"Vyetnamla Azərbaycanın Beynəlxalq təşkilatlarda da birgə fəaliyyəti olduqca bəyəniləndir" - DEPUTAT

"Vyetnamla Azərbaycanın Beynəlxalq təşkilatlarda da birgə fəaliyyəti olduqca bəyəniləndir" - DEPUTAT"Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın ölkəmizə səfəri ilə əlaqədar 7 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatla bir çox önəmli məsələlərə toxunmuş, bir sıra vacib razılaşmaların və uğurlu layihələrin mövcudluğundan məlumat vermişdir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, ölkə başçısının bəyənatından bəlli olmuşdur ki, cənab To Lamın Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir:

"Xüsusi olaraq Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması çox mühüm bir addımdır. Bu bəyanat həm də ciddi və ölkələrimizin əlaqələrini daha möhkəmləndirən siyasi bir sənəddir. Ölkələrarası bu münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır.

Hər iki ölkə rəsmisi arasında baş tutmuş görüş eyni zamanda dövlətlərin bir çox istiqamətlərdə razılığa gəlməsi və mühüm sənədlərin imzalanması ilə nəticələnmişdir. Aparılan danışıqlar və əldə edilmiş razılaşmalar Azərbaycanla Vyetnamın qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi bir addım olmuşdur. Bu iki dövlətin müsbət əlaqələri ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə də çox ciddi əməkdaşlığın formalaşmasına səbəb ola bilər.

Ölkə rəsmiləri arasında energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr deməyə əsas verir ki, Azərbaycanla Vyetnam yaxın gələcəkdə bu sahədə əməkdaşlığını daha da genişləndirəcəkdir. Tezliklə keçirilməsi nəzərdə tutulan Hökumətlərarası Komissiyanın iclası ölkələrin ticarət əməkdaşlığı üçün həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələlərinin həll olunmasını, eləcə də ölkələrin bu istiqamətlərdə əməkdaşlığını daha da sürətləndirəcəkdir.

İmzalanmış Birgə Bəyanata daxil olan sənədlərdən biri də bərpaolunan enerji növlərinin istehsalı ilə bağlıdır. Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra ölkəmizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq. Bunun üçün Vyetnam şirkətlərinin də bu sahədə ölkəmizə investisiya yatırması layihələrimizin daha da artmasına və güclənməsinə səbəb olacaqdır. Bu eyni zamanda ölkəmizin iqtsadi inkişafı üçün də bir təkan olacaqdır.

Hər iki ölkə arasında həmçinin Müdafiə sənayesi sahəsinin inkişaf etdirilməsi də önəmli məsələlərdəndir. Çünki həm Azərbaycanda, həm də Vyetnamda sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Bu istiqamətdə də əlaqələrin gücləndirilməsinin, birgə müəssisələrin yaradılmasının və qarşılıqlı əməkdaşlığın göstərilməsinin hər iki dövlətə yüksək faydası olacaqdır".

Deputat onu da vurğuladı ki, müzakirə olunan məsələlərdən biri də ölkələri birləşdirən nəqliyyat infrastruktur layihələridir ki, Azərbaycan Vyetnam həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilər:

"Vyetnamla Azərbaycanın Beynəlxalq təşkilatlarda da birgə fəaliyyəti olduqca bəyəniləndir. Vyetnam bir neçə il öncə Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə Azərbaycan Vyetnama hər zaman minnətdardır. Ölkələrimiz həm də Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstərir. Bu iki dövlətin beynəlxalq hüququn aliliyinə dair baxışlarında da heç bir fikir ayrılığı yoxdur. Hər iki dövlət düşünür ki, bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında - beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır.

Ölkə rəsmiləri arasında keçirilən görüş, qəbul edilən qərarlar və imzalanan mühüm sənədlər onu deməyə əsas verir ki, hər iki dövlət müzakirə olunan bütün istiqamətlərdə eyni fikirdədir və vahid mövqedən çıxış edir. Eləcə də siyasi, iqtisadi və digər baxışlarda da bir çox oxşarlıqlar vardır. Bu görüş hər iki dövlətin iqtisadi, siyasi, ticari və bir çox maraqlarını daha da artıracaq, mövcud əlaqələrini gücləndirəcək, ölkələrimizin dostluq münasibətlərini daha da dərinləşdirəcəkdir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1710   Tarix: 13 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15 oktyabr
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbir

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərini hədəfə alan kampaniyanın siyasi mahiyyəti

Azərbaycan-Türkiyə münasibətləri ətrafında Türkiyənin sosial media məkanında son həftələr müşahidə olunan hadisələr, ayrı-ayrı siyasi şəxslərin açıqlamaları, Azərbaycana qarşı ittihamların yayılması və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar ciddi siyasi-analitik yanaşma tələb edir

15 oktyabr
.

İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqların

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr