"Bu nifrətlə 26 il yaşamışam, qan fışqıranda həzz alırdım..."

"Bu nifrətlə 26 il yaşamışam, qan fışqıranda həzz alırdım..."Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin dəhşətli cinayəti törətməsinin təfərrüatı məlum olub.

Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, M.Tağıyev 26 ildir bu cinayətin qisası ilə yaşadığını bildirib.

Hadisə 2023-cü il oktyabrın 28-də Corat bağları yaşayış massivində baş verib. Fərdi yaşayış evlərinin birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və atası Dağbəyi Fərəcov ölüb. S.Karakaşın anası Tərlan Fərəcova, həyat yoldaşı Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.

İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Dağbəyi Fərəcovun oğlu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
"Bu nifrətlə 26 il yaşamışam, qan fışqıranda həzz alırdım..."Hadisəni törədən zaman 36 yaşı olan Müşfiq deyib ki, 10 yaşı olanda qonşusu Anar Fərəcov tərəfindən əxlaqsız hərəkətə məruz qalıb. Onun sözlərinə görə, Anar onu zorlamağa cəhd edib. Anarın əlindən qaçmağı bacardığını deyən Müşfiq həmin gündən qisas hissi ilə yaşadığını söyləyib: "Anar bu hərəkəti etməsəydi, mənim də ailəm, uşağım olacaqdı. Bu nifrətlə 26 il yaşamışam. Uşaq vaxtı da dəfələrlə Anarın üzünə "kislota" tökmək istəmişəm. Həmin "kislota" hələ də evdədir. Amma Anarı tək tuta bilmədim. Bunun üçün gücüm də yox idi".

Müşfiq ifadəsində pul yığıb barıt aldığını, bu hadisəyə hazırlaşdığını bildirib: "Həmişə şərəflə yaşamışam. Amma 26 il sonra dözə bilmədim. Barıt, benzin aldım. Anargilin evində kamera olduğunu bilirdim. İstəyirdim ki, Anar baş verənləri kamera görüntülərindən izləsin. Məqsədim uşaqlardan başqa hər kəsi öldürmək idi. Qonaq da olsa, sağ adam buraxmayacaqdım".
"Bu nifrətlə 26 il yaşamışam, qan fışqıranda həzz alırdım..."Müşfiq əvvəlcə partlayış və yanğını törədib. Sonra qapının qarşısında dayanıb və evdən çıxan şəxsləri öldürməyə başlayıb: "Bütün kəmərim patronla dolu idi. Patronlar da, silah da mənə atamdan qalmışdı. Birinci Susananı vurdum. Arxasınca Serkan gəldi. Sonra da Dağbəyini vurdum".

Müşfiq deyib ki, evdə olan şəxslərdən başqa heç kimi vurmaq niyyəti olmayıb. O, iki nəfər qonşunu bilmədən yaraladığını deyib. Əlavə edib ki, hadisə vaxtı başqa şəxsləri görsə də, onlara atəş açmayıb. Ətrafda insanların toplaşdığını görən Müşfiq oradan qaçıb.

Hadisəni törədəndən sonra atasının məzarını ziyarətə gedən Müşfiq o an yaşadıqlarını belə danışıb: "Atamın ruhuna baş verənləri danışdım. Məqsədim tutulmamaq idi. Tutulmasaydım, Anarı da öldürəcəkdim".

Məzarlıqdan evə gedən Müşfiq iki gün orada qalıb. Hadisə barədə xəbərləri televiziyadan izləyib.

Müşfiq dindirilən zaman niyə qisasını Anarın ailəsindən aldığını belə izah edib: "Anarı sonuncu dəfə 2012-ci ildə görmüşəm. Sonra onu görmədim. Hansı ölkəyə getdiyini bilmədim".
"Bu nifrətlə 26 il yaşamışam, qan fışqıranda həzz alırdım..."Suallara cavab verən Müşfiq bu cinayətə tam olaraq 2020-ci ildən hazırlaşdığını bildirib. O, basqına gedən zaman üzərində bir neçə bıçaq, xəncər, odlu silah, 7 litr benzin və 1 kiloqramdan çox barıt olub.

Əməlindən qəti olaraq peşman olmadığını deyən Müşfiq əlavə edib ki, başqa heç bir qisas onu sakitləşdirə bilməzmiş.

Müşfiqin ifadəsinin bəzi hissələri isə tükürpədicidir. O, ilk olaraq Susananı vurmasından necə həzz aldığını istintaqda belə danışıb: "Susananı vuranda boğazından qan fışqırdı. Mənim üçün çox böyük həzz oldu. Məqsədim Susananın övladlarının ağlayışlarını, hayqırışlarını görmək və ailənin bütün üzvlərini öldürmək idi. Uşaqların "ana, ana" deyərək qışqırmasından həzz alırdım".

Bütün cinayəti əvvəlcədən planlaşdıran Müşfiq deyib ki, evi yandırmaqda məqsədi evdəkilərin həyətə çıxmasına nail olmaq olub. O, qapının qarşısında dayanaraq çıxan şəxslərə bir-bir atəş açmağa başlayıb. İlk çıxan 3 nəfəri öldürüb.

Bu dəhşətli əməlləri törədən Müşfiq Tağıyev ömürlük azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3622   Tarix: 29 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml

12 sentyabr
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsus

22 sentyabr
.

Mehriban Rəhimliyə hökm oxundu

ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr

7 oktyabr
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr
.

Bərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları - Video

Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir. qətlə yetirilən 26 yaşlı E.Rüstəmovun fotolarını təqdim edir:. 11:00. Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsini təfərrüatı bilinib. Baku TV-y

1 oktyabr
.

Bakıda kişi arvadını dişlədi, tava ilə döydü

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

5 oktyabr
.

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs

7 sentyabr