Ceyhun Hüseynovun QƏTLİ: General Rəhim Cəfərov DİNDİRİLDİ
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, yanvarın 22-də Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.
Əlahiddə Ümumqoşun Ordu komandanının keçmiş müavini, general-mayor Rəhim Cəfərov məhkəmədə şahid kimi ifadə verib.
Qeyd edək ki, ötən proseslərdə müdafiə tərəfi (vəkil Ələkbər Cəfərov tərəfindən) onun məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırıb və bununla bağlı vəsatət təmin edilmişdi.
Əlahiddə Ümumqoşun Ordunun sabiq komandanı, general-polkovnik Kərəm Mustafayevin məhkəməyə çağırılması vəsatətini isə məhkəmə təmin etməyib.
Məhkəmə prosesində digər şahidlərin də ifadələri dinlənilib.
Məhkəmə fevralın 7-dək təxirə salınıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynov ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.
Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunub.
Cinayət işi üzrə hərbi hissə komandiri, polkovnik Samir Mətləb oğlu Həziyev həbs olunub. İş üzrə onunla yanaşı, hərbi hissənin Tibb Xidməti rəisi Aydın Yaşar oğlu Quliyev də ittiham olunur.
Onlara Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma - bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Ceyhun Hüseynov ADA Universitetinin məzunu olub.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2091 Tarix: 22 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu hal cinayət hesab ediləcək
Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin
21 aprelƏhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ
"Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb". xəbər verir ki, bu barədə Baş Prokurorluq məluma
21 aprelSevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRAR
Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəf təqsirləndiriləni
10 aprelFidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi
Son dövrlərdə müxtəlif qalmaqallarla gündəmə gələn, özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb - red.) Fidan Loğman qızı Abbasova ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb. "Qafqazinfo"y
16 aprelMasazırda 2 qadın qətlə yetirildi - Adları məlum oldu - Yenilənib
Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfində
11 aprelƏməliyyat zamanı qohumunun ölümünə səbəb olan həkim barədə SON QƏRAR
Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi ilə bağlı yekun qərar elan edilib. -ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsind
13 aprelQaradağda böyük əməliyyat: Beş nəfər SAXLANILDI - VİDEO
Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçiriblər. Bu çərçivədə rayon ərazisind
7 aprelƏrini öldürən qadına və sevgilsinə AĞIR CƏZA
Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasovanın və Zahir Soltanovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, Leyla Abbasova 15 il, Zahi
16 aprelQanunsuz silah-sursatı könüllü təhvil ver - DİN-dən çağırış
Aprelin 29-da polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 13 avtomat silahı, 1 tapança, 2 qumbara, 4 tüfəng, 9 patron darağı və 418 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. xəbər verir ki, bu barəd
30 aprel