"Azərbaycan İran da daxil olmaqla, bütün qonşuları ilə normal tərəfdaşlıq prinsiplərinə uyğun siyasət həyata keçirir" - AÇIQLAMA
Yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.
Bu barədə Prezident İlham Əliyevin İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul etdiyi görüşdə bildirilib.
Bəs görəsən bu iclas Azərbaycan və İran arasındakı münasibətlərə necə təsir edəcək?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az – a açıqlama verib:
"Azərbaycan İran da daxil olmaqla bütün qonşuları ilə normal tərəfdaşlıq prinsiplərinə uyğun siyasət həyata keçirir. Lakin təəssüflər olsun ki, çox zaman İrandan adekvat addımlar görə bilmirik. Amma bütün bunlara baxmayaraq iki ölkə arasında hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi münasibətlərimizin gələcəyi ilə bağlı müəyyən razılaşmaların əldə edilməsi, bir çox problemli məsələlərin müzakirə edilməsi baxımından önəmli və əhəmiyyətlidir. Hər halda bu iclasda Azərbaycanı narazı salan və narahat edən məqamlara toxunulacaq. Bu gün İranda bəzi şəxslərin Azərbaycan və Türkiyə əleyhinə dezinformasiya kompaniyası həyata keçirməsi çox narahatedici məqamdır və əsla iki ölkə arasındakı qonşuluq münasibətlərinin ruhuna uyğun gəlmir. Bu baxımdan da, hesab edirəm ki, İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi bu məsələlər bağlı məlumatlandırılıb. Ümid edirik ki, İran obyektiv addımlar atacaq. Ölkəsindəki anti-Azərbaycan ritorikasının kökünü kəsəcək və doğurdan da iki ölkə arasındakı normal münasibətlərin təşəkkül tapmasına çalışacaq. Çünki, bunun əksi bölgədə neqativ auranın yaranmağına səbəb olur. Bu isə arzuolunan deyil".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Sabunun məişətdə 10 faydalı istifadə üsulu
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin: Nəticəni dəyişdirir