Rusiya bayrağı ilə Azərbaycan çempionatına çıxdı: Tənqid edildi

Rusiya bayrağı ilə Azərbaycan çempionatına çıxdı: Tənqid edildiSərbəst güləş üzrə 125 kq çəki dərəcəsində U-20 Azərbaycan çempionatında çıxış edən Muxamed Qantemirovun geyimi üzərindəki Rusiya bayrağı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Oxu.Az xəbər verir ki, onun ölkə birinciliyində başqa ölkə bayrağı ilə yarışması tənqid edilib.

Azərbaycan çempionatında idmançının başqa ölkənin bayrağı ilə xalçaya çıxması sual doğurur.

Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı saytımıza açıqlamasında güləşçilərin ölkə çempionatında başqa bayraqla mübarizə aparmasının qadağan edildiyini bildirib.

Federasiya rəsmisi Muxamed Qantemirovun geyimindəki Rusiya bayrağının əvvəlcədən üzərinin örtüldüyünü açıqlayıb: "Əslində, bizdə görüntülər var. Onun geyimindəki Rusiya bayrağı əvvəlcədən bağlanmışdı. Lakin bayrağın üzərinə vurulan stiker sonradan qopub. Hakimlər stikerin qopduğunu görüblər və yenidən üzərini örtüblər. Bu, finalda qısa zaman ərzində baş verib.

O, yeniyetmə idmançılar arasında Avropa ikincisi və dünya üçüncüsüdür. İdmançının trikosu var. Sadəcə itirdiyi üçün bu geyimdə gəlib. Vaxtında bizə məlumat versəydi, onu geyimlə təmin edərdik. Amma məlumat vermədiyi üçün bu cür mənzərə yaranıb".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1899   Tarix: 14 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sabah"ın stadionu Aİ ilə 30 minlik oldu - Video

Muhammed Yusuf adlı xarici yutuber Azərbaycan çempionu "Sabah"ın stadionunu Aİ ilə düzəldib. "Qafqazinfo" xəbər verir ki, o bu barədə yutub kanalında paylaşım edib. Belə ki, "Sabah"ın ev oyunlarını keçirdiyi 9500 nəfərlik "Bank Respublika Arena"nı süni intellektl

29 avqust
.

Toralın komandası qələbə qazandı - Video

Millimizin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu doğma meydanda "İstanbulspor"u qəbul edib. "Qafqazinfo" verir ki, oyun "Bursaspor"un 4:0 hesablı qələbəsi ilə başa çatıb. Toral Bayramov oyunun 70-ci dəqiqəsində meydana daxil olub

4 sentyabr
.

Azərbaycanın "SportAccord" ilə əməkdaşlığının inkişaf etdirilməsi müzakirə olunub

Azərbaycanın "SportAccord" ilə əməkdaşlığının inkişaf etdirilməsi müzakirə olunub. Bu barədə -a Gənclər və İdman Nazirliyindən məlumat verilib. Nazir Fərid Qayıbov "SportAccord"un prezidenti Uğur Erdeneri qəbul edib. Görüşdə Azərbaycanda beynəlxalq idman tədbirlərinin təşkili, ölkəmizi

2 sentyabr
.

"Qarabağ" "Sabah"ı belə təbrik etdi

"Qarabağ" futbol klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, klub bu haqda sosial media hesablarında paylaşım edib. "Qarabağ" FK "Sabah" FK-nı UEFA Çempionlar Liqasını

26 avqust
.

Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan bocciaçısı Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçirilən dünya çempionatında bürünc medal qazanıb. Bu barədə -a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib. BC2 kateqoriyasında mübarizə aparan idmançı 3-cü yer uğrunda qarşılaşmada dünya reytinqinin 3-cü pilləsində qərarlaşa

31 avqust
.

"Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır. "Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 17 yaşlı hücumameyilli yarımmüdafiəç

30 avqust
.

"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib

"Neftçi" qapıçısı Kenan Piriçlə yolları ayırıb. Bu barədə -a Bakı klubunun mətbuat xidmətindən bildirlib. Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, ötən ilin yayında transfer olunan bosniya və herseqovinalı qapıçı paytaxt təmsilçisinin heyətində 2

2 sentyabr
.

Nyu-Yorkda İnfantinoya qarşı banner peyda oldu

ABŞ-nin Nyu-York şəhərinin Tayms-Skver meydanında Canni İnfantinonun yenidən FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) prezidenti seçilməsinə qarşı banner peyda olub. -ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib. "FIFA liderə layiqdir, tacirə deyil",

5 sentyabr
.

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə ölkə çempionatının qalibləri müəyyənləşib. Bu barədə -a AKAF-ın mətbuat xidmətindən məlumat verilib. İkinci yarış günündə avarçəkənlər 16 dəst medal uğrunda mübariz

3 sentyabr