Xocalıda insanları necə öldürdüklərini etiraf etdi - Əmri o veribmiş

Xocalıda insanları necə öldürdüklərini etiraf etdi - Əmri o veribmişBu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini etiraf edib.

"Qafqazinfo" xəbər verir ki o, dindirilərkən 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqləyib və deyib: "Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın".

O, Xocalıda bütün əmrləri "Xolostoy" ləqəbli Arkadi Şirinyanın verdiyini qeyd edərək bildirib: "Bizə isə əmrləri Vanik Petrosyan verirdi. Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər".

M.Babayan Xocalıya silahlarla gəldiklərini, zirehli texnikalardan istifadə edildiyini təsdiqləyib. Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirakını etiraf edib və deyib: "Səhv etmişik".

O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçiləri tərəfindən maşınlara yığılaraq aparıldığını bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 21-də davam etdiriləcək.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1546   Tarix: 18 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ - VİDEO

Bakıda bibisinin qızını bıçaqlamaqda və onunla münasibətdə şübhələndiyi digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşıyevin cinayət işi üzrə məhkəməsi keçirilib. -ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Nail

30 iyun
.

Qaradağda böyük əməliyyat: Beş nəfər SAXLANILDI - VİDEO

Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçiriblər. Bu çərçivədə rayon ərazisind

7 aprel
.

70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm oxunub

27 aprel
.

Hamlet Musayevin qızı həbsdən azad edildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq qərar qəbul edilib. M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyev

20 may
.

Salyanda çətənə kolları yetişdirən keçmiş məhkum saxlanıldı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvan

28 may
.

Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı

Özünü "Dr.Gülü" kimi təqdim edən Gülbədə Abdullayevanın "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda olmadığı və plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsinin olmadığı açıqlanıb. "Yeni Sabah"a istinadl

14 may
.

Yanğın təhlükəsi olan mağaza bağlandı - Video

Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2 ünvanında fəaliyyət göstərən topdansatış mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata görə, mağazada aşağıdak

30 aprel
.

Dövlət xidmətində rüşvət ƏMƏLİYYATI: Saxlanılanlar var

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib. "Report"a istinadla xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb. Onla

23 aprel
.

Bakıda ər-arvad qətlə yetirildi

Bakıda qətl hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə mayın 25-i səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərin birində qeydə alınıb. Qarət məqsədilə evə daxil olan naməlum şəxs ev sahibləri - 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaql

25 may