İordaniyada "GTA VI" qadağan edilir
İordaniyanın Telekommunikasiya Tənzimləmə Komissiyası gənclərin və uşaqların təhlükəsizliyini təmin etmək üçün "Grand Theft Auto VI" ("GTA VI") oyununun qadağan olunmasını nəzərdə tutan hüquqi çərçivə üzərində işləyir.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəhbəri Lara Əl-Xatib açıqlama verib.
"Roya News" portalının məlumatına əsasən, komissiya müvafiq qərarın təsdiqlənməsi və həyata keçirilməsi məqsədilə aidiyyəti qurumlarla intensiv müzakirələr aparır. Əl-Xatib qeyd edib ki, müasir dövrün oyunları "qapalı əyləncə" çərçivəsindən çıxaraq istifadəçilərin qlobal miqyasda yad şəxslərlə birbaşa əlaqə qura bildiyi geniş rəqəmsal platformalara çevrilib.
Onun sözlərinə görə, "GTA VI" yalnız yetkinlik yaşına çatanlar üçün nəzərdə tutulsa da, ciddi texniki məhdudiyyətlərin olmaması uşaq və yeniyetmələrin oyunu asanlıqla əldə etməsinə şərait yaradır.
Qeyd edək ki, "Grand Theft Auto VI" oyununun təqdimatı 19 noyabrda keçirilib. Layihə "Metacritic" rəy aqreqatorunda tənqidçilər tərəfindən 100 mümkün baldan 99 bal toplayaraq yüksək qiymətləndirilib. "Grand Theft Auto" oyun sektorunda ən çox gəlir gətirən və böyük təsirə malik olan media franşizaları sırasındadır. Unikal sərbəstlik, kəskin sosial satira və virtual aləmin xırda detallarına qədər işlənməsi layihəyə kult statusu qazandırıb. Nəticədə, o, sadəcə bir oyun olmaqdan çıxaraq populyar mədəniyyətin mühüm bir elementinə çevrilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 116 Tarix: 23 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTanınmış zərgər Paolo Bulqari 89 yaşında vəfat edib
"Bulgari" şirkətinin dünyanın aparıcı zərgərlik brendlərindən birinə çevrilməsində əsas rol oynamış italyan zərgər Paolo Bulqari 89 yaşında vəfat edib. "Report"un "La Repubblica" qəzetinə istinadən məlumatına görə, onun dəfn mərasimi noyabrın 23-də Romada keçiriləcək. Markanı
22 noyabrBəzi Aİ ölkələri Ukrayna, Rusiya və ABŞ ilə danışıqlarda iştirak edə biləcək
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bütün Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna, Rusiya və ABŞ arasındakı danışıqların hazırlanmasında iştirak edə biləcək, bununla belə, orada bilavasitə səkkiz nümayəndə iştirak edəcək. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barəd
22 noyabrZelenski: NATO-da olacayıq və yox demək hələ tezdir
Müttəfiqlər Ukrayna üçün təhlükəsizlik zəmanətinin onun NATO-ya üzvlüyü olduğunu başa düşür. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə onlayn söhbət zamanı bildirib. "Şübhəsiz, bu hər iki tərəfi - həm Ukraynanı, həm də NATO-n
21 noyabrABŞ və Avropada qiyamət günü hazırlığı: Bu məhsullara tələb 450 artıb
Müharibə və təhlükəsizliklə bağlı artan qlobal narahatlıqlar, potensial genişmiqyaslı böhran ssenariləri və texnoloji sistemlərdəki nasazlıqlar ABŞ və Avropada vətəndaşları səfərbər edib. -ın xarici mediaya istinadən xəbərinə görə, potensial fəlakətə hazırlaşanlar konservləşdirilmiş məhsullardan və içməl
22 noyabrÇinli milyarder səkkiz ay ərzində sərvətini itirdi
Çinli iş adamı, 37 yaşlı Yan Juntsze təsis etdiyi süni intellekt şirkətinin səhmlərinin kəskin ucuzlaşması səbəbindən milyarder statusunu itirib. "Forbes"a istinadən xəbər verir ki, "MiniMax" şirkəti süni intellekt bazarı ilə bağlı investorların artan narahatlığından əziyyət çəkir
22 noyabr