"Azərbaycanın dövlət siyasətində gənclərin rolu hər zaman mühüm yer tutub" - Günay Ağamalı

"Azərbaycanın dövlət siyasətində gənclərin rolu hər zaman mühüm yer tutub" - Günay Ağamalı2 fevral Azərbaycanda Gənclər Günüdür. Sözügedən gün münasibət ilə bağlı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Sobxeber.az-ın sualların cavablandırıb.

- Günay xanım, 2 fevral - Azərbaycanda Gənclər günüdür. 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncliyi 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi. İstərdik ilk olaraq bu barədə danışaq?

- 2 Fevral – Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini təbrik edirəm!

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi rəşadətli Azərbaycan Ordusunun, igid gənclərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsində iştirak edən gənclərimiz həm döyüş meydanında, həm də informasiya cəbhəsində böyük fədakarlıq nümayiş etdirdilər.

Vətən müharibəsi Azərbaycan gəncliyinin Vətənə olan sevgisini, milli ruhunu və döyüş əzmini bir daha sübut etdi. Bugünkü Azərbaycan gəncləri qalib xalqın nümayəndələri kimi daha böyük məsuliyyət daşıyır və ölkəmizin inkişafı üçün var gücü ilə çalışır. Onların qazandığı bu qələbə hərbi uğula bərabər, həm də gələcək nəsillərə örnək olan bir irsdir.

Bir daha bütün Azərbaycan gənclərini təbrik edir, onlara uğurlar və daim qalibiyyət ruhunda olmalarını diləyirəm!

- Hər bir ölkənin gələcəyini, perspektiv inkişafını, sürətlə dəyişən dünyada özünün layiqli yerini tutmasını şərtləndirən amillər sırasında gənclərin rolunu xüsusi qeyd etmək lazımdır. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu gün gəncləriniz dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Gənclər və dövlətçilik. Hazırkı ümumi mənzərəni necə qiymətləndirirsiniz? Bu gün gənclər yaranmış imkanlardan nə dərəcədə istifadə edirlər? Onların ölkənin ictimai-siyasi həyatında aktivliyini artırmaq üçün nələr gərəklidir?

- Azərbaycanın dövlət siyasətində gənclərin rolu hər zaman mühüm yer tutub və bu sahədə dövlətin həyata keçirtdiyi sistemli tədbirlər ölkənin inkişafına töhfə verir. Gənclər siyasəti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji prioritetlərdən biri kimi müəyyən edilir və bu istiqamətdə mühüm proqramlar icra olunur.

Bu gün Azərbaycan gəncləri təhsildən tutmuş ictimai-siyasi fəallığa, sahibkarlıqdan innovasiyalara qədər müxtəlif sahələrdə özlərini sübut edirlər. Dövlətin yaratdığı geniş imkanlar, təhsil proqramları, beynəlxalq təcrübə mübadiləsi, gənclər fondları kimi təşəbbüslər onların inkişafına təkan verir.

"Azərbaycanın dövlət siyasətində gənclərin rolu hər zaman mühüm yer tutub" - Günay AğamalıÜmumilikdə, bu gün Azərbaycan gəncliyi ölkənin gələcəyini formalaşdıran əsas qüvvələrdən biridir. Gənclərin cəmiyyətin bütün sahələrində aktiv iştirakı üçün davamlı dəstək və motivasiya mövcuddur.

- Bu gün savadlı gənclərin yetişdirilməsi istiqamətində dövlət tərəfindən lazım olan bütün addımlar atılır. Bu gün Azərbaycan gəncliyinin təhsilə olan marağını necə qiymətləndirirsiniz? Gənclərdə təhsilə olan marağı artırmaq üçün hansı həvəsləndirici addımlar atıla bilər?

- Azərbaycan dövləti gənclərin savadlı və bacarıqlı yetişməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirir. Təhsil infrastrukturunun inkişafı, xaricdə təhsil proqramları, təqaüdlər, elmi tədqiqatların stimullaşdırılması və innovativ layihələr üçün yaradılan imkanlar bunun bariz nümunəsidir.

Son illərdə Azərbaycan gəncləri arasında təhsilə maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə, bölgələrdə yaşayan gənclərin universitetlərə, kolleclərə və peşə məktəblərinə qəbulu, o cümlədən xarici universitetlərdə təhsil almaq, müxtəlif sahələr üzrə ixtisaslaşmaq, yeni texnologiyaları mənimsəmək meyli artmaqdadır. Dövlətin xaricdə təhsili dəstəkləməsi, yüksək göstəricilərə malik tələbələrə təqaüdlər ayırması bu marağı daha da artırır. Eyni zamanda, texnologiya və innovasiya sahələrində biliklərə yiyələnmək gənclər arasında ön plana çıxır.

Təhsilin praktik əhəmiyyətinin gənclər arasında daha geniş aşılanması vacibdir. Təhsilə marağı artırmaq üçün həvəsləndirici addımlar mütləqdir.
Uğurlu təhsil alan və karyera quran gənclərin nümunələrinin mediada geniş işıqlandırılması olduqca əhəmiyyətlidir.

- Günay xanım, 2018-ci ildən başlayaraq bütün sahələrdə gəncləşmə siyasəti aparılır. Demək olar ki, Milli Məclis də daxil olmaqla bütün dövlət qurumlarında gənclərimiz yüksək vəzifələrə təyin olunur. Hətta bir çox gənclərimiz cənab preizdent İlham Əliyevin müvafiq sərəncamı ilə icra başçısı təyin olunurlar. Sizcə bu gün gənclərimiz ölkə başçımızın onlara göstərdiyi etimadı doğrulda bilirmi?

- Ölkəmizdə 2018-ci ildən etibarən həyata keçirilən gəncləşmə siyasəti dövlət idarəetməsində yeni dinamika yaratdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət çərçivəsində gənclər müxtəlif dövlət vəzifələrinə təyin olunur, Milli Məclisdə, Bələdiyyə strukturlarında, icra hakimiyyətlərində və digər dövlət qurumlarında yüksək mövqelərdə təmsil olunurlar. Bu, dövlətin gənclərə etimadının göstəricisi olmaqla yanaşı, onların bilik və bacarıqlarına olan inamın təzahürüdür. Son Bələdiyyə seçkilərində gənclərin namizədliklərini fəallıqla irəli sürməsinin şahidi olduq. Onu da xüsusi qeyd etmək istərdim ki, ölkəmizdə keçirilən son Bələdiyyə seçkilərində ən gənc namizəd 18 yaşlı Həsən Səlimov Ana Vətən Partiyasının təmsilçisi kimi Masallı Bələdiyyəsinə üzv seçildi. Bu olduqca qürurvericidir. Fürsətdən istifadə edib bütün Anavətənçiləri təbrik edirəm.

Gənclərin daha da uğurlu olması üçün yerli və beynəlxalq idarəetmə təcrübəsinə yiyələnməsi, daha çox təlim və seminarlarda iştirakı, təcrübəli rəhbərlərin gənclərə dəstək göstərməsi onların idarəetmə bacarıqlarının formalaşmasına mühüm töhfələr verir.

Azərbaycan gəncləri üzərlərinə düşən məsuliyyəti uğurla həyata keçirməklə dövlət başçısının onlara göstərdiyi etimadı doğrultmağa çalışırlar.

- Günay xanım, qanunvericiliyimizə görə 14-dən 29-dək olan şəxslər gənc hesab olunurlar. Bəs sizcə gənclik neçə yaşdan başlayır və hansı yaşda bitir?

- Qanunvericiliyə əsasən, Azərbaycanda 14-29 yaş aralığında olan şəxslər gənc hesab olunurlar. Lakin gənclik anlayışı yalnız rəsmi yaş çərçivəsi ilə məhdudlaşmır. Bioloji, psixoloji və sosial aspektlərdən də qiymətləndirilə bilər.

Bioloji baxımdan gənclik yetkinlik dövrünün başlanğıcı ilə əlaqəlidir və adətən 12-14 yaşlarında başlayır.

Psixoloji olaraq insanın müstəqil düşüncə formalaşdırmağa başladığı, həyata baxışını dərk etdiyi dövrdən başlayır ki, bu da 16-18 yaş aralığında olur.

Sosial cəhətdən isə insanın ailə və cəmiyyət qarşısında məsuliyyət götürdüyü və müstəqil qərarlar verməyə başladığı yaşlar gənclik dövrü kimi qəbul edilir.

Rəsmi olaraq gəncliyin bitmə mərhələsi 29 yaş həddi müəyyən edilsə də, müasir dövrdə insanın təhsil, karyera və fərdi inkişaf yoluna görə bu dövr fərqli müddət davam edə bilər.

Bioloji baxımdan, 30 yaşdan sonra insanın fiziki və psixoloji yetkinliyi daha da formalaşır.

Sosial və fərdi inkişaf prizmasından yanaşdıqda isə gənclik 30 yaşdan sonra da davam edə bilər, çünki müasir dövrdə insanlar daha gec yaşda ailə qurur, təhsil alır və karyera qurmağa başlayırlar.

Ümumilikdə isə, gənclik yalnız yaşla ölçülməyən, daha çox düşüncə tərzi, həyat enerjisi və aktivlik ilə bağlı olan bir anlayışdır. Bu səbəbdən, insanlar 40 yaşında da gənc ruhlu ola bilirlər, və yaxud daha erkən yaşda yetkinləşirlər.

Vüsalə İbrahimli

"Azərbaycanın dövlət siyasətində gənclərin rolu hər zaman mühüm yer tutub" - Günay Ağamalı"Azərbaycanın dövlət siyasətində gənclərin rolu hər zaman mühüm yer tutub" - Günay Ağamalı


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 1791   Tarix: 02 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nevroloq Röyanə Quluzadə: "Şəhər həyatı stress və nevroz riskini artırır" - VİDEOMÜSAHİBƏ

"Stress, nevroz, gərginlik və bu kimi psixoloji problemlər əsasən şəhər həyat tərzi sürən insanlarda daha çox müşahidə olunur. Urban mühitdə yaşayan şəxslər kənd yerlərində yaşayan insanlarla müqayisədə stressə daha çox məruz qalırlar". Bu sözləri -a müsahibəsində nevroloq Röyanə Quluzadə danışıb

18 dekabr 2025
.

Azərbaycanda reklam bazarı mediadan şantaj tələb edir - MÜSAHİBƏ

Sabah "Yeni Sabah" xəbər saytının fəaliyyətə başlamasının 7-cı ili tamam olur. Sayt 2019-cu il yanvarın 25-də yaradılıb. -ın fəaliyyətə başladığı dövr ölkədə yüzlərlə xəbər portalının mövcud olduğu, internet media resursları arasında kəskin rəqabətin getdiyi zamana təsadüf etsə də, qısa müddə

24 yanvar
.

"Azərbaycanın rus sülhməramlılarının mandatını daha 5 il uzatmaq fikri yoxdur"- Elman Nəsirov -VİDEOMÜSAHİBƏ

"Cənab prezidentin mövqeyi bundan ibarətdir ki, rus sülhməramlıları Qarabağda 5 il qalsın.İmzaladığımız sənəddə qeyd olunub ki, tərəflərdən biri etiraz etməsə, rus sülhməramlılarının mandatı uzadıla bilər. Belə olan halda, biz etiraz edirik. Azərbaycanın rus sülhməramlılarının mandatını daha 5 i

11 oktyabr 2023
.

"Ermənistan hökuməti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməlidir" - Deputatla MÜSAHİBƏ

Milli Məclisin deputatı Səbinə Salmanovanın -a müsahibəsini təqdim edirik:. - Səbinə xanım, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanalların verdiyi müsahibədə bir çox məsələlərə aydınlıq gətirməklə yanaşı həm də qarşıdakı hədəflər barədə də geniş məlumat verib. İstərdik ilk olaraq həmi

13 yanvar 2025
.

"Heç bir reaksiya vermirəm" - VİDEOMÜSAHİBƏ

Aktyor Qüdrət Fətulla "Mikrorayon" serialında canlandırdığı "Sabir" obrazına gələn rəylərdən danışıb. Aktyor bu barədə -a verdiyi müsahibədə fikirlərini bölüşüb. "Həftənin qonağı" olan Fətulla bildirib ki, canlandırdığı obrazla bağlı səsləndirilən mənfi rəylərə reaksiy

29 iyul
.

Qarabağda ermənilərin yaşayışı necə təmin olunacaq? - VİDEOMÜSAHİBƏ

Qarabağda baş verən son proseslərdən sonra azərbaycanlı və erməni əhalinin birgəyaşayış mövsuzu aktuallaşıb. Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nətic

31 oktyabr 2023
.

"Gecə-gündüz dua edirəm ki, cənab Ərdoğan qələbə çalsın" - Rüfət Quliyev - VİDEOMÜSAHİBƏ

"Gecə-gündüz dua edirəm ki, cənab Ərdoğan qələbə çalsın. Türkiyə xalqı seçimi düzgün edəcək. Mən qardaş ölkənin seçkisinə müdaxilə edə bilmərəm, amma Azərbaycan üçün də, Türkiyə üçün Ərdoğanın seçilməsi vacibdir. Bizi Ərdoğan kimi istəyən lider olmayacaq". Bu sözləri Milli Məclisin deputat

22 may 2023
.

"Danışığıma lağ edənlər paxıllığımı çəkənlərdir, yenə evdən işləyirəm" – Elmar Məmmədyarovla MÜSAHİBƏ

"2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtərinə uyğun olaraq sülhməramlıları Qarabağa yerləşdirmək vacib məsələ idi. Hər bir halda hansısa qüvvə Azərbaycan və Ermənistan qoşunlarının arasında olmalı idi". "Bizdə evə alış-verişi həyat yoldaşım edir. Ona görə də qiymətlərdən xəbərsizəm"

9 mart 2023
.

Gecələr açarı qapının üstündə qoyanların nəzərinə

Ev sahibləri arasında geniş yayılmış təhlükəsizlik tədbiri olaraq qəbul edilən "qapını kilidlədikdən sonra açarı üzərində saxlamaq" vərdişi mütəxəssislərin fikrincə, zənn edilənin əksinə olaraq ciddi təhlükəsizlik və sağlamlıq riskləri yaradır. Xalq arasında içəridə qoyulan açarın çöldən müdaxilən

8 avqust