Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Bakı sakini Alim Atakişiyev illərdir məhkəmələrdə hüquqlarını müdafiə etdiyi mənzilin qanunsuz yollarla ardıcıl olaraq bir neçə nəfərə satıldığını iddia edir.
Onun sözlərinə görə, Ali Məhkəmənin qanuni sahiblik hüququnu təsdiqləyən qərarına baxmayaraq, mənzil üzərində saxta əməliyyatlar həyata keçirilib.
Bu barədə Atakişiyev Sonxeber.az -a danışıb.
Şikayətçinin bildirdiyinə görə, mənzil 2007-ci ildə Etalon-İnşaat MTK'dan 29844 manat müqabilində Atakişiyev Alimin bacısı Həsənova (Atakişiyeva) Ceyhunə Əhliman qızı tərəfindən alınıb. Daha sonra bina "Əzizbəy KM" MMC-yə təhvil verildikdən sonra məlum olub ki, eyni mənzil başqa şəxsə də satılıb və bu səbəbdən onlara mənzilin açarı verilməyib.
Bundan sonra ailə məhkəməyə müraciət edib. Uzun illər davam edən məhkəmə çəkişmələrindən sonra 2017-ci ildə Ali Məhkəmə yekun qərarında mənzilin qanuni sahibinin Atakişiyevlər ailəsi olduğunu təsdiqləyib, "Əzizbəy KM" MMC-yə mənzilin açarının təhvil verilməsi və təmir işlərinin aparılmasına şərait yaradılması barədə göstəriş verib. Qərardan sonra mənzil təmir olunaraq istifadəyə hazır vəziyyətə gətirildikdən sonra mənzildə ailə yaşamağa başlayıb.
Lakin Alim Atakişiyevin sözlərinə görə, 2026-cı ilin aprelindən sonra naməlum şəxslərin mənzilə qanunsuz sənədlər düzəldərək çıxarış alması və alan şəxsin alıcı axtarması məlum olub. Həmin şəxs ilə əlaqə saxladıqdan sonra mənzilin çıxarışını göndərib. QR kod vasitəsilə yoxlama zamanı çıxarışın dövlət reyestrində qeydiyyatda olduğu müəyyən edilib.
Şikayətçi dərhal polisə müraciət etdiyini bildirir. Onun sözlərinə görə, həmin gün notariat kontorunda mənzilin alqı-satqısı həyata keçirilmək üzrə olub. Hadisə yerində olan şəxslər mənzilin müxtəlif şəxslərə borc qarşılığında verildiyini, daha sonra isə satıldığını iddia ediblər.
Alim Atakişiyev bildirir ki, bundan sonra mənzilin qapısının kilidi dəfələrlə həmin şəxslər tərəfindən sındırılıb, evə onun razılığı olmadan daxil olunub və müxtəlif şəxslər özlərini mənzilin qanuni sahibi kimi təqdim ediblər. O, məsələ ilə bağlı dəfələrlə "102" Xidməti-Zəng Mərkəzinə və polis orqanlarına müraciət etdiyini, lakin buna baxmayaraq mənzilin növbəti dəfə satılmasının qarşısının alınmadığını iddia edir.
Şikayətçinin sözlərinə görə, mənzil sonradan daha bir şəxsə 118 min manata satılıb. O bildirir ki, alıcı ilə söhbət zamanı məlum olub ki, həmin şəxslər bir birini tanıyır və əvvəlki alıcının dostudur. Mənzili satıb aralarında bölüşdürmüşlər. İddialara əsasən, telefon danışıqlarında satışdan əldə olunan vəsaitin müxtəlif şəxslər arasında bölüşdürüldüyü etiraf edilib. Alim Atakişiyev həmin danışıq və görüşlərin səs və video yazılarının mövcud olduğunu, lazım gələrsə hüquq-mühafizə orqanlarına təqdim etməyə hazır olduğunu deyir.
Hazırda məsələ ilə bağlı məhkəmə araşdırması davam edir. Şikayətçinin vəkilinin müraciəti əsasında mənzilin üzərinə həbs qoyulması və növbəti alqı-satqı əməliyyatlarının qarşısının alınması istiqamətində müvafiq hüquqi addımlar atıldığı bildirilir. 2017-ci ildə Bakı Ağır Cinayətlər məhkəməsində bacısı Həsənova Ceyhunə Əhliman qızı zərərçəkmiş kimi tanınmışdır. Həmin iş üzrə Əzizbəy KM MMC'nin rəhbərliyi həbs olunaraq cəza almışdır.
Alim Atakişiyev aidiyyəti dövlət qurumlarından və hüquq-mühafizə orqanlarından hadisənin hərtərəfli araşdırılmasını, Ali Məhkəmənin qərarına baxmayaraq mənzilə çıxarışın hansı əsaslarla başqa şəxsin adına rəsmiləşdirildiyinin müəyyən edilməsini, bu prosesdə iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunmasını və qanuni hüquqlarının bərpa edilməsini xahiş edir.
Ətraflı videoreportajda:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya