Azərbaycan xalqı işğalla heç zaman barışmayıb
"İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq".
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti
Ümummilli Liderin ən layiqli varisi, davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ötən vaxt millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı.
Sentyabrın 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşma olan kəndləri ilə yanaşı, cəbhə xəttindən aralıda yerləşən Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin mülki infrastruktur obyektlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla, klaster silahlarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə başladı. Ərazisinə minlərlə mərmi düşən Tərtər şəhəri İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyirdi.
Erməni silahlılarının bu vandallıqları Ali baş komandanın əmri ilə Azərbaycan Ordusunu əks tədbirlər görməyə vadar etdi. Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq, Prezident fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. 28 sentyabrda imzalanmış sərəncama görə isə respublikada qismən səfərbərlik elan edildi. Azərbaycan Ordusunun həyata keçirdiyi "Dəmir Yumruq" əməliyyatının ilk günlərində Füzuli və Tərtər rayonları istiqamətində, o cümlədən Murovdağda bir çox strateji məntəqələr azad edilərək irimiqyaslı hərbi əməliyyatlar davam etdirildi.
Qeyd etmək lazımdır ki, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur.
04, 05, 08, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
Oktyabrın 3-də şimal cəbhəsində irəliləmək üçün yüksək əhəmiyyətə malik olan Tərtərin Madagiz kəndi işğaldan azad edilərək orada Azərbaycan bayrağı qaldırıldı. Elə həmin gün kəndin tarixi adı da Prezident tərəfindən bərpa edildi - Suqovuşan. Cənub cəbhəsi boyu irəliləyərək oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da isə Hadrut qəsəbəsini düşməndən təmizləyən Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun ərazisində əlverişli mövqeləri ələ keçirdi.
Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan vurmuşlar.
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu. Rəşadətli Ordumuzun iradəsi və əzmi nəticəsində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu.
Vətən torpaqlarını işğaldan azad edən Rəşadətli və Müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.
Dövlət başçımız tərəfindən Vətən müharibəsində şəhid olmuş igid Vətən oğullarının xatirələrinə, onların ailələrinə, qazilərimizə və Vətən müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır. Prezident tərəfindən şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində müxtəlif qərarlar, sərəncamlar qəbul edilmiş və adiyyatı orqanlara tapşırıqlar verilmişdir. Vitse-prezident Mehriban xanım Əliyeva da şəhid ailələrinə, qazilərimizə xüsusi diqqət və qayğı ilə yanaşır. Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev fondu tərəfindən xeyli sayda qazimiz xarici ölkələrdə müalicə olunaraq yenidən öz sağlamlıqlarına qovuşublar.
Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, doğma Qarabağ tezliklə cənnətə çevriləcək. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması da bunu deməyə əsas verir.
Aynur Xəlilova - politoloq
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü