"Vətən müharibəmizdəki qələbəmizin qazanılmasında gənclərimiz dünyaya bir nümunə oldular" - DEPUTAT

"Vətən müharibəmizdəki qələbəmizin qazanılmasında gənclərimiz dünyaya bir nümunə oldular" - DEPUTAT"Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, öz gəncliyinə, onun sağlam böyüməsinə, milli dəyərlər kontekstində tərbiyə olunmasına çox böyük önəm verir. Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərində birinci təsis etdiyi nazirlik Gənclər və İdman Nazirliyi oldu. Bu özlüyündə Ulu Öndərin Azərbaycanın gəncliyinə, gələcəyinə nə qədər önəm verdiyi və dövlətin gələcək həyatına gənclərimizin hansı dəyərlər fonunda tərbiyə olunmasına, xalqın gələcəyini təmin edəcək insanların bugünkü gənclər olacağını bildiyinin və buna önəm verdiyinin bariz nümunəsidir".

Bunu Sonxeber.az-a deputat Vüqar İskəndərov danışıb.

O, açıqlamasında qeyd edib ki, son 10 ildə dünyada 18-30 yaş arası insanların dövlət vəzifələrində irəli çəkilməsi statistikasında Azərbaycan lider ölkələrdən biridir:

"Gənclər Gününün təsis edilməsi, forumların təşkili, Heydər Əliyevin özünün sözügedən formlarda, gənclər qarşısında çıxışlar etməsi bir növ ölkəmizin gələcəyinin yol xəritəsini çəkməsi idi. Cənab Prezident İlham Əliyev də həmin siyasəti uğurla davam etdirir. Azərbaycan gəncliyi dövlət proqramları, gənclər fondunun təsis edilməsi, gənclərin xaricdə təhsil ilə bağlı dövlət proqramının olması, gənclərin dövlət vəzifələrində irəli çəkilməsi ilə bağlı addımlar atılır. Maraqlı bir hal mövcuddur ki, son 10 ildə dünyada 18-30 yaş arası insanların dövlət vəzifələrində irəli çəkilməsi statistikasında Azərbaycan lider ölkələrdən biridir. Yəni, dövlət öz gəncliyinə güvənir, inanır və onu dövlətin idarə edilməsində rolunu artır. Gənclər də onlara göstərilən bu etimadı inamla doğrultdular. Vətən müharibəmizdəki qələbəmizin qazanılmasında gənclərimiz dünyaya bir nümunə oldular. Onlar "vətəni necə sevmək lazımdır, necə vətənpərvər olmaq mümkündür" ustad dərsini ortaya qoydular. Təbii ki, düyanı sürətlə dəyişən dəyərlərdir. Yeni və sərhədsiz cərəyanlar daxil olur. Onların içərisində müsbət və mənfi tendensiyalar da var. Əsas, gənclərimiz daha diqqətli və həssas olmalıdırlar. Cənab Prezidentin də söylədiyi kimi Azərbaycan gənci keyfiyyətli təhsil almalı, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə almalı, ali dəyərlərimizi qorumalı, vətənpərvər olmalıdır və təbii olaraq gənclər elə bir dövrləri yaşayırlar ki, onlar həmin dövrdə həm tam təhsil almalı və hər hansı peşənin seçilməsində çox diqqətli olmaldırlar. Çünki, gələcək həyatları onların bu seçimlərindən asılı olur. Bu mənada gənclər keyfiyyətli bilik almaqla bərabər, həmin bilikləri bacarığa çevirməlidirlər. Düşünürük ki, dövlət bu sahədə kifayət qədər gənclərimizə alətlər təqdim edir. Gənclərimiz mütləq təhsillərində, ixtisas seçimlərində, əsasəndə milli ruhda ənənəmizə sadiq olmalaırını nəzərdə saxlamalıdılar və dövlətimizinin gələciyinin daha işıqlı olması üçün hərtərəfli inkişafımızda öz töhfələrini verməlidirlər".

Sonxeber.az-a danışan Politoloq İlyas Hüsyenov ölkəmizdə gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsinə dair açıqlamasında qeyd edib ki, gənclər düzgün tərbiyə olunmalı, fiziki və mənəvi inkişaf etməli, savadlı bir vətəndaş kimi ölkəmizin inkişafına öz töhfələrini verməldilər:

"Hər bir dövlətin, cəmiyyətin gələcəyi uşaqlar, gənclərdir. Azərbaycan dövləti də bu siyasətə böyük diqqət ayırır. Cənab Prezidentin 2 fevral Gənclər Günü münasibəti ilə gənclərlə mütəmadi görüşləri keçirilir, önəmli tövsiyələr verilir və gənclərin Azərbaycanın gələcəyində oynayacağı rol haqqında fikirlər bölüşülür. Hesab edirəm ki, bu siyasət çox mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkədə vətənpərvərliyin yüksək olması, ərazi bütövlüyü və suverənlik istiqamətində mühüm reallıqların təsviri, tədqiqi və öyrənilməsi ona gətirib çıxartdı ki, Cənap Prezidentin rəhbərliyi dövründə böyüyən, tərbiyə alan gənclər Qarabağı, Şərqi Zəngəzuru düşmən işğalından azad etdi. Bu yeni bir reallıqlar formalaşdırır. Gənclər düzgün tərbiyə olunmalı, fiziki və mənəvi inkişaf etməli, savadlı bir vətəndaş kimi ölkəmizin inkişafına öz töhfələrini verməldilər. Azərbaycan xalqı çox istedadlı xalqdır və biz intellektual potensiyal çox böyükdür. Bu da bizə imkan verir ki, gənclər həm elmi inkişafda, tərəqqidə naliyətlər əldə etsinlər, eyni zamanda müxtəlif sahələrəd də biz birinciliyi qoruyub, saxlaya bilək. Çünki, hazırda süni intellekt, informasiya texnologiya dövrüdür. Burada data analtikası, məlumatların işlənilməsi, öyrənilməsi, tədqiqi, dataların analizi mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə biz öz gənclərimizin intellektual göstəriciləri ilə böyük uğur əldə etmək niyyətindəyik. Hesab edirəm ki, bu baxımdan dövlətin də gənclərə dəstəyi mühüm əhəmiyyət kəsb edir. Müxtəlif startapların motivasiyası, onların maliyyə vəsayitlərinin ayrılması nəticədə Azərbaycanı həm də İT dövlətə çevirə bilər. Hesab edirəm ki, bu iş üzərində gərgin fəaliyyət önəmlidir. Biz bu məsələdə geri qala bilmərik, hətta bir sıra dövlətlətləri qabaqlamalıyıq. Regiyonda bu müstəvidə lider dövlətə çevrilməliyik. Digər tərəfdən müxtəlif sahələr də var ki, bu sahələrin inkişaf etdirilməsi də gənclərin üzərinə düşür".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusuna uyğun olaraq dərc edilir.
"Vətən müharibəmizdəki qələbəmizin qazanılmasında gənclərimiz dünyaya bir nümunə oldular" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1856   Tarix: 04 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şanlı Qələbə tarixdə əbədi qalacaq

Bu gün xalqımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan Zəfər sevincini yaşayır. 2020-ci il sentyabrın 27-də başlanan Vətən savaşı nəticəsində 44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyə

25 sentyabr
.

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Video

Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda tədbir təşkil olunub. "Qafqazinfo" xəbər veri

26 sentyabr
.

Anım Günü xalqımızın dövləti, torpağı, bayrağı uğrunda canından keçməyə hazır olmasının təsdiqi günüdür

2020-ci il 27 sentyabr tarixi Vətən müharibəsinin başlandığı, Azərbaycan xalqınımn hər bir fərdinin işğaldakı torpaqlarımızı azad etmək üçün birləşdiyi, bir yumruğa çevrildiyi müqəddəs bir gündür. Məhz 27 sentyabr günündən başlayaraq 10 noyabr tarixinə qədər Ali Baş Komandanın rəhbərliyi altında şanl

25 sentyabr
.

Prezident: "Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər"

"Bir çox aparıcı beynəlxalq şirkətlər iqtisadiyyatın müxtəlif sektorlarında Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib. Dövlətimizin başçıs

26 sentyabr
.

İlham Əliyev Tokayevə başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. "Qafqazinfo" xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəc

26 sentyabr
.

Şanlı Qələbə ilə bitmiş 44 günlük Vətən müharibəsi

Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlə

25 sentyabr
.

İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib

25 sentyabr
.

Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlad. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanl

25 sentyabr
.

Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu, forumda səslənən fikirlər, imzalanan müqavilələr, investisiya sənədləri və Prezident İlham Əliyevin bu mötəbər tədbirdə iştirakı və keçirdiyi görüşlər dünya mediasının diqqətində olub. Türkiyənin, Rusiyanın, Avropa, Mərkəzi Asiya və digə

26 sentyabr