Üç yaşlı uşaq anasız qaldı: Burun əməliyyatında ölən Nəzrinin ailəsi hər şeyi DANIŞDI - VİDEO
"Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
Musavat.com Baku TV-yə istinadla xəbər verir ki, verilişin budəfəki sayında aparıcı və müəllif Arzu Kəlbi burun əməliyyatından sonra komaya düşüb, yanvarın 12-də vəfat edən Nəzrin Mansurovanın evində olub.
Mərhumun bacısı Nərmin Paşabəylinin sözlərinə görə, bu, Nəzrin Mansurovanın ilk əməliyyatı imiş:
"Bacımın sağlamlığı ilə əlaqədar heç bir şikayəti olmayıb. Yanvarın 3-də əməliyyat olundu, 4-ü isə səhər saatlarında evə buraxıldı. Narkozdan ayılandan sonra kəskin başağrıları var idi. Ayın 4-də axşama doğru ağrıları kəskinləşdi, səhərə yaxın qusmağa başladı. Daha sonra vəziyyəti tamamilə pisləşdi. Bacım evini, uşağını tanımadı, tam anlaqsız vəziyyətdə idi".
N.Paşabəyli qeyd edib ki, bacısı əməliyyatdan 35 gün əvvəl müayinə olunub, həkim bu nəticələrə əsasən Nəzrini əməliyyat edib:
"O bizi əmin edirdi ki, hər şey normaldır. Sonra Nəzrini başqa xəstəxanaya apardıq. Sənan doktor həmin xəstəxanaya gəldi, Nəzrinin analizlərinə baxdı, "Hər şey normaldır" dedi. Amma biz bilirdik ki, bacımı itirəcəyik. Üç yaşında bir qızı var, dekabr ayında övladının 3 yaşını qeyd etdik. Belə olacağını təsəvvür etməmişdik. Qızının "Anam haradadır" sualına cavab tapa bilmirik. O, anasının sağalmağa getdiyini və qayıdacağını düşünür. Hələ ki heç birimiz özümüzdə cəsarət tapıb qızına anasının öldüyünü deyə bilmirik".
N.Mansurovanın atası isə insanları estetik əməliyyatlardan uzaq durmağa çağırıb:
"Sosial mediadakı yalançı reklamlara son qoyulmalıdır. Ətrafdan kimsə sizə "burnun əyridir" desə də, onlara fikir verməyin. Heç kimin burnu əyri deyil. Ona görə özünüzü ölümün pəncəsinə atmayın".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1917 Tarix: 18 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA
"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y
11 sentyabr 2021Nazir daha bir rəis təyin etdi
Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano
11 sentyabr 2021Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi
Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib
15 sentyabr 202152 yaşlı qadın intihar edib
Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır
14 sentyabr 202120 yaşlı oğlan itkin düşüb
Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl
13 sentyabr 2021Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil
11 sentyabr 2021Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl
11 sentyabr 202120 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO
Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə
14 sentyabr 2021Övladlarını çayın kənarına tərk etdilər - FOTO
ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs
16 sentyabr 2021