"Bakı Marafonu 2025"in mükafatlandırma mərasimi keçirildi

"Bakı Marafonu 2025"in mükafatlandırma mərasimi keçirildi"Bakı Marafonu 2025"in mükafatlandırma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, "Küləyə qalib gəl" devizi ilə baş tutan marafonun mükafatlandırma mərasimi iki kateqoriyada olub.

Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıblar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar. Finiş xəttini keçən ilk 2000 iştirakçı da "Bakı Marafonu 2025"in medalları ilə mükafatlandırılıb. Bununla yanaşı, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunub.

Bundan əlavə, qadın və kişi kateqoriyası üzrə finiş xəttini ilk keçən tələbələr arasında "Gənc ol" (Azercell), eləcə də "Finiş xəttini ilk keçən ən yaşlı iştirakçı", "Finiş xəttini ilk keçən korporativ iştirakçı" nominasiyalarında da mükafatlar təqdim edilib. Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında ənənəvi olaraq əyləncə zonası da yaradılıb. Burada müxtəlif əyləncələr, yarışlar, idman tədbirləri keçirilib, sevimli ifaçıların iştirakı ilə musiqili proqram təşkil olunub.

Qeyd edək ki, marafona 400-dən çox könüllü cəlb edilib. Regionlardan 500 nəfər RİİB (Regional İnkişaf İctimai Birliyi) könüllüsü isə iştirakçı kimi marafona qatılıb.

12:46

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2025"in qalibləri müəyyənləşiblər.

Oxu.Az xəbər verir ki, "Küləyə qalib gəl" şüarı ilə keçirilən marafonda kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub. Ukraynalı Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb.

Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.

Qaliblərə pul mükafatları və medallar təqdim olunacaq.

10:00

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən "Bakı Marafonu"na start verilib.

Oxu.Az xəbər verir ki, 2016-cı ildən təşkil olunan "Bakı Marafonu" idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

21 kilometrlik məsafəni əhatə edən marafonun start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq.

Yarış iştirakçıları Dövlət Bayrağı Meydanı - Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ şəhər bulvarı, Yusif Səfərov küçəsi - Üzeyir Hacıbəyli küçəsi, Üzeyir Hacıbəyli küçəsi - Azadlıq prospektinin bir hissəsi - Zərifə Əliyeva küçəsi (Hökumət evi, Muzey Mərkəzi), Neftçilər prospekti (Kukla teatrı, Qız qalası, "Azneft" dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı marşrutu üzrə hərəkət edəcəklər.

"Bakı Marafonu 2025"də həmçinin prokurorluq əməkdaşları da iştirak ediblər.

Prokurorluq əməkdaşları da tədbirdə aktiv şəkildə iştirak edərək, idmanın və sağlam həyat tərzinin təbliği istiqamətində öz dəstəyini göstəriblər.

Sonda qaliblərin mükafatlandırılması mərasimi olacaq.

Qeyd edək ki, yarışın qızıl medal mükafatçısı 3000, ikinci pillənin sahibi 2000, üçüncü yerin sahibi isə 1000 AZN mükafat əldə edəcək.

"Bakı Marafonu 2025"in mükafatlandırma mərasimi keçirildi"Bakı Marafonu 2025"in mükafatlandırma mərasimi keçirildi"Bakı Marafonu 2025"in mükafatlandırma mərasimi keçirildi"Bakı Marafonu 2025"in mükafatlandırma mərasimi keçirildi"Bakı Marafonu 2025"in mükafatlandırma mərasimi keçirildi"Bakı Marafonu 2025"in mükafatlandırma mərasimi keçirildi09:16

Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2025" təşkil edilir. "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçib.

Oxu.Az xəbər verir ki, artıq 8-ci dəfədir təşkil olunan "Bakı Marafonu"na tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar qoşulublar.

Ümumilikdə, marafonun 200-dən çox rəsmi və fəxri iştirakçısı olub. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələr - Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukraynadan və digərlərindən qoşulanlar olub.

Yürüşdə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar da iştirak edirlər. 2016-cı ildən təşkil edilən "Bakı Marafonu" idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Marafona səhər saat 10:00-da start veriləcək, saat 07:00-dan etibarən Bayraq Meydanında artıq yarış əhvali-ruhiyyəsi yaşanır. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilir, "fan zona"da DJ-lər, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edir: Marafonun marşrutu boyu şəhərin müxtəlif ünvanlarında da əyləncə zonaları təşkil edilib.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1806   Tarix: 04 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Batrakov "Barselona"ya təklif olunubmuş

1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind

18 oktyabr
.

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır. xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib. Ali futbol qurumu Bakıda keçiriləcək turnirlə bağlı post paylaşıb və Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb:. "Bura 66 günə AFFA tərəfində

22 oktyabr
.

İngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar

İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər

14 oktyabr
.

AFFA 6 komandaya texniki məğlubiyyət verib

AFFA-nın U-13, U-11 və U-10 liqalarında baş tutmayan və yarımçıq dayandırılan oyunlara görə 6 komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. U-13 Liqasında oktyabrın 10-na planlaşdırılan "Gəncə" - "Offside"

16 oktyabr
.

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib

13 oktyabr
.

"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır

"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd

20 oktyabr
.

Azərbaycan boksçusu Avropa çempionu oldu

Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il

11 oktyabr
.

Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı

Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd

22 oktyabr
.

UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turuna 9 oyunla yekun vurulacaq. -ın məlumatına görə, "Bavariya" "Arsenal"ı, "Real" isə "Leyptsiq"i sınağa çəkəcək. Həmçinin "Mançester Yunayted" "Komo"nun, "Qalatasaray" isə "Lill"i

21 oktyabr