Pakistan XİN rəhbəri çinli həmkarı ilə danışığında Hindistanın qanunsuz hərəkətlərini rədd edib
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İsxaq Dar Çinin xarici işlər naziri Van İ ilə danışığında Hindistan tərəfinin qanunsuz hərəkətlərini qəti şəkildə rədd edib.
"Report" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İ.Dar çinli həmkarına mövcud regional vəziyyət barədə məlumat verib, Hindistanın birtərəfli və qeyri-qanuni hərəkətlərini, habelə Pakistana qarşı əsassız təbliğatını qəti şəkildə rədd edib.
Pakistanın xarici işlər naziri Çinin ardıcıl və sarsılmaz dəstəyinə görə dərin minnətdarlığını ifadə edərək, İslamabadın Pekinlə sarsılmaz dostluğuna və hərtərəfli strateji tərəfdaşlığa dair ortaq baxışına qəti sadiqliyini bir daha vurğuladı. O, Pakistanın bütün sahələrdə ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək əzmində olduğunu vurğulayıb.
Hər iki tərəf regional sülhün və sabitliyin qorunmasına, qarşılıqlı hörmət və anlaşmanın təşviqinə, birtərəflilik və hegemon siyasətlərə birgə qarşı çıxmağa qəti sadiq olduqlarını təsdiqləyiblər. Onlar regionda və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və davamlı inkişaf kimi ümumi məqsədlərə nail olmaq üçün bütün səviyyələrdə sıx əlaqə və koordinasiyanı davam etdirməyə razılaşıblar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1400 Tarix: 27 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır
Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın
15 noyabrAlimlər insan beyninin təkamülünə təsir edən mexanizmi aşkar ediblər
Alimlər insan beyninin inkişafında təkamülün rolunu izah edə biləcək yeni mexanizm müəyyən ediblər. xəbər verir ki, Tayvan və Yaponiyadan olan tədqiqatçılar DACH1 geninin fəaliyyətini tənzimləyən DNT hissəsini araşdırıblar. Məlum olub ki, həmin hissədəki təkamül dəyişiklikləri beynin inkişafı üçün vaci
16 noyabrArılar 35 dərəcə şaxtada belə sağ qalırlar
Arılar qışda 35 dərəcə şaxtaya baxmayaraq sağ qala bilirlər. Bunun üçün onlar bədənlərində istilik yaradan xüsusi üsuldan istifadə edirlər. xarici mediaya istinadən xəbər verir ki, yay aylarında hər yerdə rast gəldiyimiz arılar və eşşəkarıları havalar soyuyan kimi sanki birdən-birə yoxa çıxırlar. Laki
15 noyabrBoşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində
Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE
15 noyabrAİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırdı
Avropa İttifaqı (Aİ) Ukraynaya "Ukraine Facility" proqramı çərçivəsində təxminən 8 milyard avro həcmində maliyyə yardımının ayrılmasını təsdiqləyib. "Yeni Sabah" xəbər verir ki, Abu proqramın fəaliyyətə başlamasından bəri Kiyevə ayrılan ən böyük birdəfəlik ödənişdir. Vəsaitin təxminə
16 noyabr