Xəstə oğluna görə "Neftçi"dən ayrılmaq istəyir
"Neftçi"nin braziliyalı futbolçusu Yuri Matias ailəsindən uzaqda yaşamağın çətinliklərini qatlaşmaq məcburiyyətində qalıb.
31 yaşlı mərkəz müdafiəçisi özü ölkəsinin mətbuatına açıqlamasında bunu deyib.
İki övladı olan Matiasın oğlanlarından biri - 5 yaşlı Mateus autizm spektri pozuntusundan (TEA) əziyyət çəkir. Bu səbəbdən Yuri oğlunun müalicəsinin davam etməsi üçün onlardan ayrı qalıb.
Futbolçu bu amilin onu psixoloji cəhətdən çox yüklədiyini bildirib: "Ailədən uzaq qalmaq çox çətindir. Bunu izah edə bilmirəm. Çünki mənə çox təsir edən, incidən məqamdır. Kiçik oğlumun autizmli olması da ayrı bir mübarizədir. Bu, bizim bir yerdə yaşamağımıza mane olur. Onun müalicəsini və inkişafını prioritet tutmalıyam".
Yuri Matiasın həyat yoldaşı Mişel də uşaqların atalarına çox bağlı olduğunu deyib: "Oğlanların Yuri ilə güclü bağları var. O, yanlarında olmayanda, xüsusilə də, autizmdən əziyyət çəkən Mateus üçün vəziyyət daha da çətinləşir. Amma bir yerdə olanda hər şey dəyişir, daha sakit və stressiz olur. Həmişə deyirəm ki, Yuri onların dərmanıdır".
Yazıda o da bildirilib ki, Yuri Matias Braziliyadan təklif alarsa, ailəsi ilə birlikdə yaşamaq üçün geri dönməyi düşünür. Onun "Neftçi" ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.//Oxu.az
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1411 Tarix: 03 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Musa Qurbanlı "100"ə çatdı
Musa Qurbanlı Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib. Qaynarinfo xəbər verir ki, hücumçunun yubileyi Misli Premyer Liqasının XXIV turuna təsadüf edib. O, "Zirə" ilə səfər görüşünün (3:1) 85-ci dəqiqəsində meydana daxil olub. Qurbanlı Premyer Liqada 2020/21 mövsümünd
16 mart"Qarabağ" bu futbolçu ilə razılıq əldə etdi
"Qarabağ"ın yeni transfer hədəfi bəlli olub. Teleqraf "DigiSport" portalına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Kiprin "Omoniya" (Aradippu) klubunda çıxış edən Jali Muaddibi heyətinə qatmaq niyyətindədir. Mənbənin məlumatına görə, Azərbaycan çempionu 25 yaşlı vingeri
13 mart41 yaşında karyerasını bitirdi
Braziliya yığmasının sabiq hücumçusu, Vaqner Lav 41 yaşında karyerasını başa vurub. xəbər verir ki, bu barədə məlumat idmançının sosial şəbəkə hesabında yer alıb. Təcrübəli forvard karyerası ərzində birgə çalışdığı hər kəsə təşəkkür edərək yaşıl meydanlarla vidalaşdığını elan edib. 2004-2007-ci illərd
24 martTürkiyəli gənc futbolçu öldürüldü, müğənni saxlanıldı
İstanbulun Ümraniye rayonunda silahlı hücum baş verib. "Qafqazinfo" xəbər verir ki, hücum zamanı "Kars36 Spor" klubunun futbolçusu 21 yaşlı Kubilay Kaan Kundakçı öldürülüb. İddiaya görə, hadisə 19 mart gecəsi baş verib. Reper Vahap Canbay ilə müğənni Aleyna Kalaycıoğlu arasındak
20 mart"Sabah" "Qarabağ"ın rekordunu yenilədi
Azərbaycan Premyer Liqasında iki rekord təkrarlanıb. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. "Sabah" Premyer Liqada ən böyükhesablı ev qələbəsini qazanıb. Bakı klubu Misli Premyer Liqasının XXII turunda "Qəbələ"ni 7:1 hesabı ilə məğlub edib. Bu, həm d
11 mart"Qarabağ"dan ayrıldı, Norveç klubuna keçdi
"Qarabağ"ın futbolçusu Kris Kuaku (Chris Kouakou) Ağdam klubunu tərk edib. -a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı şəkildə ləğv olunub. O, karyerasını Norveçin yüksək liqa təmsilçisi "Sarsborq 08" komandasında davam etdirəcək. Kuaku artıq tibb
13 martAzərbaycan və Türkiyə arasında yoldaşlıq görüşü keçiriləcək - FOTO
Azərbaycan mədəniyyət və incəsənət nümayəndələrindən ibarət futbol üzrə milli komandamız bu dəfə qardaş Türkiyənin incəsənət nümayəndələrindən ibarət komandasıyla yoldaşlıq görüşü keçirəcək. xəbər verir ki, görüş xeyriyyə məqsədilə baş tutacaq. Türkiyə millisinin heyətində Erkan Kolçak Köstandil, Kubila
25 martQurban Qurbanov futbolçularını SEVİNDİRDİ
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunçularına əlavə istirahət vermək qərarına gəlib. Trend-ə istinadən bildirir ki, "Kəpəz"ə məğlubiyyətdən sonra, psixoloji stressi azaltmaq məqsədilə məşqçi komandaya dörd günlük fasilə verib. Komanda 25 mart tarixində yenidən toplanacaq
24 mart