"Əsrlər boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırım həyata keçirilib" - POLİTOLOQ
"Əlbəttə ki, Levon Ter-Petrosyanın fikirləri bir daha göstərir ki, Ermənistanda dövlət rəhbərliyində təmsil olunmuş adamlar şəxsiyyətlərinin kimliyindən asılı olmayaraq irqçilər olublar. Cənab Prezidentin yerli telekanala müsahibəsində vurğuladığı kimi, Ermənistanda faşizm dövlət səviyyəsində davam edir".
Bunu Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, Levan Ter-Petrosyan çıxışı ilə Serj Sarkisyanın etiraflarını davam etdirmiş kimi görünür:
"Levon Ter-Petrosyanın etirafları da bir daha göstərir ki, sistematik şəkildə əsrlər boyu Ermənilər tərəfindən Azərbaycanlılara soyqırım həyata keçirilib. Bu soyqırım siyasətləri də Ermənistanda dövlət siyasətinin bir parçası olub. Yəni, Ermənistanın Azərbaycanlılara qarşı həyta keçirdiyi etnik zəmindəki böyük cinayətlər Ermənistanda dövlət səviyyəsində təşkil edilən kollektiv cinayyətlər hesab edilməlidir. Bütün bunlar Ermənistanın terroru dövlət siyasəti halına gətirdiyini növbəti dəfə nümayiş etdirmiş olur. Faktiki olaraq Levan Ter-Petrosyan daha əvvəl Serj Sarkisyanın etiraflarını davam etdirmiş kimi görünür. Çünki, Serj Sarkisyan müsahibəsində Xocalı soyqırımında şəxsən iştirak etdiyini söyləmişdir. Levon Ter-Petrosyan da 1983-cü ildə verdiyi açıqlamasında həmvətənlərimizi Qərbi Azərbaycandan zorla qovduqların və saysız azərbaycanlıların qətlə yetirildiyini etiraf etmiş olur. Hesab edirəm ki, bütün bunlar beynəlxalq hüquq qarşısında ciddi arqumentlər və faktlar kimi dəyərləndirilməlidir. Tarix boyu Azərbaycanlılara qarşı etnik zəmndə görülməmiş cinayətlər həyata keçirən Ermənistan dövlət aparatı Levon Ter-Petrosyanın açıqlamaları ilə növbəti dəfə fiyaskoya məruz qalır və ifşa olunur. Bu bir daha göstərir ki, bizim qonşuluğumuzda faşizmi hələ də yaşadan, dirçəldən adamların siyasətdə yer aldığı, terroru özünün mahiyyət və prinsipi halına gətirmiş bir dövlət yerləşir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Sabunun məişətdə 10 faydalı istifadə üsulu
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin: Nəticəni dəyişdirir