"Qarabağ"da köklü dəyişikliklər... - Yeni futbolçular alınacaq
"Qarabağ" bu mövsüm başa çatdıqdan sonra heyətində köklü yenilik edəcək.
Sonxeber.az Qol.az-a istinadən xəbər verir ki, bir sıra futbolçularla yolların ayrılması nəzərdə tutulur. Onların arasında həm yerlilər, həm də legionerlər var.
Əvəzində komandaya bir neçə oyunçunun cəlb edilməsi gözlənilir. Onlar əsasən legionerlərdən ibarət olacaq.
"Qarabağ" müdafiənin mərkəzi, yarımüdafiənin sol və sağ cinahı, orta xətt və hücum xətti üçün futbolçu almağı hədəfləyib. Baş məşqçi Qurban Qurbanovun planında yeni mövsüm üçün əsas heyət üzvü olacaq ən azı 5 futbolçunun alınması var.
Xüsusən yeni transferlər Emmanuel Addai, Aleksey Kaşuk, köhnə futbolçulardan Bəhlul Mustafazadə, Bədavi Hüseynovun bu mövsüm uğursuz oyunu, Juninyonun gedişindən sonra hücumun mərkəzində yaranan ciddi boşluq baş məşqçi Qurban Qurbanovu çox məyus edib. Dayaq yarımmüdafiəçilərindən Patrik Andrade də əvvəlki formasından uzaq düşüb. Onlara əvəzləyici lazım olduğunu məşqçi heyəti qəbul edir.
Amma o, Kadinin isə bu qış "Qarabağ"a transferini uğurlu sayır. Yenidən Ağdam klubuna qayıdan braziliyalı meydana çıxdığı 8 Premyer Liqa matçında 5 qol vurub, 2 qolun ötürməsini verib. Onun günbəgün əvvəlki formasına qayıtması məşqçi heyətini sevindirməklə yanaşı klubu əlavə pleymeyker almaq yükündən azad edir.
Qurban Qurbanovun heyətə əl gəzdirmək niyyəti isə komandanın bu mövsüm Avroliqada uğursuz çıxışıdır. Komanda Liqa mərhələsində 36 komanda arasında sonuncu yeri tutub. Bir çox oyunçu fiziki və psixoloji baxımdan yorulub ki, bunu Q.Qurbanov ad çəkmədən özü də mətbuat konfranslarında etiraf edib.
Onu da qeyd edək ki, bir müddətdir "Qarabağ" rəsmi və qeyri-rəsmi səviyyədə legioner futbolçular və onların klubları ilə danışıqlara başlayıb. İlkin razılığı alınan var. Lakin klubu tərəfindən yüksək təzminat tələb edənlər də var ki, onların şərti "Qarabağ"ı razı salmır.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1127 Tarix: 08 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır
"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd
20 oktyabr"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib
Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə
12 oktyabrAMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. Bu barədə -a AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb. Sanksiya avqustun 31-dən qüvvəyə minib
20 oktyabrBatrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18 oktyabr"Barselona" "Ştutqart"ın futbolçusu Finn Yelçlə maraqlanır
İspaniyanın "Barselona" klubu Almaniyanın "Ştutqart" komandasında çıxış edən Finn Yelçi heyətinə qatmaq niyyətindədir. "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 20 yaşlı müdafiəçini bir neçə aydır izləyir və onun növbət
20 oktyabr"Səbail" klubu ev oyunlarını Qubada keçirmək üçün danışıqlar aparır
"Səbail" Futbol Klubunun rəhbərliyi Quba Olimpiya İdman Kompleksinin stadionunda ev oyunlarını keçirmək məqsədilə danışıqlar aparır. Bu barədə "Report"un sorğusuna cavab olaraq I Liqa təmsilçisindən məlumat verilib. Klubdan bildirilib ki, rəqibləri məhz Quba şəhərində qəbul etmə
23 oktyabrGüləşçimizdən DÇ-də gümüş medal
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb. "Qafqazinfo" xəbər verir ki, o, finalda qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olub. Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşç
14 oktyabr