Tarix: 08 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı

Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar

18 oktyabr
.

"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib

Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə

12 oktyabr
.

İngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar

İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər

14 oktyabr
.

"Barselona"nın futbolçusu Xavi Espart Ramosun rekordunu qıraraq tarixi nailiyyətə imza atıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Xavi Espart tarixi nailiyyətə imza atıb. xəbər verir ki, 19 yaşlı cinah müdafiəçisi buna Fransada PSJ-yə uduzduqları (2:4) UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin II turunun oyununda fərqlənməklə nail olub. Kataloniya təmsilçisinin yetirməs

21 oktyabr
.

FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto

Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır

20 oktyabr
.

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır. xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib. Ali futbol qurumu Bakıda keçiriləcək turnirlə bağlı post paylaşıb və Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb:. "Bura 66 günə AFFA tərəfində

22 oktyabr
.

Azərbaycan boksçusu Avropa çempionu oldu

Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il

11 oktyabr
.

Güləşçimizdən DÇ-də gümüş medal

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb. "Qafqazinfo" xəbər verir ki, o, finalda qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olub. Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşç

14 oktyabr
.

Azərbaycan Basketbol Liqasında IV tur başlayır

Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək. xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Son ölkə çempionu "Sabah" NTD-ni sınağa çəkəcək. Görüş Milli Gimnastika Arenasında, saat 19:00-da start götürəcək. Ehtiyatda daha bir oyunu olan "Sabah" 4 xall

23 oktyabr