ABŞ-ın hərbi üstünlüyü Çinlə müqayisədə son illərin ən aşağı səviyyəsinə enib
ABŞ-ın Çin üzərində hərbi potensial və Asiya regionundakı ümumi təsir baxımından üstünlüyü 2018-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Sonxeber.az xəbər verir ki, bu barədə Avstraliyanın Louy İnstitutunun (Lowy Institute) hesabatında bildirilib.
Hesabata əsasən, ümumi reytinqdə ABŞ 100 mümkün baldan 78,9 balla birinci, Çin isə 73,6 balla ikinci yerdə qərarlaşıb. Ölkələr arasındakı fərq 5,3 bal təşkil edib. Bu, indeksin hazırlandığı dövrdən bəri qeydə alınan ən kiçik fərqdir.
Hərbi potensial üzrə ABŞ 87,4, Çin isə 72,1 bal toplayıb.
Hesabat müəllifləri bildiriblər ki, 2026-cı ilin fevralından davam edən İranla müharibə ABŞ-ın hərbi imkanlarını zəiflədib və uzaqmənzilli raket ehtiyatlarının azalmasına səbəb olub. Həmçinin, hərbi resursların Yaxın Şərqə yönəldilməsi Vaşinqtonun diqqətini Asiya regionundan yayındırıb.
Bunun əksinə olaraq, Çin silahlı qüvvələrini modernləşdirməyə və region ölkələri ilə diplomatik əlaqələrini gücləndirməyə davam edib.
ABŞ-ın diplomatik təsir göstəricisi də 6 bal azalaraq 76,7-yə düşüb. Bu meyar üzrə Çin 98,4 balla birinci, ABŞ isə Yaponiya ilə birlikdə ilk üçlükdə yer alıb.
Qeyd edək ki, Louy İnstitutu 2018-ci ildən Asiya-Sakit okean regionunda güc balansını qiymətləndirən Asiya Güc İndeksini hazırlayır. Araşdırmada 27 ölkə və ərazinin regional proseslərə təsir imkanları 131 göstərici əsasında qiymətləndirilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 132 Tarix: 23 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZelenski: NATO-da olacayıq və yox demək hələ tezdir
Müttəfiqlər Ukrayna üçün təhlükəsizlik zəmanətinin onun NATO-ya üzvlüyü olduğunu başa düşür. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə onlayn söhbət zamanı bildirib. "Şübhəsiz, bu hər iki tərəfi - həm Ukraynanı, həm də NATO-n
21 noyabrNorveç 2 milyard avro dəyərində hava hücumundan müdafiə raketləri alacaq
Norveç hökuməti aviabazaları və kritik infrastrukturu hava təhdidlərindən qorumaq məqsədilə təxminən 22 milyard Norveç kronu (2 milyard avrodan çox) dəyərində hava hücumundan müdafiə (HHM) raketləri almağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə hökumətin saytındakı məlumatda bildirilib
22 noyabrTramp onun nitqini kəsən jurnalistə arxa sıranı göstərdi - Video
ABŞ Prezidenti Donald Tramp NBC telekanalının onun çıxışına müdaxilə edən əməkdaşını kobud adlandıraraq, birinci sıradan ən arxaya keçməyi məsləhət görüb. xəbər verir ki, bu barədə TASS yazıb. Hadisə Ağ Evdə keçirilən mətbuat konfransında baş verib. "Siz olduqca kobud insansınız, mən sizinlə danışmıram
21 noyabrABŞ-ın hərbi üstünlüyü Çinlə müqayisədə son illərin ən aşağı səviyyəsinə enib
ABŞ-ın Çin üzərində hərbi potensial və Asiya regionundakı ümumi təsir baxımından üstünlüyü 2018-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. xəbər verir ki, bu barədə Avstraliyanın Louy İnstitutunun (Lowy Institute) hesabatında bildirilib. Hesabata əsasən, ümumi reytinqdə ABŞ 100 mümkün baldan 78,9 ball
23 noyabrİordaniyada "GTA VI" qadağan edilir
İordaniyanın Telekommunikasiya Tənzimləmə Komissiyası gənclərin və uşaqların təhlükəsizliyini təmin etmək üçün "Grand Theft Auto VI" ("GTA VI") oyununun qadağan olunmasını nəzərdə tutan hüquqi çərçivə üzərində işləyir. xəbər verir ki, bu barədə qurumun rəhbəri Lara Əl-Xatib açıqlam
23 noyabr2500 il əvvəl Siciliyada körpələrə üç aylıqdan bərk qida verilib
Alimlər qədim Siciliyada yaşayan insanların körpələri qidalandırma vərdişləri ilə bağlı maraqlı nəticələr əldə ediblər. Araşdırmaya görə, 2500 ildən çox əvvəl uşaqlara hələ üç aylıq olarkən bərk qidalar verilməyə başlanılıb. xəbər verir ki, tədqiqatın nəticələri "European Journal of Archaeology"
23 noyabrİran blokadadan çıxmaq üçün plan hazırlayıb
İran tərəfi ABŞ-nin tətbiq etdiyi blokadadan çıxmaq üçün plan hazırlayıb. "Report" xəbər verir ki, bunu "Bəsic" qüvvələri rəhbərinin müavini Qasım Qureyşi jurnalistlərə açıqlayıb. "Biz blokadanı yarmaq üçün plan hazırlamışıq. İndiyədək bu istiqamətdə yaxşı addımlar atılıb. Hə
22 noyabr