Yeni tədris ilində istifadəyə veriləcək "Təhsil kartı" - Müsbət və mənfi tərəfləri

Yeni tədris ilində istifadəyə veriləcək "Təhsil kartı" - Müsbət və mənfi tərəfləri"2025-ci ilin yeni tədris ilində istifadəyə veriləcək "Təhsil kartı" təşəbbüsü həm sosial, həm iqtisadi, həm də institusional baxımdan diqqətçəkici və simvolik əhəmiyyət daşıyır. Bu təşəbbüs Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilir və ilkin mərhələdə 300-dən artıq yerli şirkətin sistemə qoşulması artıq reallaşıb. Təklif olunan bu kart vasitəsilə müəllimlər, məktəb rəhbərləri və digər təhsil işçiləri nəqliyyatdan, ticarət şəbəkələrindən, ictimai iaşə obyektlərindən, sağlamlıq və istirahət mərkəzlərindən müəyyən güzəştlərlə istifadə edə biləcəklər. Bu, son illərdə təhsil işçilərinin sosial rifahı ilə bağlı atılan azsaylı sistemli addımlardan biridir və həm dövlət, həm də cəmiyyət tərəfindən müəllim statusunun möhkəmləndirilməsi baxımından əlamətdar hadisə sayıla bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov yeni tədris ilində təqdim olunacaq "Təhsil kartlar"nın əhəmiyyətindən danışarkən deyib.

Kamran Əsədovun sözlərinə görə, müəllimlərin sosial statusunun, rifah səviyyəsinin yüksəldilməsi təhsilin keyfiyyətinə təsir edən mühüm faktorlardan biridir:

"Müasir dövrdə müəllimə münasibətin göstəricilərindən biri də onun gündəlik həyatdakı imtiyazları və cəmiyyətdə ona təqdim edilən sosial statusdur. Təəssüf ki, hazırkı reallıqda müəllimlər ən çox şikayət edən və maddi çətinliklərlə yaşayan peşə sahiblərindən birinə çevriliblər. 2024-cü ilin statistikasına əsasən, Azərbaycan müəllimlərinin orta aylıq maaşı 510 manat civarındadır ki, bu da ölkə üzrə yaşayış minimumu (2024-cü il üçün 270 manat) ilə müqayisədə yüksək görünə bilər, amma real inflyasiya və bazar qiymətləri fonunda müəllimin ailəsini təmin etməsi və sosial xidmətlərdən istifadəsi kifayət qədər çətindir. Təhsil kartının tətbiqi bu vəziyyətə müəyyən qədər korrektə gətirə bilər. Bu kartla müəllimlər ictimai nəqliyyatdan güzəştli istifadə hüququ qazanacaq. Bu isə nəinki onların gündəlik xərclərini azaldacaq, eyni zamanda ölkə üzrə ictimai nəqliyyat sistemində müəllimlərə münasibətdə bir hörmət göstəricisi olacaq. Kitab mağazalarında, dəftərxanalarda, təhsil texnologiyaları təklif edən mağazalarda endirimlərin tətbiqi müəllimlərin peşəkar inkişafı üçün vacib olan resurslara daha əlçatan çıxışını təmin edəcək. Restoran və mədəniyyət obyektlərində tətbiq olunacaq güzəştlər isə müəllimin sosial həyatını fəallaşdıracaq, onların cəmiyyətlə daha inteqrativ mövqedə olmasına kömək edəcək".

Kamran Əsədov bu sistemin mənfi tərəflərinin də diqqətdən kənarda qalmamasını xatırladıb:

"İlk növbədə, kart sisteminin real dəyəri onun tətbiq sahəsinin genişliyi və güzəştlərin həcmi ilə müəyyən olunacaq. Əgər endirimlər simvolik (5-10%) səviyyədə olacaqsa və ya xidmət təminatçıları tərəfindən effektiv tətbiq edilməyəcəksə, bu təşəbbüs kağız üzərində qalan, sadəcə formal sosial jest kimi dəyərləndiriləcək. Güzəştlərin məcburi deyil, könüllü əsasda təqdim olunması bu riski daha da artırır. Eyni zamanda, bu kartın hansı mexanizmlə, hansı müddətə və hansı kateqoriyalara verilməsi ilə bağlı dəqiq hüquqi-normativ baza yaradılmasa, tətbiqdə bərabərsizlik və sistemsizlik müşahidə olunacaq. Misal üçün, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllim kart alacaq, amma eyni dərəcədə təhsil yükü olan özəl məktəb müəllimi bu sistemdən kənarda qalacaqsa, bu, sosial narazılıq doğura bilər".

Ekspert hesab edir ki, təhsil kartı həmçinin müəllimin ictimai nüfuzunu artıran vasitə funksiyasını daşıyacaq:

"Məsələn, aptekdə və ya mağazada kassada "Mən müəlliməm" deyərək güzəşt almaq, müəllim peşəsinə olan ictimai hörməti praktik şəkildə cəmiyyətə göstərən simvolik akt olacaq. Bu, şagird və valideynlərin də müəllimə münasibətinə dolayı təsir göstərə bilər. Bunu sosial psixologiya da təsdiqləyir: imtiyazlı status alan peşə sahiblərinə cəmiyyət daha çox məsuliyyət və hörmətlə yanaşır. Bu baxımdan, təhsil kartı yalnız maddi deyil, eyni zamanda simvolik, mənəvi yükə malik olacaq. Nəticə etibarilə, təhsil kartı layihəsi müəllimlərin sosial təminatının gücləndirilməsi, cəmiyyətdə nüfuzunun artırılması və təhsilin cazibədar peşə kimi təqdim olunması üçün potensial imkanlar yaradır. Lakin bu imkanların reallaşması onun tətbiq mexanizminin səmərəliliyindən, hüquqi əsaslarının möhkəmliyindən və kartın real alıcılıq gücündən asılı olacaq".

Kamran Əsədovun fikirincə, bu sistemin davamlı olması üçün Təhsil Nazirliyi ilə yanaşı, İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, həmçinin özəl sektorun geniş əməkdaşlığı tələb olunur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3688   Tarix: 17 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr