500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA

500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMAAzərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi uzun müddətdir gündəmdədir. 2025-ci ildə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilərək bəzi sənədlərin çıxarış üçün əsas kimi qəbul olunmasına imkan yaradılıb. Bununla belə, sənədsiz evlərin hamısının avtomatik şəkildə rəsmiləşdirilməsi mümkün deyil və hər bir əmlakın hüquqi statusu ayrıca qiymətləndirilir.

Bəs, sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı yaxın dövrdə hansı dəyişikliklər gözlənilir, hansı əmlakların qanuniləşdirilməsi mümkündür və vətəndaşların belə evlərə çıxarış alması üçün hansı əlavə imkanların yaradılması məqsədəuyğun olardı?
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, Azərbaycanda 500 mindən artıq sənədsiz ev var və onların böyük əksəriyyətinin qanunla nəzərdə tutulmuş qaydada müəyyən əmlak amnistiyası həyata keçirilməklə sənədlə təmin edilməsi mümkündür.

"Bu, ölkə iqtisadiyyatına da müsbət təsir göstərə bilər. Belə ki, yeni vergi subyektlərinin yaranması, qiymətləndirmə, sığorta, alqı-satqı, miras və mülkiyyət hüquqlarının dövriyyəsi baxımından həmin evlərin mülkiyyət hüququ ilə rəsmiləşdirilməsi əlavə büdcə daxilolmalarına səbəb ola bilər. 500 min sənədsiz evin böyük bir hissəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərində inşa edildiyi üçün qanunsuz hesab olunur. Lakin həmin ərazilərdə çoxlu sayda analoji evlərin mövcud olduğunu nəzərə almaq lazımdır. Söhbət bir-iki evdən deyil, bütöv massivlərin kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşməsindən gedir. İnsanlar həmin evlərdən faktiki mülkləri kimi istifadə edir və müvafiq ödənişləri həyata keçirirlər. Bir qərarla həmin evlərin yerləşdiyi torpaqların statusu dəyişdirilərək yaşayış təyinatlı torpaqlara çevrilsə, problemin böyük hissəsini həll etmək mümkün olar".

Ekspert bildirib ki, digər tərəfdən, 2001-ci ilə qədər tikilmiş və müəyyən dövlət qurumlarından müvafiq sənədlərlə təmin olunmuş, lakin həmin sənədləri mülkiyyət hüququnu təsdiq edən sənədlərə dəyişdirilməmiş evlər də var:

"İlkin sənədləri mövcud olan belə evlərin də mərhələli şəkildə sənədlə təmin edilməsi mümkündür. Düşünürəm ki, bu proses mərhələli qaydada həll ediləcək. 500 min evin sənədsiz olması həm dövlətin, həm də vətəndaşların maraqlarına uyğun deyil. Azərbaycan 35 ildir müstəqil dövlətdir və müstəqil dövlətin mütləq əmlak reyestri formalaşmalıdır. Bu istiqamətdə kadastrın yenidən formalaşdırılması ilə bağlı müvafiq qərarlar qəbul edilib. Faktiki mövcud olan evlərin qeydiyyata alınması, daha sonra tələblərə uyğun olanların reyestrə daxil edilməsi prosesinə də start verilib. Müvafiq dövlət qurumları da bu problemin həll edilməsinin vacibliyini başa düşür. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusi iradə ortaya qoyulub. 2015-ci ildən başlayaraq bir neçə dəfə müvafiq göstəriş, qərar və sərəncamlar verilib. Düşünürəm ki, 2026-2027-ci illərdə bu problemin bu və ya digər formada həllinin mümkünlüyünü görəcəyik".

Onun sözlərinə görə, bunun üçün əmlak amnistiyasının həyata keçirilməsi lazımdır və qanunsuz tikililərə amnistiya verilməsinin yeni qanunsuz tikililər üçün presedent yaradacağından ehtiyat etmək lazım deyil:

"Çünki müvafiq dövlət qurumları - icra hakimiyyətləri, bələdiyyələr və hüquq-mühafizə orqanları bundan sonra vətəndaşların icazəsiz tikinti aparmasının qarşısını almalıdır. Lakin bütün tikililərin qeydiyyata alınması mümkün deyil. Ciddi qanun pozuntusu ilə inşa edilmiş, məsələn, sürüşmə zonasında, strateji obyektlərin yaxınlığında, yüksək gərginlikli elektrik xətlərinin altında və ya strateji əhəmiyyətli kommunikasiya vasitələrinin, neft və qaz boru kəmərlərinin üzərində yerləşən tikililərin qeydiyyatından söhbət gedə bilməz. Belə tikililər həm həmin evlərdə yaşayan insanlar, həm də yaxınlıqdakı digər evlər üçün ciddi təhlükə yaradır və qanunla da onların inşasına icazə verilmir. Bu şəxslərə alternativ kompensasiya verilməli və onlar alternativ yaşayış sahəsi ilə təmin olunmalıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1440   Tarix: 10 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir. "Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb

29 oktyabr
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

30 oktyabr
.

Bakı-Balakən qatarının hərəkəti bərpa olunur

20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada

30 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi - Foto

Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib. -a istinadən xəbər verir ki, son günlər "TikTok"da qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir. Qeyd edək ki

30 oktyabr
.

"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 20-ci Beynəlxalq "MiningMetals" yubiley sərgisində iştirak edib. 27-29 oktyabr tarixlərində baş tutan beynəlxalq sərgi dağ-mədən sənayesi, metallurgiya və metal emalı sahələrini əhatə edib. Sərgidə ölkəmizlə yanaşı, 18 ölkən

29 oktyabr
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündü

29 oktyabr