Bakı Forumu ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir

Bakı Forumu ölkəmizin iqtisadi qüdrətinin göstəricisidirPrezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən ll Azərbaycan Beynəlxalq İnvestisiya Forumu sosial-iqtisadi sahə ilə bağlı dövlət siyasətinin əsas prioritetlərinin həyata keçirilməsinə xidmət edir.
Bu cür mötəbər tədbirin ölkə iqtisadiyyatı üçün əhəmiyyəti "Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında" 2026-cı il 7 avqust tarixli Prezident Sərəncamında açıq mətnlə təsbit olunur: "Azərbaycan Respublikasının iqtisadi və investisiya potensialının beynəlxalq səviyyədə təşviqi, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması və ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsi dövlətin sosial-iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindəndir".
Bu mötəbər tədbirin "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzuya həsr olunması həm də onu nümayiş etdirir ki, qlobal təhlükəsizlik arxitekturasında və dünya iqtisadiyyatında yaşanan təhlükəli çağırışlara baxmayaraq, Bakı Forumu mürəkkəb geosiyasi şəraitdən yeganə çıxış yolunu qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın təşviqində görür və Cənubi Qafqazı məhz belə əməkdaşlığın strateji mərkəzlərindən birinə çevirmək məqsədini hədəfləyir.
Prezident İlham Əliyevin sentyabrın 24-də Forum iştirakçılarına ünvanladığı təbrik məktubunda bu məqam xüsusi olaraq vurğulanır: "Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional əməkdaşlıq, əlaqəlilik, ticarət və investisiyalar üçün yeni imkanlar yaradır, eyni zamanda daha dərin iqtisadi inteqrasiyaya və diversifikasiyaya dəstək verir… Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir; formalaşmaqda olan Zəngəzur dəhlizi- TRIPP əlaqəlilik marşrutu kimi də tanınır-isə Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaqdır".
Azərbaycanın əldə etdiyi Zəfər və nəticədə Cənubi Qafqazda yaratdığı yeni reallıq ümumi rifahın əldə olunması üçün tarixi fürsət yaradır. Ən başlıcası, ölkəmizin siyasi müstəqilliyi, iqtisadi dayanıqlığı, təhlükəsiz və cəlbedici investisiya mühiti bu hədəfin gerçəkləşməsinə xidmət edir. "Fitch" və "Moody’s" kimi nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın suveren kredit reytinqinin investisiya səviyyəsinə yüksəldilməsi, qarşıdakı dövr üçün "sabit" və "müsbət" qiymətləndirilməsi iqtisadi cəlbediciliyin əyani göstəricisidir.
2020-ci ildən başlayaraq qeyri-neft sektorunda real ÜDM artımının orta hesabla 5 faiz səviyyəsində qərarlaşması, ötən il isə bu sektorun ÜDM-də payının 72 faizə çatması həm də onun göstəricisidir ki, ölkəmizdə suveren dəyər zəncirinin yaradılması istiqamətində atılan ardıcıl addımlar öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunda qeyd etdiyi kimi, "Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış müasir infrastruktur, vergi və gömrük güzəştləri, habelə dövlət-özəl tərəfdaşlığı mexanizmləri və tərəfdaş ölkələrlə təsis edilmiş birgə investisiya fondları investorlara dayanıqlı layihələrdə iştirak etmək və bütün regiona texnologiya, kapital və təcrübə gətirən tərəfdaşlıqlar qurmaq üçün geniş imkanlar açır".
Forum çərçivəsində ölkəmizin müvafiq qurumları ilə "XRG", "TotalEnergies", "Comstock", "Apollo", "SEFE", "Eni S.p.A.", "ExxonMobil", "Oracle", "VNG AG", "UFlex Group", "Carlsberg Group" və "Hong Kong Renteng International Trade Co. Limited" kimi dünyanın aparıcı şirkətləri arasında imzalanmış investisiya sazişləri, birgə kəşfiyyata və hasilata dair müqavilələr ona dəlalət edir ki, Azərbaycanın iqtisadi cəlbediciliyi qlobal biznes-strukturların diqqət mərkəzindədir. Prezident İlham Əliyevin iştirakı ilə bu gün Bakı Konqres Mərkəzində "Minkənd" Kiçik Su Elektrik Stansiyasının onlayn formatda keçirilən açılış törəni, həmçinin Mingəçevir Sənaye Parkında "Textile Horizon" MMC-nin "Tekstil Klasteri" layihəsi üzrə iri istehsal müəssisəsinin təməlqoyma mərasimi ölkəmizdəki investisiya mühitinə yüksək etimadın əməli təzahürüdür.
Sözsüz ki, istənilən investor, xüsusilə böyük sərmayədar üçün ən vacib məsələlərdən biri kapital yatırdığı ölkənin siyasi və iqtisadi sabitliyi ilə bağlıdır. Prezident İlham Əliyev sentyabrın 26-da Form iştirakçıları qarşısındakı çıxışı zamanı bu məqamı xüsusi vurğulayaraq qeyd etdi ki, Azərbaycanda siyasi və iqtisadi sabitlik 30 ildən çox hökm sürür. Bakı Forumunda dünyanın nüfuzlu şirkətlərinin iştirakı və ölkəmizlə iqtisadi əməkdaşlığa göstərilən aşkar maraq, ilk növbədə, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi vizyonu sayəsində ərsəyə gətirilən müstəqil və qüdrətli Azərbaycan reallığı ilə bağlıdır.
Bu gün bu reallığı hər kəs görür və onu etiraf etməkdən artıq çəkinmir. Əminəm ki, "Global Infrastructure Partners"in təsisçisi Adebayo Oqunlesinin Forumda səsləndirdiyi bu fikir böyük əksəriyyətin mövqeyini əks etdirir: "Ona görə də Azərbaycan xalqı İlham Əliyevi 5 dəfə Prezident seçib. Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim".

Mətin Hüseynov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 184   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın iqtisadi potensialı artmaqdadır

Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın qlobal iqtisadi proseslərdə artan rolunun, ölkənin investisiya imkanlarının və qarşıdakı inkişaf prioritetlərinin müzakirəsi baxımından mühüm platforma oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum çərçivəsind

28 sentyabr
.

27 Sentyabr - Anım Günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər - FOTO+YENİLƏNİB

Sentyabrın 27-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparatın, İşlər İdarəsinin şöbə müdirləri və müavinləri 27 sentyabr - Anım Günü münasibətil

27 sentyabr
.

Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

"Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir. Bu da yerli və xarici investisiyalar üçün gözəl bir fürsətdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə söyləyib. "Gücl

26 sentyabr
.

44 günlük müharibənin gələcək nəsillər üçün unudulmasına imkan vermək olmaz - ŞƏRH

"44 günlük müharibədə qələbə, sözsüz ki, Azərbaycanda böyüməkdə olan nəslin böyük mənəvi tərbiyə mənbəyidir. Bu, yeni nəslin yetişdirilməsi prosesində mühüm nümunə ola bilər. Onun təşviq və ilham mənbəyinə çevrilməsi üçün dövlətdən başlayaraq hər bir vətəndaşa qədər hər kəs bu istiqamətdə iş görməlidi

28 sentyabr
.

İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, "Azərbaycan alüminiumu"

28 sentyabr
.

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb. -a istinadən xəbər verir ki, söhbət zamanı hər il olduğu kimi, bu dəfə də paytaxtımızda "Formula-1" yarışlarının yüksək səviyyədə təşkil edildiy

26 sentyabr
.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. AZƏRTAC-a istinadən xəbər verir ki, "SOCAR, XRG və "TotalEnergies" şirkətləri arasında "Abşeron" qaz-kondensat yatağını

26 sentyabr
.

Azərbaycan investisiyalarının yeni mərhələsi

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, daxili və xarici siyasətin milli maraqlara uyğun qurulmasına, iqtisadi müstəqilliyin tam təmin edilməsinə xidmət edir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan beynəlxal

28 sentyabr
.

Bakı Forumu ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir

Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən ll Azərbaycan Beynəlxalq İnvestisiya Forumu sosial-iqtisadi sahə ilə bağlı dövlət siyasətinin əsas prioritetlərinin həyata keçirilməsinə xidmət edir. Bu cür mötəbər tədbirin ölkə iqtisadiyyatı üçün əhəmiyyəti "Azərbaycan Beynəlxalq İnvestisiy

28 sentyabr