Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə Qusarda böyük əməliyyat keçirib. Əməliyyatçılara qarşı silah çıxaran terrorçu qruplaşma üzvlərindən bir neçəsi zərərsizləşdirilsə də, başqa üzvlər həbs edilib.
"Qafqazinfo"nun məlumatına görə, terrora hazırlıqda ittiham edilənlərin hamısı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu işin istintaqını DTX-nin İstintaq baş idarəsi aparır.
Cinayətkar dəstənin üzvləri - Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələri ilə təqsirləndirilir.
Təkcə qeyd olunan maddələrin sanksiyasında 14 ildən 20 ilə və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
"Meşə qardaşları"ndan təsirlənən şəxslərin cinayətinin təfərrüatı məhkəmə araşdırmasında məlum olacaq.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1658 Tarix: 03 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Haqverdiyev azadlığa buraxıldı
Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ela
1 maySalyanda çətənə kolları yetişdirən keçmiş məhkum saxlanıldı
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvan
28 mayHəmin 15 yaşlı məktəbli saxlanıldı
Aprelin 18-i sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfl
21 aprelTut ağacından yıxılıb öldü
Gəncə sakini ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 ünvanında baş verib. Belə ki, 62 yaşlı Bəhram Aslanov tut ağacından yıxılıb və hadisə yerində vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb
13 iyunYanğın təhlükəsi olan mağaza bağlandı - Video
Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2 ünvanında fəaliyyət göstərən topdansatış mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata görə, mağazada aşağıdak
30 aprelQayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…
Ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində şəhid Səxavət Məmmədovun 60 yaşlı atası Adıgözəl Məmmədovun 31 yaşlı gəlini Gülüzar Məmmədovanı qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, Məmmədovların qonşuları -a hadisənin tamah məqsədilə törədildiyin
2 iyunAnasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI
67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-də Sabunçu rayonu, Ramana qəsəbəsi, "Gülçülük sovxozu" ərazisində baş verib
12 mayBu hal cinayət hesab ediləcək
Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin
21 aprel