"Mirzoyanın iddiaları tarixin saxtalaşdırılmasıdır" - Rəsmi Bakı

"Mirzoyanın iddiaları tarixin saxtalaşdırılmasıdır" - Rəsmi Bakı"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 8 yanvar 2025-ci il tarixli mətbuat konfransında "Qərbi Azərbaycan İcması" və ümumilikdə indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası ilə bağlı səsləndirdiyi iddialar Ermənistan tərəfindən tarixin saxtalaşdırılmasıdır".

Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən mətbuat konfransı zamanı "Qərbi Azərbaycan İcması" ilə bağlı səsləndirdiyi iddialara dair şərhində deyilir.

Ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimlərin adları dəyişdirilib. Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub. Bununla yanaşı, 1987-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 250 mindən artıq azərbaycanlı Ermənistandan qovulub. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur.

Sonuncu deportasiya zamanı, guya azərbaycanlılara qarşı kompensasiya ödənildiyi, onların könüllü şəkildə əraziləri tərk etdikləri barədə Ermənistan xarici işlər nazirinin iddiaları da tamamilə əsassızdır. Yalnız 1987-1991-ci illərdə etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi 216 nəfər azərbaycanlının qətlə yetirilməsi faktları bir daha sübut edir ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nə dərəcədə əzabla və qanla həyata keçirilib.

Qeyd edilənlər xüsusunda, Ermənistanın Azərbaycanın "Qərbi Azərbaycan İcması" ifadəsindən istifadə olunmasını "beynəlxalq hüquq pozuntusu", "ərazi iddiası" kimi təqdim etməsi riyakarlıqdır. Ermənistan rəsmilərinin azərbaycanlıların öz torpaqlarına qayıdış hüququnu müxtəlif bəhanələrlə təkzib etməsi, Azərbaycan ərazilərini "erməniləşdirmək" və Azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədinin açıq-aşkar nümunəsidir.

Azərbaycanlıların bölgədə mövcudluğunu problem kimi təqdim etmiş, azərbaycanlılara qarşı etnik təmizləməni və Azərbaycan ərazilərinin işğalını "600 illik problemin həlli" olduğunu bildirmiş keçmiş Ermənistan prezidenti Levon Ter-Petrosyanın və sonrakı digər erməni liderlərinin səsləndirdikləri fikirlər və yürütdükləri siyasət göstərib ki, irqçi-şovinist milli məfkurəsi hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib.

Qeyd edilənlərlə yanaşı, 2020-ci il müharibəsindən sonra Azərbaycanda silahlı qüvvələrini çıxarmaqdan imtina etmiş, erməni sakinlərin yerləşdiyi ərazilərdə hərbiləşmə siyasətini və qeyri-qanuni fəaliyyətini davam etdirmiş, erməni sakinlərin Azərbaycana reinteqrasiyası prosesinə mane olmuş Ermənistanın indi beynəlxalq hüquqdan danışması absurddur.

Ermənistan tərəfi indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş "Qərbi Azərbaycan İcmasının" nümayəndələrinin hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir. Ermənistanın "etnik uyğunsuzluq" konsepsiyasından və "etnik təmizləmə əsasında monoetnik dövlət titulu"ndan əl çəkib, dinc birgəyaşayışı seçdiyinin praktiki göstəricisi məhz "Qərbi Azərbaycan İcmasının" üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1092   Tarix: 08 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) iştirakına dair video paylaşılıb. paylaşımı təqdim edir:

26 sentyabr
.

İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO+YENİLƏNİB

Sentyabrın 26-da Bakı şəhər halqasında "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışı keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər. Qeyd edək ki, "Formula-1" Azərbayca

26 sentyabr
.

Azərbaycanın iqtisadi potensialı artmaqdadır

Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın qlobal iqtisadi proseslərdə artan rolunun, ölkənin investisiya imkanlarının və qarşıdakı inkişaf prioritetlərinin müzakirəsi baxımından mühüm platforma oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum çərçivəsind

28 sentyabr
.

Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır

27 sentyabr
.

"Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO

Türkiyə ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlığa qarşı sosial mediada əsassız iddialar və dezinformasiya xarakterli paylaşımlar yayılır. xəbər verir ki, "Haber Global"da yayımlanan süjetdə iki ölkə arasındakı münasibətlərə kölgə salmağa yönələn sosial media paylaşımlarından bəhs olunub

27 sentyabr
.

Mühüm əhəmiyyət kəsb edən beynəlxalq forum

Səmimi ikitərəfli siyasi və iqtisadi əlaqələr əsasında dünyanın əksər inkişaf etmiş dövlətləri ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanda müxtəlif istiqamətlərdə investisiya qoymağı planlaşdırır, investisiyalar qoyur. Bu, hər iki tərəf üçün əlverişli iqtisadi inkişaf anlamında etibarlı zəmin yaradır

28 sentyabr
.

Azərbaycan Prezidenti: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

"Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazdadır, amma Mərkəzi Asiya regionunda tamhüquqlu üzv olduq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. Əlbəttə ki, idarəçilik, inzibatçılıq

26 sentyabr
.

Bakı Forumu ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir

Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən ll Azərbaycan Beynəlxalq İnvestisiya Forumu sosial-iqtisadi sahə ilə bağlı dövlət siyasətinin əsas prioritetlərinin həyata keçirilməsinə xidmət edir. Bu cür mötəbər tədbirin ölkə iqtisadiyyatı üçün əhəmiyyəti "Azərbaycan Beynəlxalq İnvestisiy

28 sentyabr
.

Prezident: "30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür"

"Azərbaycanda çox önəmli bir amil siyasi və iqtisadi sabitlikdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. Dövlətimizin başçısı deyib ki, bu, Azərbaycanda artıq 30 ildən ço

26 sentyabr