19 yaşlı futbolçusu bu dəfə sevgilisinə qarşı şiddət iddiası ilə gündəmə gəldi - FOTO
Portuqaliyanın "Sporting B" futbol klubunun 19 yaşlı oyunçusu Aleksandr Brito sevgilisinə qarşı fiziki zorakılıq tətbiq etməkdə ittiham olunur.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ötən şənbə günü axşam saatlarında futbolçunun Montijo şəhərindəki evində baş verib. Brito-nun sevgilisi Montijo Polis İdarəsinə müraciət edərək, onun tərəfindən döyüldüyünü və evdən yalın ayaqla qovulduğunu bildirib. Qadın, küçədə də futbolçunun hücumuna məruz qaldığını iddia edib.
Zərərçəkən ətrafdakı qonşulardan birinin evinə sığınaraq ailəsinə məlumat verib və daha sonra valideynləri ilə birlikdə polisə gedərək rəsmi şikayət ərizəsi yazıb. O, dərhal Barreiro xəstəxanasına aparılıb, tibbi yardım alıb və ekspertiza üçün müayinədən keçirilib.
Polisə verdiyi ifadəsində qadın bildirib ki, bu ilk hadisə deyil. Onun sözlərinə görə, Brito bir dəfə də onu silahla hədələyərək ailəsinin evindən zorla çıxarıb.
Qeyd edək ki, Aleksandr Brito qısa müddət əvvəl Montijoda sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Mətbuatın əlaqə saxlama cəhdlərinə baxmayaraq, nə futbolçunun özü, nə də "Sporting" klubu hələlik rəsmi açıqlama verməyib.
Hadisə ilə bağlı istintaq davam edir və yaxın günlərdə əlavə detallara aydınlıq gətiriləcəyi gözlənilir. Klubun bu məsələyə necə reaksiya verəcəyi isə hələlik məlum deyil.

Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1660 Tarix: 06 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır
Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır. xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib. Ali futbol qurumu Bakıda keçiriləcək turnirlə bağlı post paylaşıb və Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb:. "Bura 66 günə AFFA tərəfində
22 oktyabrHövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç
23 oktyabrAzərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18 oktyabr"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib
UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca
20 oktyabr"Qalatasaray" - "Fənərbağça" derbisinin baş hakimi bəlli oldu
Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisinin baş hakimi müəyyənləşib. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Qalatasaray" və "Fənərbağça" arasında baş tutacaq qarşılaşmanı FIFA referisi Atilla Karaoğla
22 oktyabrBatrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18 oktyabr