Nazirlər Kabineti hava hərəkəti xidmətləri ilə bağlı qərar qəbul edib
Nazirlər Kabineti "Hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habelə sistemlərin, onların tərkib hissələrinin layihələndirilməsinə, istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatların sertifikatlaşdırılması Qaydası"nı təsdiqləyib.
Sonxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, qayda "Aviasiya haqqında" Qanuna uyğun hazırlanıb, onunla tənzimlənməyən məsələlər bu qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiyaya uyğun həyata keçirilir. Qaydada istifadə olunan anlayışlar həmin qanunla, digər normativ hüquqi aktlar və qaydada nəzərdə tutulmuş digər sənədlərlə müəyyən edilmiş mənaları ifadə edir. Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.
Sertifikatlaşdırma aşağıdakı mərhələlərdən ibarətdir və 90 gün müddətində aparılır:
- müraciətdən əvvəlki mərhələ;
- müraciət və ilkin qiymətləndirmə;
- sənədlərin yoxlanılması;
- xidmət təminatçısının vasitələrinin, xidmətlərinin və avadanlıqlarının qiymətləndirilməsi;
- uyğunluq sertifikatının verilməsi və ya verilməsindən imtina.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1498 Tarix: 24 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi
Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib
25 sentyabrPrezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İbiş oğlu İsmayılova "general-leytenant" ali hərbi rütbəsi verilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb
25 sentyabrAzərbaycan xalqı işğalla heç zaman barışmayıb
"İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasın
25 sentyabrƏrazi bütövlüyü və suverenliyimiz uğrunda
Torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistan son illər ərzində daha çox təxribatlar törədir, işğalçı ölkənin silahlı birləşmələri təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini belə hədəf alırdılar. 2020-ci ilin iyul-avqust ayları ərzində Ermənistanın törətdiyi təxriba
25 sentyabrQələbəni təmin etmiş Qəhrəman Ordu
27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və Möhtəşəm Qələbə tariximizdir. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərini
25 sentyabr