Ramiz Mehdiyevin qızının uduzduğu məhkəmə işi: "Görünür, heç kimə qismət olmayacaq"
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın "Baku Oksford Məktəbi"nin müsadirəsi ilə bağlı verdiyi şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin yekun qərarı açıqlandıqdan sonra həmin məktəbin qurucularından biri Nailə Rzayeva məsələyə münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, N.Rzayeva sosial şəbəkə hesabında paylaşım edərək məktəbin müsadirə olunmasına ümid etdiyini bildirib:
"Mənim və mərhum həyat yoldaşım Tofiq Rzayevin təsisinə və inkişafına 26 il sərf etdiyi, həyasızcasına mənimsənilmiş "Baku Oxford School", görünür, heç kimə qismət olmayacaq. Çox ümid edirəm ki, dövlətimiz qanunsuz mənimsənilmiş məktəbi müsadirə edəcək. Təhsillə mütəxəssislər məşğul olmalıdırlar".
12:06
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın "Baku Oksford Məktəbi"nin müsadirəsi ilə bağlı verdiyi şikayət üzrə yekun qərar açıqlanıb.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Kamilə Əliyevanın şikayətini əsassız sayıb.
Hakim Faiq Qəniyevin sədrlik etdiyi məhkəmə heyəti təsdiq edib ki, məktəb "Baku Steel Company"dən mənimsənilən pullar hesabına inşa olunub. Bu səbəbdən nə Kamilə Əliyeva, nə də məktəbin təsisçisi Mehriban Məmmədova əmlak üzərində mülkiyyət hüququna malikdir.
Xatırladaq ki, "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası verilib.
Məmmədovun milyonlarla manat dəyərində əmlakı, o cümlədən "Baku Oksford Məktəbi" də müsadirə olunub. Kamilə Əliyeva məktəb binasının yarısının pay sahibi olduğunu iddia edir.
Məktəb bir müddət əvvəl 18 milyon 527 min 250 manata hərraca çıxarılmışdı.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2918 Tarix: 01 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tovuzda 32 yaşlı kişi qətlə yetirildi - Kəndlisi saxlanıldı
Tovuzda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, cinayət rayonun Eyyublu kəndində qeydə alınıb. Belə ki, 32 yaşlı Elməddin Quliyev kəsici alətlə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən onun 1997-ci il təvəllüdlü həmkəndlisi Asəf Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb
1 iyul25 yaşlı oğlan işlədiyi bağda öldü
Tərtər rayonunda gənc oğlan tənəffüs çatışmazlığından vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 7-si saat 16 radələrində Tərtər şəhərinin ərazisində yerləşən bağda baş verib. Orada işləyən Yevlax rayon sakini 2001-ci il təvəllüdlü Dünyamin Ayaz oğlu Hümbətov astma bronxit xəstəliyində
9 mayÜlviyyə İlyasova fəhləyə borclu qalıb?
"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind
7 avqustKeçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
Ötən gün paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində keçmiş həyat yoldaşı 44 yaşlı Amalya Qəhrəmanovanı ov tüfəngi ilə güllələyərək öldürməkdə şübhəli bilinən 43 yaşlı Zaur Qəhrəmanovun vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cava
10 iyulİlham Haqverdiyev azadlığa buraxıldı
Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ela
1 mayBibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ - VİDEO
Bakıda bibisinin qızını bıçaqlamaqda və onunla münasibətdə şübhələndiyi digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşıyevin cinayət işi üzrə məhkəməsi keçirilib. -ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Nail
30 iyun4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu
Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalar nəticəsind
12 avqustƏvvəl arvadını sonra özünü bıçaqlamaqda şübhəli bilinir
Ağcabədi rayonunda ər-arvad bıçaq xəsarətləri alıblar. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndində baş verib. 33 yaşlı Əlimərdan Ağayev əvvəlcə 27 yaşlı həyat yoldaşı Mehparə Ağayevaya daha sonra özünə bıçaqla xəsarə yetirməkdə şübhəli bilinir. Yaralı ər-arvad xəstəxanay
17 iyul