Qardaşından 8 ay sonra qəzada öldü - Digər vəfat edən müəllimdir

Qardaşından 8 ay sonra qəzada öldü - Digər vəfat edən müəllimdirDünən axşam saatlarında Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində vəfat edən şəxslərdən 1978-ci il təvəllüdlü Vəsfiyyə Yasin qızı Məlikova Korgöz qəsəbə məktəbinin riyaziyyat müəllimi imiş.

Belə ki, V. Məlikova həyat yoldaşı Ramin Məlikovun idarə etdiyi "Lada Priora" markalı avtomobildə olarkən onların maşını Lökbatan-Puta yolunda üzbəüz hərəkətdə olan və Sultan Sultanlının sürdüyü "Hyundai" markalı avtomobillə toqquşub. Həmin avtomobilin isə manatlıq taksi kimi fəaliyyət göstərdiyi məlum olub.

Qəza zamanı "Hyundai"də olan sərnişinlərdən Hacıalı Adil oğlu Rüstəmov da hadisə yerində ölüb. Bildirilir ki, onun qardaşı 31 yaşlı Ramil isə ötən ilin avqustunda vəfat edib.

Qeyd edək ki, hadisə nəticəsində hər iki sürücü və digər sərnişinlər – Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Fotoda Vəsfiyyə Məlikova
Qardaşından 8 ay sonra qəzada öldü - Digər vəfat edən müəllimdirFotoda Hacıalı Rüstəmov
Qardaşından 8 ay sonra qəzada öldü - Digər vəfat edən müəllimdir


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1509   Tarix: 24 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

60 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Salyan rayonunda bu il yanvarın 31-dən itkin düşən şəxsin meyiti aşkar edilib. "Qafqazinfo"nun məlumatına görə, meyit Salyan-Neftçala yolu yaxınlığında, rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən kollektordan tapılıb. İlkin araşdırma nəticəsində meyitin Salyan şəhər sakini, 85 yaşlı Rafae

1 aprel
.

Könül Həmzəyeva axtarışa verildi

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Könül külli miqdarda dələduzluqda ittiham olunur. K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilib. Hazırda Xəzər Rayon Polis İdarəsind

10 mart
.

Vardanyana hökm oxundu - 20 il - Yenilənib

Bu gün Bakı Hərbi Məhkəməsində Ruben Vardanyan barəsində cinayət işi üzrə açıq məhkəmə iclası keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə v

17 fevral
.

Bakıda qadın 3 min manatlıq qızılı belə oğurladı - Video

Zərgərlik mağazalarından oğurluq edən şəxs saxlanılıb. DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən zərgərlik mağazalarının birindən 3 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsini

12 fevral
.

Sevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRAR

Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəf təqsirləndiriləni

10 aprel
.

Ərini öldürən qadına və sevgilsinə AĞIR CƏZA

Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasovanın və Zahir Soltanovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, Leyla Abbasova 15 il, Zahi

16 aprel
.

İlqar Əliyevin cəzası azaldıldı

Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev barəsindəki qərar dəyişdirilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ali Məhkəmə məhkumun şikayətini qismən təmin edib. Qərara əsasən, İlqar Əliyevin cəzası dörd ildən ü

2 mart
.

Zamin Zəkiyə hökm oxunub

"QHT işi" üzrə ittiham olunanlardan biri - sosial işçi və hüquq müdafiəçisi Zamin Zəkinin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunaraq Zamin Zəki 7 il 6 ay müddətinə azadlıqda

11 mart
.

Daha bir tiktoker həbs edildi

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, növbəti tədbirlərlə "TikTok" sosial şəbəkəsində canlı yayım zamanı təhqiramiz ifadələr səsləndirən Əliqismə

12 mart