Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimi hökmdən şikayətini geri götürüb
Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olmaqda təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun barəsində olan hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Sonxeber.az APA-ya istinadən xəbər veri ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayətini geri götürməsi barədə məhkəməyə ərizə təqdim etdiyi bildirilib.
M. Xəlilovun vəkili deyib ki, zərərçəkən tərəflə danışıqlar getdiyi üçün bu addım atılıb: "Tərəflər arasında barışıqla bağlı danışıqlar gedir və müsbət istiqamətdə irəliləyiş var. Bu addım yüngülləşdirici hal kimi qəbul edilməsi üçün atılıb".
Məhkəmə müşvarirə edib və ərizə qəbul edilib.
Qeyd edək ki, 2023-cü il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Daha sonra istintaq dövründə Mehman Xəlilova verilən ittiham dəyişdirilərək 120.2.4-cü(xüsusi amansızlıqla adam öldürmə) maddəsinə ittiham verilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıt Apellyasiya Məhkəməsi hökmü dəyişdirməyib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2137 Tarix: 04 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu hal cinayət hesab ediləcək
Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin
21 aprelMasazırda 2 qadın qətlə yetirildi - Adları məlum oldu - Yenilənib
Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfində
11 aprelArmatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı
Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər - T.Bədəlov, P.Qurbanov, S.Xəlilov və K.Fətəliyev saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, bu haqda DİN məlumat yayıb. Araşdırmalarla məlum olub ki, onla
11 mayBeş yaşlı Onurun faciəli ölümünün TƏFƏRRÜATI
Cəlilabad rayonunun Uzuntəpə kəndində bədbəxt hadisə baş verib. Kənd sakini, 5 yaşlı Zamanov Onur Amil oğlu həyətdə oynadığı zaman bir müddət nəzarətsiz qalıb. Az sonra onun evin ətrafından uzaqlaşdığı müəyyən edilib. Ailə üzvləri və yaxınları azyaşlını axtarmağa başlayıblar, lakin onu tapmaq mümkü
2 iyunMehriban Abasquliyeva məhkəmə zalında həbs olundu
Respublika Perinatal Mərkəzində körpələrin öldüyü yanğınla bağlı açılan cinayət işi üzrə ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva 7 il 3 ay müddətə azadlıqdan məhrum edilib. "Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı
4 iyunAzərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonunda azərbaycanlı qadın övladını qətlə yetirib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədova qayçı ilə zərbələr endirərək onu qətlə yetirib
2 iyunHəmin sürücü 30 sutka həbs edildi
Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü barəsində məsuliyyət tədbirləri görülüb. "Qafqazinfo"nun məlumatına görə, müəyyən edilib ki, axtarışda olan, atasına məxsus "Hyundai" markalı, 99-QP-750 dövlət qeydiyya
3 iyunAnasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI
67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-də Sabunçu rayonu, Ramana qəsəbəsi, "Gülçülük sovxozu" ərazisində baş verib
12 may