Kriştiano Ronaldo – Sərvəti və dəbdəbəli həyatı - DETALLAR
Portuqaliyalı ulduz Kriştiano Ronaldo təkcə futbol tarixinə adını yazdırmış əfsanə deyil, həm də sərvəti, avtomobilləri və dəbdəbəli həyatı ilə daim diqqət mərkəzindədir.
BAKU.WS xəbər verir ki, o, dünyanın ən varlı idmançılarından biri olmaqla yanaşı, mükəmməl biznes instinktlərinə də malikdir.
Ronaldo 2024-cü ilin məlumatına görə 500 milyon dollardan çox sərvətə sahibdir. O, tarixdə milyarder olan ilk futbolçu olub.
Onun sərvətinin əsas mənbələri:
Futbol müqavilələri – Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda illik 200 milyon avro maaş alır.
Sponsorluq və reklamlar – Nike, Binance, Herbalife, Clear kimi brendlərlə milyonlarla dollarlıq müqavilələri var.
Biznes yatırımları – Öz markası "CR7" altında geyim, ətir və otellər şəbəkəsi var.
Ronaldo dünyanın müxtəlif yerlərində dəbdəbəli malikanələrə sahibdir:
Madrid – İspaniyadakı ən bahalı ərazilərdən birində yerləşən 7 milyon dollarlıq malikanə.
Mançester – "Mançester Yunayted"də oynadığı dövrdə istifadə etdiyi 6 yataq otaqlı lüks villa.
Lissabon – Portuqaliyanın ən bahalı mənzillərindən biri, dəyəri 7,3 milyon dollar.
Turin – "Yuventus"da oynayarkən yaşadığı möhtəşəm villa.
Səudiyyə Ərəbistanı – "Əl-Nəsr"ə transfer olduqdan sonra ailəsi ilə birlikdə Kral Suitində qalırdı, bu suitin dəyəri ayda 300 min dollar idi.
Ronaldo avtomobil kolleksiyası ilə də tanınır. Onun qarajında 25-dən çox lüks və nadir avtomobil var:
Bugatti Centodieci – 10 ədəd istehsal edilib, qiyməti 8 milyon dollar.
Bugatti Chiron – 2,5 milyon dollar.
Ferrari Monza SP2 – 1,6 milyon dollar.
McLaren Senna – 1 milyon dollar.
Rolls-Royce Cullinan – 400 min dollar.
Lamborghini Aventador – 500 min dollar.
Bentley Continental GT, Porsche 911 Turbo S, Mercedes G-Wagon Brabus 800 və daha çox.
Qeyd edək ki, Ronaldo cavan qalmaq üçün gündə 5 dəfə yatır. Onun bədənində heç bir döymə yoxdur, çünki mütəmadi olaraq qan və ilik donorudur. Dondurulmuş oksigen vannaları istifadə edir ki, bu da əzələlərinin tez bərpasına kömək edir.
Gün ərzində 6 kiçik porsiyada qidalanır və spirtli içkilər qəbul etmir. Oğlunun futbolçu olmasını istəsə də, onun pəhriz rejimi ilə razılaşmadığını etiraf edib. Ronaldo kasıb ailədə böyüyüb və bir zamanlar qida almağa çətinlik çəkirdi.
Kriştiano Ronaldo təkcə futbolçu deyil, həm də uğurlu biznesmen və sağlam həyat tərzinin simvoludur. Onun həyatı milyonlarla insana motivasiya verməyə davam edir!
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 3453 Tarix: 18 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hər gecənin bir "Sabah"ı var... - Yenilənib
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar
13 oktyabrİngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar
İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər
14 oktyabr"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib
UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca
20 oktyabrAzərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il
11 oktyabr"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib
Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə
12 oktyabrAzərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18 oktyabrAzərbaycan Basketbol Liqasında IV tur başlayır
Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək. xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Son ölkə çempionu "Sabah" NTD-ni sınağa çəkəcək. Görüş Milli Gimnastika Arenasında, saat 19:00-da start götürəcək. Ehtiyatda daha bir oyunu olan "Sabah" 4 xall
23 oktyabr"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu
"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile
19 oktyabr