Mühüm əhəmiyyət kəsb edən beynəlxalq forum

Mühüm əhəmiyyət kəsb edən beynəlxalq forumSəmimi ikitərəfli siyasi və iqtisadi əlaqələr əsasında dünyanın əksər inkişaf etmiş dövlətləri ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanda müxtəlif istiqamətlərdə investisiya qoymağı planlaşdırır, investisiyalar qoyur. Bu, hər iki tərəf üçün əlverişli iqtisadi inkişaf anlamında etibarlı zəmin yaradır. İnvestisiya baxımından müxtəlif vaxtlarda beynəlxalq forumlar keçirilib.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev indiyə kimi görülmüş işləri, iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən aparıcı beynəlxalq şirkətlərin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etdiyini, əlverişli investisiya mühitinə görə Azərbaycana son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunduğunu xatırladaraq bildirdi ki, "...biz iqtisadi inkişafın ümumi tenden¬siyasına uyğunlaşmalı, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik. Əsas prioritetlərin bir neçəsini qeyd edərdim. Onlardan biri bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var..."
Dövlət başçımız çıxışında iqtisadiyyatın ikinci hərəkətverici qüvvəsinin logistika, nəqliyyat və bağlantılar olduğunu, Azərbaycanın fiziki infrastruktur yaratdığını, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdırdığını, dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışdığımızı da bildirərək qeyd etdi ki, "Əlavə elektrik enerjisi potensialına sahib olaraq biz sözsüz ki, iki istiqamətə diqqət yetiririk. Birincisi, süni intellekt data mərkəzləri ilə bağlı daxili tələbatı ödəmək üçün bu enerjidən maksimum dərəcədə necə istifadə etmək və onu necə ixrac etmək olar? Ötürücü xətlərimiz var, lakin onlar yetərli deyil. Beləliklə, hazırda biz yeni ötürücü xətlər üzərində işləyirik, mövcud olanları genişləndiririk və yenilərini inşa edirik. Bu, həmçinin gələcək iqtisadi inkişafın mühüm tərkib hissəsi ola bilər".
Ərazilərinin işğaldan azad edilməsi, ərazi bütövlüyünün tam bərpa olunması Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldib. Tolerant dövlət kimi, bəşəri dövlət kimi, siyasi və iqtisadi nüfuzu yüksələn Azərbaycan etibarlı tərəfdaş kimi ikitərəfli iqtisadi əlaqələri daha müxtəlif istiqa¬mətlərdə və daha müxtəlif formatlarda genişləndirir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: "Bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik. Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Yeri gəlmişkən, biz hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biriyik. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu il həmin göstərici 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək, qeyd etdiyim kimi, hər iki istiqamətdə, - həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutlarında daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır. Bu məqsədlə biz qonşularımızla fəal əməkdaşlıq prosesindəyik".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bu gün olduqca aktual olan bir amili də xatırlatdı: dünyada ən önəmli amil siyasi və iqtisadi sabitlikdir. İştirakçılar bu amilin gərəkliyini istər öz dövlətlərinin timsalında, isərsə də münaqişəyə cəlb olunmuş dövlətlərin timsalında yaxşı bildiyindən dövlət başçımızın dediklərini bu Forum üçün qeyri-rəsmi beynəlxalq tezis kimi dinlədilər: ""Bu proses Azərbaycanda artıq 30 ildən çoxdur ki, davam edir. Biz 1990-cı illərdə müstəqilliyimizin erkən dövründən bəri çətinliklər yaşamışıq, Ermənistan ərazimizi işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. 1990-cı illərin əvvəlində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O zaman əhalimiz 8 milyon idi. Beləliklə bu, əslində humanitar fəlakət idi. Vətəndaş müharibəsi gedirdi və iqtisadiyyat tamamilə xaos içində idi".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında zaman anlamında Azərbaycanın dünənlərini də xatırlatdı. Bu xatırlatma da, Azərbaycan adlı bir məmləkətin zəngin yeraltı sərvətləri haqqında dedikləri də, o vaxtlar müasir anlamda ölkə olmasa da Azərbaycanın bu sərvətin, konkret olaraq neftin hasil edildiyi ilk ölkə olduğunun qürurla bildirilməsi də, bizim "...neft-qaz sənayesindəki təcrübəmiz yaxşı nümunədir. 1994-cü ildə Hasilatın pay bölgüsü haqqında Saziş imzalananda Qərbin enerji şirkətlərində çalışan əməkdaşların 90 faizindən çoxu əcnəbilər idi. İndi isə yəqin ki, əcnəbi əməkdaşların payı təxminən 5 faizdir. Bu, ölkənin inkişafına və potensialının formalaşdırılmasına misilsiz töhfə oldu. Hazırda çoxsaylı Azərbaycan vətəndaşı müxtəlif şirkətlərdə qlobal miqyasda fəaliyyət göstərir. Biz, həmçinin nümayəndələrimizin mühüm vəzifələr tutmasından məmnunuq və bununla fəxr edirik" fikri də ehtiramla dinlənildi.
Dövlət başçımız Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini 30 ilə yaxın bir müddətdə işğalda saxladığını, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik Azərbaycan Ordusunun torpaqlarımızı işağaldan döyüşlə azad etdiyini, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu xatırladaraq dedi: "Düşünürəm ki, ölkənin, ən azı XX əsr tarixinin özü kifayət qədər aydın şəkildə göstərir ki, bu ölkənin insanları bacarıqlıdırlar, onlar müstəqil yaşaya, ləyaqətlə yaşaya, müharibələr apara və qısa müddət ərzində müharibələrdə qalib gələ bilərlər. Onlar ərazi bütövlüyünü bərpa edə bilərlər. Yəqin ki, bu, bu əsrin və bəlkə də XX əsrin böyük bir hissəsinin tarixində yeganə belə haldır. Onlar milli maraqlara qətiyyətlə sadiqdirlər. Onlar dünyaya açıq¬dırlar..."
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu mahiyyət baxımından dünyəvi bir prosesin daha səmərəli inkişafını əhatələməklə Azərbaycan gerçəklikləri fonunda daha yaddaqalan, daha tarixi, daha dünyəvi oldu.

Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 171   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

27 Sentyabr - Anım Günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər - FOTO+YENİLƏNİB

Sentyabrın 27-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparatın, İşlər İdarəsinin şöbə müdirləri və müavinləri 27 sentyabr - Anım Günü münasibətil

27 sentyabr
.

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - FOTO

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə, o cümlədən qış idman növü üzrə yarışlar

26 sentyabr
.

Prezident: "Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır"

"Azərbaycan vasitəsilə daşımaları həyata keçirən təchizatçılar, eyni zamanda, bərədən, yəni Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikriləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbird

26 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

27 sentyabr
.

Azərbaycan etibarlı investisiya məkanıdır

Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci etibarlı tərəfdaş kimi Azərbaycan Beynəlxalq İnvestisiya Forumu müxtəlif ölkələri təmsil edən dövlət rəsmilərini, qlobal investorları, beynəlxalq maliyyə institutlarını, beyin mərkəzlərinin nümayəndələrini və biznes liderlərini bir aray

28 sentyabr
.

Qalib xalqın övladı olmaq, gənclər üçün qürurvericidir - ŞƏRH

"Uzun illər boyu Azərbaycan torpaqları işğal altında idi. Mənim ilkin gəncliyim dövründə həmin torpaqlar işğal edilmişdi və biz daim bunun əziyyətini yaşayırdıq. Xüsusilə beynəlxalq qurumlarda, təşkilatlarda və platformalarda fəal iştirak edən biri kimi tez-tez ermənilərlə üz-üzə gəlirdim. Onla

28 sentyabr
.

"Global Infrastructure Partners"in təsisçisi: "Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim"

"Azərbaycanda ÜDM 10 dəfə artaraq 76 milyard manata çatıb. Adambaşına düşən ÜDM isə 8 dəfə artıb. Ölkədə yoxsulluq dərəcəsi 45 faizdən 5 faizədək düşüb. Həmçinin Azərbaycanın iqtisadiyyatı olduqca yüksək sürətlə inkişaf edib". AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri II Azərbaycan Beynəlxal

26 sentyabr
.

İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO+YENİLƏNİB

Sentyabrın 26-da Bakı şəhər halqasında "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışı keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər. Qeyd edək ki, "Formula-1" Azərbayca

26 sentyabr
.

"Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO

Türkiyə ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlığa qarşı sosial mediada əsassız iddialar və dezinformasiya xarakterli paylaşımlar yayılır. xəbər verir ki, "Haber Global"da yayımlanan süjetdə iki ölkə arasındakı münasibətlərə kölgə salmağa yönələn sosial media paylaşımlarından bəhs olunub

27 sentyabr