Çingiz Mehdiyev həbs edilmədi - Əmlakları da özündə qalacaq
Bakı Şəhər Halqası əməliyyat şirkətinin "Formula 1"in təşkili üçün ayrılmış dövlət vəsaitini mənimsəməkdə və cinayət yolu ilə ələ keçirilmiş pulları leqallaşdırmaqda ittiham olunan keçmiş şöbə rəisi Çingiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hakim Leyla Əsgərova-Məmmədova bəyan edib ki, təqsirləndirilən şəxsə külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması maddələri ilə verilmiş ittihamlar məhkəmədə təsdiqini tapıb. Bu əsasla o, qeyd olunan ittihamlarla təqsirli bilinir, lakin mənimsəmə epizodu üzrə dəymiş ziyan tam ödənildiyindən həbslə bağlı olmayan cəza təyin edilir.
Hökmə əsasən, Çingiz Mehdiyevə 8 il müddətinə şərti cəza verilib. Onun 1 milyonluq əmlakı (evlər və torpaq sahələri) üzərinə qoyulmuş həbs qərarı da ləğv edilib.
Beləliklə, Çingiz Mehdiyev 1 illik məhkəmə araşdırmasının nəticəsi ilə üzləşib. O, son anda dövlətə dəymiş ziyanı ödəməsi sayəsində azadlıqda qala bilib.
Qeyd edək ki, məhkəmə istintaqının sonunda prokuror Çingiz Mehdiyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi. Bu tələbdən sonra o, 397 min 892 manat ziyanı geri ödəyib. Prokuror ödənişi təsdiq edən sənədi əldə etdikdən sonra əvvəl tələb etdiyi 10 illik həbs cəzasını şərti cəza ilə əvəzləyib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1228 Tarix: 17 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs
"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs
3 sentyabrYeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video
Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c
6 avqustProkurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i
15 sentyabrDəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl
5 avqustNigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"
18 sentyabrTovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur
Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd
7 avqust4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu
Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalar nəticəsind
12 avqustQubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto
Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb
17 avqustAzərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı
Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd
19 avqust