"Qarabağ"ın 3 komandası beynəlxalq turnirdə iştirak edəcək

"Qarabağ"ın 3 komandası beynəlxalq turnirdə iştirak edəcək"Qarabağ"ın aşağı yaş qruplarından ibarət komandaları beynəlxalq turnirlərdə iştirak edəcəklər.

Bu barədə "Report"a klubun akademiyasının koordinatoru Aftandil Hacıyev məlumat verib.

Mütəxəssis U-15 komandasının Antalyaya yollanacağını bildirib:

"Rauf Əliyevin rəhbərlik etdiyi U-15 komandası Antalyada aprelin 16-dan 20-nə qədər keçiriləcək beynəlxalq turnirə qatılacaq. Hansı ki, çox yaxşı komandalar var. Hətta Küveyt millisi, İngiltərədən "Fulhem", Çexiyadan "Lex", İspaniyadan "Levante", Almaniyadan "Ştutqart", Serbiyadan "Partizan", Belçikadan "Gent", Türkiyədən "Antalyaspor" kimi klublar gələcək. Ümumiyyətlə, yarışda həm yığmalar, həm də klublar iştirak edəcək".

Klub rəsmisi U-17-nin dünyanın ən yaxşı turniri sayılan "Gothia Cup"a qatılacağını da nəzərə çatdırıb:

"Dünyanın ən yaxşı turniri sayılan "Gothia Cup"a qatılacağıq. Bu yarış iyulun 13-dən 19-na qədər İsveçin Göteborq şəhərində keçiriləcək. U-17 komandamızın iştirakı təsdiq olunub. Bu yarışa düşmək çox çətindir. Çünki demək olar dünyanın bütün ölkələrindən komandalar bu turnirə təşrif buyurur. Bildiyimə görə, 1800-dən çox komanda iştirak edəcək. U-11 komandamız isə Polşadakı beynəlxalq turnirdə mübarizə aparacaq. Bu yarış mayın 22-dən 26-na qədər təşkil olunacaq. Reqlament göndərməsələr də, yaxşı turnirdir".

Qeyd edək ki, buna qədər "Qarabağ"ın U-14 komandasının Niderlandda keçiriləcək "SV EPE U-14 Youth Easter Cup" beynəlxalq turnirinə qatılacağı dəqiqləşmişdi.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 998   Tarix: 05 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın minifutbol üzrə U-23 komandası dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycanın minifutbol üzrə U-23 komandası dünya çempionatında ilk matçına çıxıb. -ın məlumatına görə, yığma Rumıniya ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb. Azərbaycan millisinin heyətində Xəzər Ağalızadə (3), Nihad Ağayev (35) və Fərid Abbasov (39) fərqləniblər. Qeyd edək ki, bu gün start

13 oktyabr
.

"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır

"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd

20 oktyabr
.

"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib

Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə

12 oktyabr
.

AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. Bu barədə -a AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb. Sanksiya avqustun 31-dən qüvvəyə minib

20 oktyabr
.

Batrakov "Barselona"ya təklif olunubmuş

1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind

18 oktyabr
.

"Barselona" "Ştutqart"ın futbolçusu Finn Yelçlə maraqlanır

İspaniyanın "Barselona" klubu Almaniyanın "Ştutqart" komandasında çıxış edən Finn Yelçi heyətinə qatmaq niyyətindədir. "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 20 yaşlı müdafiəçini bir neçə aydır izləyir və onun növbət

20 oktyabr
.

"Barselona"nın futbolçusu Xavi Espart Ramosun rekordunu qıraraq tarixi nailiyyətə imza atıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Xavi Espart tarixi nailiyyətə imza atıb. xəbər verir ki, 19 yaşlı cinah müdafiəçisi buna Fransada PSJ-yə uduzduqları (2:4) UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin II turunun oyununda fərqlənməklə nail olub. Kataloniya təmsilçisinin yetirməs

21 oktyabr
.

"Səbail" klubu ev oyunlarını Qubada keçirmək üçün danışıqlar aparır

"Səbail" Futbol Klubunun rəhbərliyi Quba Olimpiya İdman Kompleksinin stadionunda ev oyunlarını keçirmək məqsədilə danışıqlar aparır. Bu barədə "Report"un sorğusuna cavab olaraq I Liqa təmsilçisindən məlumat verilib. Klubdan bildirilib ki, rəqibləri məhz Quba şəhərində qəbul etmə

23 oktyabr
.

Güləşçimizdən DÇ-də gümüş medal

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb. "Qafqazinfo" xəbər verir ki, o, finalda qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olub. Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşç

14 oktyabr