"50 qəpik"də maşın yuyanların diqqətinə
Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir.
Sonxeber.az Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşaraq başlayır, sonra su ilə yaxalayırlar. Bəziləri üstündən mum da vurur ki, maşının səthi toz, su saxlamasın, rəngi parıldasın.
Amma belə məlum olub ki, bunlar düzgün ardıcıllıq deyilmiş. Əgər avtomobil sadəcə yolda toplanan tozdan çirklənibsə, problem deyil. Lakin çox palçıqlıdırsa, birbaşa köpük vurmaq olmaz, əvvəlcə islatmaq lazımdır.
Yumağa isə yuxarıdan başlayıb aşağıya doğru irəliləmək, su və köpüyün səthə bərabər paylanmasını təmin etməkdir. Daha bir vacib məqam: əgər avtomobil günəş altında saxlanılıbsa, "kuzov" köpük vurmaq üçün həddindən artıq isti ola bilər, xüsusilə tünd rəngli avtomobillər çox tez qızır.
İsti səthdə təmizləyici vasitə çirki effektiv şəkildə təmizləməyə macal tapmadan demək olar ki, dərhal quruyur və qalan qalıqlar plastik detallara zərər verə bilər. Buna görə də, isti havada yumağa sərin su ilə başlayaraq kuzovun soyumasını təmin etmək daha yaxşıdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1447 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəkimlərin də "olmaz" dediyi şeyi 90 il etdi - 117 il yaşadı
19-cu əsrdə doğulduğu bilinən sonuncu insan kimi tarixə düşən italiyalı Emma Moranonun (1899-2017) uzunömürlülük sirləri diqqət çəkir. 117 il ömür sürən Morano uzun yaşamağını iki əsas amillə - tək yaşamaq qərarı və 90 illik qidalanma vərdişi ilə əlaqələndirirdi. xəbər verir ki, Birinci Dünya müharibəsində
21 noyabrQəhvənin tərkibindəki maddənin bağırsaq iltihabına qarşı təsiri araşdırılıb
Qəhvə və bəzi digər bitkilərin tərkibində olan kofein turşusunun bağırsaqlarda iltihabı azaltmaq və onların qoruyucu baryerini möhkəmləndirmək potensialı aşkar edilib. xəbər verir ki, bu barədə Çinin alimlərinin "Phytomedicine" jurnalında dərc olunan araşdırmasında bildirilib. Tədqiqatçıla
25 noyabrMarsda 200 metrdən hündür sıldırım yamacları olan 29 mümkün buzlaq aşkarlanıb
Marsın şimal kraterlərində daş və toz qatlarının altında gizlənmiş ola biləcək 29 qədim buzlaq izi aşkar edilib. xəbər verir ki, alimlər bu geoloji strukturları Marsın Alba vulkanı ərazisində yerləşən 738 zərbə kraterini araşdırarkən müəyyən ediblər. Tədqiqat zamanı "Mars Reconnaissance Orbiter"
20 noyabrQabarcıqlı sellofan əslində nə üçün icad edilmişdi? - Maraqlı tarixçə
Bu gün kövrək əşyaların qablaşdırılmasında əvəzolunmaz vasitə olan qabarcıqlı sellofanın ilk istehsal məqsədi tamamilə fərqli olub. xəbər verir ki, məhsulun tarixi 1957-ci ildə ABŞ-ın Nyu-Cersi ştatında başlayıb. Mühəndis Alfred Fildinq və isveçrəli ixtiraçı Mark Şavann müasir görünüşlü plastik diva
21 noyabrİnsan öləndən sonra bədənində hansı dəyişikliklər baş verir?
İnsan həyatını itirdikdən sonra onun bədənində bir sıra bioloji və fiziki dəyişikliklər başlayır. Ürəyin dayanması, qan dövranının kəsilməsi və hüceyrələrin oksigensiz qalması orqanizmdə ardıcıl proseslərə səbəb olur. Bəs insan öldükdən sonra bədənində ilk olaraq nə dəyişir? Bu proseslər hansı ardıcıllıql
22 noyabrArıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq
Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə
17 noyabrYuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik
Yaponiyalı alimlər yuxuların şifrəsinin açılması istiqamətində ilk addımı atıblar. -ə istinadən bildirir ki, ATR institutunun əməkdaşları funksional MRT və maşın öyrənməsi texnologiyasından istifadə edərək insanların yuxuya gedərkən gördükləri obyektlərin kateqoriyalarını müəyyənləşdirməyə çalışıblar
25 noyabrQışa enerjili girmək üçün - 10 addım
Yay mövsümünün dinamik ritmi, uzun səfərlər və dəyişən günlük vərdişlərdən sonra soyuq aylara keçid həm orqanizm, həm də yaşayış mühiti üçün yeni balans tələb edir. "Qafqazinfo" xəbər verir ki, qışa daha gümrah və hazırlıqlı başlamaq üçün gündəlik rejimdə, qidalanmada və şəxsi qulluqda tətbi
20 noyabr