Uşaqları aqressiv olan valideynlərin NƏZƏRİNƏ: Balıq inanılmaz dərəcədə kömək edir
Bir çox faydalı xüsusiyyətləri ilə tanınan "omega-3" əlavələri aqressivlik səviyyəsini də azalda bilir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Pensilvaniya Universitetinin alimləri bəyan ediblər. Onların təxminən 4000 nəfəri əhatə edən geniş tədqiqatlarının nəticələri "Aggression and Violent Behavior" (AVB) jurnalında dərc edilib.
"Omega-3" yağ turşuları fiziki və psixi sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə çoxdan tanınır. Alimlərin sözlərinə görə, "omega-3" şizofreniyanın qarşısının alınması, aqressiya və antisosial davranışın azaldılmasına faydalıdır.
Alimlər 1996-2024-cü illər arasında aparılmış 29 nəzarət edilən sınağın məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, "omega-3" qəbulu qısa müddətdə aqressiyanı təsirli şəkildə 28% azalda bilər. Müsbət təsir 16 yaşadək uşaqlar və 50 yaşdan yuxarı böyüklər də daxil olmaqla müxtəlif qruplarda müşahidə edilib.
"Omega-3" həm reaktiv aqressiyanı (təxribata cavab), həm də proaktiv aqressiyanı (qəsdən aqressiv davranış) azaltmağa kömək edir. Alimlər hesab edirlər ki, sözügedən əlavə, iltihabı azaldır və beyində həyati prosesləri dəstəkləyir ki, bu da aqressiyanın tənzimlənməsinə kömək edir.
"Ən azı, aqressiyadan əziyyət çəkən uşaqları olan valideynlər öyrənə bilərlər ki, digər müalicə üsulları ilə yanaşı, həftədə əlavə bir porsiya balıq kömək edə bilər", - tədqiqatın müəlliflərindən biri qeyd edib.
Tədqiqatlar, həmçinin göstərib ki, balıq yağı əsaslı preparatlar ürək xəstəlikləri, insult və digər ürək problemləri riskini azalda bilər.
"Omega-3 cəmiyyətdə zorakılıq problemini həll edəcək universal vasitə deyil. Amma o kömək edə bilərmi? Yeni məlumatlara əsasən biz qətiyyətlə əminik ki, bəli", - deyə məqalədə vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1280 Tarix: 19 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ətçəkənin bıçaqlarını necə itiləmək olar? - Sadə üsul
Zaman keçdikcə hətta keyfiyyətli ətçəkənlər də əvvəlki kimi işləmir. Əti doğramaq əvəzinə əzir, mexanizm tez-tez tutulur, işləmə zamanı əlavə səs yaranır və əti çəkmək üçün daha çox güc tələb olunur. Bunun ən geniş yayılmış səbəbi bıçağın və tor hissəsinin kütləşməsidir. bu üsulları təqdim edir:. Xoşbəxtlikdən
14 iyunMedina "Qarabağ"dan getdi
"Qarabağ" Kevin Medina ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib. Qeyd edək ki, K.Medina 2020-ci ildən "Qarabağ"da çıxış edir. O, Ağdam klubunun heyətində 200-dən çox oyuna çıxıb, 6 dəf
17 iyunMətbəx dizaynında yeni dövr başlayır - Soyuducular gizlədilir
Mətbəx dizaynında səssiz, lakin nəzərəçarpacaq dəyişiklik baş verir. Bir vaxtlar mətbəxin diqqət çəkən və dominant elementlərindən biri olan soyuducu artıq açıq şəkildə görünmür. xəbər verir ki, onun yerini mətbəx mebellərinə uyğunlaşdırılmış, fasad arxasında gizlədilən quraşdırılan soyuducular tutur
18 iyunKondisionersiz evi sərin saxlamağın sadə yolları
Yay istisində otağı sərinlətmək üçün hər kəs kondisionerdən istifadə edə bilmir. Buna görə də bir çox insan daha sərfəli və sadə üsullarla evdə rahatlığı artırmağa çalışır. İtaliyalılar və ispanlar isti havaların təsirini azaltmaq üçün su ilə doldurulmuş butulkalar, pəncərəyə asılan nəm parçalar və qalı
14 iyunYaponlar niyə kökəlmir? - Kömək edən vərdişlər
Yaponların arıq qalmasının sirri möcüzəvi pəhrizdə deyil, sağlam həyat tərzini əks etdirən gündəlik vərdişlərdə gizlənir. Kiçik porsiyalarla qidalanmaq, balanslı rasiona üstünlük vermək, bol balıq və tərəvəz istehlak etmək, hər gün fiziki aktiv olmaq və şirniyyatdan ölçülü istifadə etmək onlara uzu
14 iyunMilçəklər ayaqları ilə çeynəyirlər - niyə onları ovlamaq çətindir?
Əlinizi milçəyə tərəf qaldırırsınız, amma o, bir göz qırpımında uçub gedir. Çoxlarına elə gəlir ki, milçək zərbəni əvvəlcədən hiss edir. Əslində isə bunun səbəbi tam başqadır. Alimlərin fikrincə, milçəklər ətraf aləmi insanlardan xeyli fərqli qəbul edir və buna görə təhlükədən çox sürətlə yayınırlar
18 iyun