Bakıda üç dostun ağlasığmaz planı: Yanmış "Gelandewagen"lə kredit götürdülər
Bakıda 3 dost lizinq şirkətinə qarşı külli miqdarda dələduzluq ediblər. Onlar yanmış "Mercedes G-63" markalı avtomobilin sənədlərini saxtalaşdıraraq lizinq şirkətindən 53 min manat kredit götürüblər.
Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, maşın alveri ilə məşğul olan Orxan, Üzeyir və Faiq qurulan plana uyğun olaraq əvvəlcə qismən yanaraq yararsız vəziyyətə düşmüş "Mercedes Gelandewagen" markalı avtomobili ucuz qiymətə alıblar. Sonra "Hollyvood-Cars" şirkətindən eyni markalı avtomobili 10 günlük icarəyə götürüblər.
Onlar yanmış avtomobilin nömrəsini icarəyə götürdükləri maşının nömrəsi ilə dəyişdiriblər. Maşının mühərrik nömrəsini də siliblər. Onlar müxtəlif yollarla sənədləri saxtalaşdıraraq avtomobili Faiqin adına sənədləşdiriblər.
Sonra da lizinq şirkətlərindən birindən həmin avtomobilə görə 53 min manat kredit götürüblər. Lizinq şirkəti avtomobili idarə etmək üçün Faiqə etibarnamə verib. Həmin zaman lizinq şirkəti avtomobilə GPS yerləşdirib. Lakin 3 dost icarəyə götürdükləri maşını "Hollyvood-Cars" şirkətinə qaytaran zaman lizinq şirkətinin quraşdırdığı GPS-i çıxarıblar, əvvəlki nömrəsini də yerinə taxıblar. Lizinq şirkəti maşından xəbər tutmayanda 3 dostun əməllərinin üstü açılıb.
Faiq həmin ərəfədə Rusiyaya qaçıb. Orxan və Üzeyir tutularaq məsuliyyətə cəlb edilib. Onlar barəsində dələduzluq maddəsi ilə ittiham elan edilib. Üzeyir və Orxan dəymiş zərəri ödədikləri üçün məhkəmə onlara şərti cəza verib.
Faiq isə uzun müddət axtarışdan sonra saxlanılıb və Bakıda hakim qarşısına çıxarılıb. Ona da eyni maddə ilə ittiham irəli sürülüb. Faiq özünü təqsirli bilməyərək deyib ki, bütün işi Orxan və Üzeyir görüb. Sadəcə, maşını onun adına sənədləşdirildiyini və buna görə 2 min manat aldığını deyib. İfadəsində deyib ki, lizinq şirkətinə gedən zaman ona yeni patlar və bahalı telefon da verilib. Məqsəd şirkətdə özünə qarşı inam yaratmaq olub.
Məhkəmə zərərin ödənilməsini nəzərə alaraq Faiq barəsində də şərti cəza təyin edib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 3644 Tarix: 06 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQonaqlıqda yeyib-içən tanışların mübahisəsi ölümlə bitdi - Yenilənib
Bərdədə qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Molla Əhmədli kəndində 200-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqlanaraq öldürülüb. Onun qətlində tanışı 1996-cı il təvəllüdlü Cavad Hüseynov şübhəli bilinir. İlkin məlumata görə, tərəflər qonaqlıqda yeyib-içərkən aralarında mübahis
30 sentyabrAvropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
İnsan hüquqları üzrə Avropa Məhkəməsində Əli Kərimlinin Azərbaycana qarşı (N 3395/26) iddiasına baxılması üzrə uzunmüddətli proses yekunlaşıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ramiz Mehdiyev və digərləri ilə birlikdə Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyəti
4 noyabrMehriban Rəhimliyə hökm oxundu
ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr
7 oktyabrAmansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Amansızlıqla qətl
8 oktyabrAzərbaycanda icra başçısı cərimələndi
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub. -a istinadən xəbər verir ki, icra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermi
27 oktyabrŞamaxıda qadın su çənində boğuldu
Şamaxı rayonunda 50 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, Şamaxı şəhər sakini 1976-cı il təvəllüdlü Piriyeva Pakizə Gülaməddin qızı həyətindəki su çəninə düşüb. O, suda boğularaq vəfat edib. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılı
11 noyabrTraktorla 13 yaşlı velosipedçini vurub öldürdü
Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 22-si Neftçala-Salyan avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Həsənov Fərhad Kamil oğlu idarə etdiyi traktorla velosipedlə hərəkətd
23 oktyabrQaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat
Qax rayonunda 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz edilib. -ın məlumatına görə, rayon sakini Fərman adlı gənc oğlan parkda 2012-ci il təvəllüdlü qızla tanış olub. Təxminən 10 gün sonra qız Fərmandan ayrılıb və onun 2004-cü il təvəllüdlü qardaşı Rəhmanla sevgi münasibətləri yaşayıb. Rəhman qızl
21 oktyabr