Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında Fərman imzalayıb
"Qafqazinfo" xəbər verir ki, Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. dövlət büdcəsindən maliyyələşən təşkilatların (Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən, bu Fərmanın 1.3-cü bəndi nəzərə alınmaqla, yalnız həmin təşkilatların "Dövlət qulluğu haqqında" Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunur;
1.2. bu Fərmanın 1.1-ci bəndi nəzərə alınmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların (Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitlərinin qalan hissəsi dövlət büdcəsinə köçürülür;
1.3. bu Fərmanın 1.1-ci bəndi nəzərə alınmaqla, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri aşağıdakılardır:
1.3.1. vəzifə maaşına əlavələr - təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1,0 mislinədək;
1.3.2. mükafat və digər ödənişlər - təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
3.1. aşağıdakılar barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin:
3.1.1. Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması;
3.1.2. bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;
3.1.3. bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanılması, istifadəsi və uçotunun aparılması qaydası;
3.1.4. Prezidentin İşlər İdarəsinin və Xüsusi Tibb Xidmətinin tabeliyində olan qurumların göstərdiyi ödənişli xidmətlərdən əldə edilən vəsaitlərin formalaşdırılması və istifadəsi;
3.2. Daxili İşlər Nazirliyində, Dövlət Gömrük Komitəsində və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində, habelə bu Fərmanın 1.1-ci bəndinin təsir dairəsinə düşən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin vəzifə maaşlarında artımlar olduqda bu Fərmanın 1-ci hissəsi üzrə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. "Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Polis haqqında", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Hesablama Palatası haqqında", "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və "Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 368-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi, bəzi fərmanlarının və sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 624 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 3, maddə 228) 2.1-ci bəndi ləğv edilsin.
5. Bu Fərmanın 1.1-ci və 1.3-cü bəndləri 2026-cı il sentyabrın 1-dən tətbiq edilir və 1.2-ci bəndi 2027-ci il yanvarın 1-dən qüvvəyə minir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya