Nevroloq Röyanə Quluzadə: "Şəhər həyatı stress və nevroz riskini artırır" - VİDEOMÜSAHİBƏ
"Stress, nevroz, gərginlik və bu kimi psixoloji problemlər əsasən şəhər həyat tərzi sürən insanlarda daha çox müşahidə olunur. Urban mühitdə yaşayan şəxslər kənd yerlərində yaşayan insanlarla müqayisədə stressə daha çox məruz qalırlar".
Bu sözləri Sonxeber.az-a müsahibəsində nevroloq Röyanə Quluzadə danışıb.
O, müsahibə zamanı qeyd edib ki, stress, nevroz və bu kimi psixoloji problemlərə şəhər həyatının sürətli ritmi, nəqliyyat sıxlığı, havanın çirkli olması, daimi səs-küy və gündəlik gərginlik səbəb olur:
"Bu amillərin hamısı insanın sinir sisteminə mənfi təsir göstərir və psixoloji tarazlığın pozulmasına gətirib çıxarır. Xüsusilə gənclər həssas sinir sisteminə malik olduqları üçün bu problemlərlə daha tez-tez üzləşirlər.
Son dövrlərdə gənc insanlar arasında təşviş pozuntuları, obsessiv-kompulsiv nevroz, panik atak halları artmaqdadır. Bəzi hallarda isə bu problemlər huşun itirilməsi və konversion tutmalarla müşayiət olunur.
Psixoloji sağlamlığın qorunması üçün stressin idarə olunması, sağlam həyat tərzi və vaxtında mütəxəssisə müraciət mühüm əhəmiyyət daşıyır".
Vüsalə İbrahimli
Müsahibənin tam versiyasını YouTube kanalımızda izləyə bilərsiniz:
Sonxeber.az
Telegramda izləyin
Müsahibə Baxılıb: 1076 Tarix: 18 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qarabağda ermənilərin yaşayışı necə təmin olunacaq? - VİDEOMÜSAHİBƏ
Qarabağda baş verən son proseslərdən sonra azərbaycanlı və erməni əhalinin birgəyaşayış mövsuzu aktuallaşıb. Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nətic
31 oktyabr 2023QHT rəhbəri: "Tərtərdəki mina partlayışı terror hadisəsidir"
QHT rəhbəri: Tərtərdəki mina partlayışı terror hadisəsidir. "Tərtərdəki mina partlayışı terror hadisəsidir və biz ermənilərin törətdiyi bu faciələri son günlər daha tez-tez yaşayırıq". "Report"un Qarabağ bürosu xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezident
29 aprel 2023Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
Ev sahibləri arasında geniş yayılmış təhlükəsizlik tədbiri olaraq qəbul edilən "qapını kilidlədikdən sonra açarı üzərində saxlamaq" vərdişi mütəxəssislərin fikrincə, zənn edilənin əksinə olaraq ciddi təhlükəsizlik və sağlamlıq riskləri yaradır. Xalq arasında içəridə qoyulan açarın çöldən müdaxilən
8 avqust"Bizim xanımlar beynəlxalq müstəvidə də kifayət qədər fəaldılar" - DEPUTAT
"Azərbaycan qadınlarının ölkənin tarixində hər zaman böyük rolu olub. Kifayət qədər böyük nüfuza malik zümrənin təmsilçiləri olaraq, hətta, ta qədim dövrlərdən Azərbaycanda dövlətin idarə edilməsində qadınların iştiraknı görürük. Azərbaycan qadının bu kimi fəal və tarixi köklərə söykənən siyas
7 mart 2025