İlham Zəkiyev: "Məni əvəzləyən olsa, karyeramı bitirəcəyəm"
"Azərbaycanda məni əvəzləyən gənc idmançı olsa, karyeramı bitirəcəyəm. Hələlik elə birisi olmadığından, bacardığım qədər mübarizə aparacağam".
Sonxeber.az xəbər verir ki, bu sözləri Teleqraf.az-a açıqlamasında cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev deyib.
45 yaşlı idmançı karyerasından söz açıb:
"Karyeramı davam etdirməyimdə müəyyən səbəblər var. Fikrimcə, insan öz sevdiyi işlə məşğul olarkən xoşbəxtdir. Sevdiyi peşədə olmaq hər insana da nəsib olmur, Getdiyim yarışlardan medalla qayıdıram. Məni əvəz edən gənc idmançı gəlsin, mən də bilim ki, Azərbaycanda beləsi var, karyeramı bitirim. Hələ ki, elə bir şey olmadığına görə nə qədər bacarsam, çıxış edəcəyəm. Üçrəngli bayrağımızın zirvələrdə olması üçün əlimdən gələni edəcəyəm. Baş məşqçimiz var, seleksiya edərək idmançıları seçirlər. Ağır çəkidə elə bir idmançı yoxdur. Yəni, bizi əvəz edən gəlməyib. Nə qədər alınsa, çıxış edəcəyik. Allah bütün idmançılarımızı zədədən qorusun. Bu yaşda zədələnəndə gec sağalırsan. Buna baxmayaraq, Azərbaycana xidmət etməyə davam edirik".
İkiqat paralimpiya çempionu Los-Anceles-2028-də də medal qazanmağa iddialı olduğunu vurğulayıb:
"Artıq 6 dəfə Paralimpiya oyunlarında iştirak etmişəm. Onların üçündə bayraqdar olmuşam, ümumilikdə beş medalla Vətənə dönmüşəm. Afina-2004 və Pekin-2008-də qızıl, London-2012, Tokio-2020 və Paris-2024-də bürünc medal qazanmışam".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1676 Tarix: 16 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. Bu barədə -a AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb. Sanksiya avqustun 31-dən qüvvəyə minib
20 oktyabr"Səbail" klubu ev oyunlarını Qubada keçirmək üçün danışıqlar aparır
"Səbail" Futbol Klubunun rəhbərliyi Quba Olimpiya İdman Kompleksinin stadionunda ev oyunlarını keçirmək məqsədilə danışıqlar aparır. Bu barədə "Report"un sorğusuna cavab olaraq I Liqa təmsilçisindən məlumat verilib. Klubdan bildirilib ki, rəqibləri məhz Quba şəhərində qəbul etmə
23 oktyabrAzərbaycanı U-19 dünya çempionatında doqquz boksçu təmsil edəcək
Monteneqronun Budva şəhərində keçiriləcək 19 yaşadək boksçular arasında dünya çempionatında Azərbaycanı doqquz boksçu təmsil edəcək. Bu barədə -aa Azərbaycan Boks Federasiyasından məlumat verilib. 12 gün davam edəcək yarış oktyabrın 16-da start götürəcək. Baş məşqçi Elbrus Rzayev U-19 dünya çempionatınd
15 oktyabr"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu
"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile
19 oktyabr"Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb
İtaliya A Seriyası təmsilçisi "Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb. xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə bağlanıb. D.Nikola bu postda A Seriyasının startındakı ardıcı
15 oktyabr"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib
UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca
20 oktyabr"Sabah" Bakıda ilk ÇL matçına çıxır
"Sabah" Çempionlar Liqasında ilk ev oyununa çıxır. Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiy
13 oktyabr