"Rəsmi İrəvan özünün törətdiyi cinayətləri görməzdən gəlir" - Günay Ağamalı

"Rəsmi İrəvan özünün törətdiyi cinayətləri görməzdən gəlir" - Günay Ağamalı"Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın BMT-nin İnsan Hüquqları Şurasının 56-cı Sessiyasındakı çıxışı, bir daha Ermənistan hökumətinin bölgədə sülh və ədalətə maraqlı olmadığını göstərdi. O, Azərbaycanda məhkəməsi davam edən müharibə cinayətkarlarını müdafiə edərək, insan hüquqları anlayışına zidd fikirlər səsləndirməklə hüquqi prinsiplərə həmçinin, regionda sülh cəhdlərinə ciddi maneə yaradır".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamasında bildirib ki, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, onun sülhə deyil, yeni qarşıdurmalara hazırlaşdığının göstəricisidir:

"Rəsmi İrəvan özünün törətdiyi cinayətləri görməzdən gələrək, Azərbaycandan köçmüş ermənilərin məsələsini qaldıraraq siyasi riyakarlıq nümunəsi sərgiləməkdən əl çəkmir. İnsan hüquqları anlayışı Ermənistan hökuməti üçün önəmlidirsə o zaman ilk növbədə öz dədə-baba torpaqlarından deportasiya etdiyi yüz minlərlə azərbaycanlının geri qayıdışına şərait yaratmalıdır.

1991-ci il Almatı Bəyannaməsinə tez-tez istinad edən Ermənistan, həmin sənədi imzaladıqdan sonra Azərbaycana qarşı işğalçı siyasətini genişləndirib, 20 faiz torpaqlarımızı zəbt edib və 800 minə yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Rəsmi İrəvan dərk etməlidir ki, sülh anlayışı təkcə bəyanatlarda deyil, real addımlarla əldə olunur.

Ermənistanın regionda sürətlə silahlanması, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, onun sülhə deyil, yeni qarşıdurmalara hazırlaşdığının göstəricisidir. Ermənistan hökumətindən tələbimiz odur ki, qeyri-konstruktiv siyasətindən üz döndərərək, öz əzəli yurdlarından zorla qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışına imkan yaratsın.

Davamlı sülh ədalət və hüquqların təmin edilməsi yolu ilə mümkündür. Ermənistan hökuməti bu çağırışlara cavab verməli, beynəlxalq hüquq qarşısında öhdəliklərini yerinə yetirməlidir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1674   Tarix: 25 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO

Türkiyə ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlığa qarşı sosial mediada əsassız iddialar və dezinformasiya xarakterli paylaşımlar yayılır. xəbər verir ki, "Haber Global"da yayımlanan süjetdə iki ölkə arasındakı münasibətlərə kölgə salmağa yönələn sosial media paylaşımlarından bəhs olunub

27 sentyabr
.

Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda deyilir:. "27 sentyabr - Anım Gününün növbəti ildönümündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtira

27 sentyabr
.

Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

"Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir. Bu da yerli və xarici investisiyalar üçün gözəl bir fürsətdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə söyləyib. "Gücl

26 sentyabr
.

Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır

27 sentyabr
.

İlham Əliyev Tokayevə başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. "Qafqazinfo" xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəc

26 sentyabr
.

27 Sentyabr Anım Günü

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanl

25 sentyabr
.

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2026) iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, mətndə deyilir:. "Sizi 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səmimi-qəlbdən salamlayıram. Bu Forumun dünyanın müxtəlif ölkələrindən hökumətləri

25 sentyabr
.

"Global Infrastructure Partners"in təsisçisi: "Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim"

"Azərbaycanda ÜDM 10 dəfə artaraq 76 milyard manata çatıb. Adambaşına düşən ÜDM isə 8 dəfə artıb. Ölkədə yoxsulluq dərəcəsi 45 faizdən 5 faizədək düşüb. Həmçinin Azərbaycanın iqtisadiyyatı olduqca yüksək sürətlə inkişaf edib". AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri II Azərbaycan Beynəlxal

26 sentyabr
.

Prezident: "Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır"

"Azərbaycan vasitəsilə daşımaları həyata keçirən təchizatçılar, eyni zamanda, bərədən, yəni Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikriləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbird

26 sentyabr