"Avropa Şurası Parlament Assambleyası qərbin ən qəbuledilməz və təhlükəli qurumlarından biridir" - AÇIQLAMA

"Avropa Şurası Parlament Assambleyası qərbin ən qəbuledilməz və təhlükəli qurumlarından biridir" - AÇIQLAMAGürcüstan nümayəndə heyətinin üzvləri səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədrinə fərdi qaydada müraciət ediblər. Bu barədə "Sputnik Gürcüstan" "Telegram" kanalı məlumat verib.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məsələ ilə bağlı fikrini bildirib:

"Biz AŞPA-nın öz başlıca dəyərlərinə qayıtmasını gözləyirik, hansı ki, demokratiya və suverenliyə hörmət üzərində qurulub", - deyə o qeyd edib.

Politoloq Tural Ismayılov məsələni Sonxeber.az - a şərh edib:

"Avropa Şurası Parlament Assambleyası qərbin ən qəbuledilməz və təhlükəli qurumlarından biridir. Bütövlükdə burda heç bir siyasi etiket normalarına əməl edilmir. AŞPA-nın prinsip və dəyərləri deyə bir anlayışdan söhbət belə gedə bilməz. Avropa Şurası Parlament Assambleyası bu gün Frank Şuvabe başda olmaq üzrə üzlərinə siyasətçi maskası taxmış tamaşaların yaradıcılarının əlində oyuncağına çevrilmiş bir qurumdur. Təsəvvürə belə gəlmir ki, bir siyasi təşkilat necə hər hansı ölkəyə yenidən seçkilərin keçirilməsi ilə bağlı göstəriş verə bilər. Ümumilikdə AŞPA-nın Gürcüstana yenidən parlament seçkilərinin keçirilməsi ilə bağlı etdiyi təzyiqlər bir daha onu göstərir ki, AŞPA və bu qəbildən olan qurumlar ağıl və məntiqini tamamilə itirib. Gürcü xalqının ictimai rəyini, seçkilərdə xalqın səsini nəzərə almayan AŞPA-nın bu gün Gürcüstana seçki üzərindən təzyiq etməyə cəhd göstərməsi bu təşkikatın absurdluğunu növbəti dəfə nümayiş etdirmiş olur. Bu baxımdan da, Gürcüstan çox haqlı bir qərar verərək AŞPA-da təmsil olunmaqdan imtina edir. Biz bu ölkənin AŞPA-ya üzv olduğu zamanlarda da hər hansı müsbət dəyişiklik görməmişik. Əksinə bu gün AŞPA Gürcütsan üzərindən qəribə addımlar ataraq, ənənəvi imperealist dairələrin saxtakar oyunlarını davam etdirməyə çalışır. Bunlar birmənalı olaraq qəbuledilməzdir. Gürcüstan hakimiyyəti buna uyğun çox adekvat addımlar atır deyə düşünürəm".

Xatırladaq ki, ötən həftə ölkədə yeni parlament seçkisinin keçirilməsi ilə bağlı qətnamənin qəbulundan sonra Gürcüstan AŞPA-da fəaliyyətini dayandırıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1554   Tarix: 04 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın yeni investisiya modeli - Yaşıl enerji

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, həmçinin ölkənin qarşıdakı illər üçün iqtisadi inkişaf prioritetlərinin nümayiş etdirilməsi baxımından diqqət çəkdi. Prezident İlham Əliyevin himayəsi altında keçirilə

28 sentyabr
.

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad edib. Sonra birinc

27 sentyabr
.

Prezident: "Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır"

"İnvestisiyalar. Bizim bağladığımız müqavilələr neft-qaz sektorunda inkişafa rəvac verdi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib. Dövlətimizin başçısı həmçinin qeyd edib: "3

26 sentyabr
.

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - FOTO

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə, o cümlədən qış idman növü üzrə yarışlar

26 sentyabr
.

Azərbaycan investisiyalarının yeni mərhələsi

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, daxili və xarici siyasətin milli maraqlara uyğun qurulmasına, iqtisadi müstəqilliyin tam təmin edilməsinə xidmət edir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan beynəlxal

28 sentyabr
.

Azərbaycan Prezidenti: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

"Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazdadır, amma Mərkəzi Asiya regionunda tamhüquqlu üzv olduq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. Əlbəttə ki, idarəçilik, inzibatçılıq

26 sentyabr
.

Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

"Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir. Bu da yerli və xarici investisiyalar üçün gözəl bir fürsətdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə söyləyib. "Gücl

26 sentyabr
.

İlham Əliyev: "Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir"

"Bir neçə gün öncə mədən sənayesi üzrə Dövlət Proqramı qəbul olunmuşdur. Burada bir çox tədbirlər nəzərdə tutulur. Bu, bizim inkişafımızın əsas istiqamətləridir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilə

26 sentyabr
.

"Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO

Türkiyə ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlığa qarşı sosial mediada əsassız iddialar və dezinformasiya xarakterli paylaşımlar yayılır. xəbər verir ki, "Haber Global"da yayımlanan süjetdə iki ölkə arasındakı münasibətlərə kölgə salmağa yönələn sosial media paylaşımlarından bəhs olunub

27 sentyabr