"Fransanın bu kimi davranışları regionun sülh danışıqlarına ciddi ziyan vurur" - VİDEOMÜSAHİBƏ
"Fransanın Azərbaycana qarşı həyata keçirdiyi siyasət Vətən müharibəsindən sonra ildən-ilə aqressiv hal alıb. Fransa daim həm Avropa İttifaqı, həm ATƏT, həm də BMT-yə təzyiqlər göstərməyə çalışır ki, Azərbaycan əleyhinə qətnamələr qəbul etsin. Digər tərəfdən isə daha çox Ermənistanın silahlanmasına, hərbi yardım almasına dəstək göstərir. Hətta, Avropa İttifaqını təşviq edirdi ki, daimi olaraq hərbi yardım göstərsinlər. 2024-cü ilin aprel ayında üçtərəfli görüş keçirildi. Bu görüş Brüseldə Ermənistan, Avropa İttifaqı və ABŞ arasında baş tutdu. Fransa daha əvvəl də ABŞ-ı sövq edirdi ki, Ermənistana hərbi və iqtisadi yardım ayrılsın. Biz proqnozlaşdırırdıq ki, sonrasında bu üçtərəfli format ikitərəfliyə də keçə bilər. Co Bayden administrasiyası dövründə Paşinyan hakimiyyəti ABŞ-la strateji tərəfdaşlıq üzrə xartiya imzaladı. Amma hazırda həmin Xartiyanın icrası ilə bağlı vəziyyət sual altındadır. Çünki, Tramp administrasiyasının başı öz ölkəsinin işlərinə qarışıb. Bu baxımdan biz hər zaman görmüşük ki, Fransa Ermənistana dəstək göstərib".
Bunu Sonxeber.az-a müsahibəsində Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.
O, müsahibə zamanı qeyd edib ki, Ermənistanda fəaliyyət göstərən Fransa səfiri mütəmadi olaraq Azərbaycanla Ermənistan sərhədinə gələrək Azərbaycan əleyhinə, onun ərazi bütövlüyünə, suverənliyinə xələl gətirən ifadələr işlədir və bəyanatlar səsləndirir:
"Məsələn, 2023-cü ildə Fransa Müdafiə Nazirliyinin, Fransa Senatına təqdim etdiyi hesabatda da biz gördük ki, Fransa 2023-cü il ərzində Ermənistana 18 ixrac üzrə lisenziya verib. Bunların yarısından çoxu isə hərbi sahədə olan ixrac lisenziyalardır. Sonrasında Avropa Sülh Fondu da Ermənistana hərbi yardım göstərdi. Təbii ki, bunlar hər biri Fransanın daimi olaraq Avropa İttifaqını təşviq etməsi nəticəsində yaranan dəstəkdir. Vətən müharibəsində Fransa Ermənistanı dəstəkləyirdi. Bu səbəbdən də Makron Ermənistanın məğlubiyyətini şəxsi məğlubiyyəti kimi qəbul edib və məsələni şəxsiləşdirib. Bu baxımdan da Ermənistanı müharibəyə təhrik edir. Fransanın bu kimi davranışları regionun sülh danışıqlarına ciddi ziyan vurur və gərginliyi artırır. Qeyd etdiyiniz kimi, Gorusda da konsulluğun açılması o deməkdir ki, Gorus onlar üçün strateji nöqtədir. Çünki, bura Türkiyədən də çıxış var, İrana da yaxındır. Bu baxımdan orada konsulluğun açılması Fransanın Ermənistana göstərdiyi növbəti dəstəyin ifadəsidir".
Müsahibənin davamı:
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya