"Gələn ilin əvvəlində Azərbaycanla Macarıstan arasında daha bir əhəmiyyətli enerji müqaviləsinin imzalanması gözlənilir" - DEPUTAT

"Gələn ilin əvvəlində Azərbaycanla Macarıstan arasında daha bir əhəmiyyətli enerji müqaviləsinin imzalanması gözlənilir" - DEPUTAT"2025-ci il mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana işgüzar səfəri çərçivəsində Baş nazir Viktor Orbanla görüş keçirib və birgə mətbuat konfransında çıxış edib. Bu görüş iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini və qarşılıqlı etimada əsaslandığını bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev çıxışında Azərbaycan–Macarıstan münasibətlərinin uğurla inkişaf etdiyini və iki ölkənin dost və strateji tərəfdaş olduğunu vurğulayıb. O, bildirib ki, bu münasibətlər qarşılıqlı dəstək, etimad və dostluq prinsiplərinə əsaslanır və bu, gələcək əməkdaşlıq üçün möhkəm təməl yaradır. Baş nazir Viktor Orban isə qeyd edib ki, Prezident İlham Əliyev Macarıstanın çətin dövrlərində hər zaman ölkəsinin yanında olub. O, Azərbaycanın enerji sahəsində Avropanın etibarlı tərəfdaşı olduğunu və bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycan ilə Macarıstan arasında strateji əməkdaşlıq son illərdə daha da dərinləşib və bu əlaqələr enerji sahəsində xüsusi dinamika qazanıb:

"Prezident İlham Əliyev bildirib ki: "Macarıstanı bütün əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq".
Azərbaycan ilə Macarıstan arasında strateji əməkdaşlıq son illərdə daha da dərinləşib və bu əlaqələr enerji sahəsində xüsusi dinamika qazanıb. Hazırda Macarıstan şirkətləri Azərbaycanın əsas enerji layihələrindən olan "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında pay sahibidir. Bu, Macarıstanın regionumuzda artan iqtisadi fəallığını və Azərbaycanın xarici tərəfdaşlara olan etibarını bir daha təsdiqləyir. Gələn ilin əvvəlində Azərbaycanla Macarıstan arasında daha bir əhəmiyyətli enerji müqaviləsinin imzalanması gözlənilir. Bu kontrakt əsasında Macarıstan şirkəti artıq Azərbaycanın quruda yerləşən neft yataqlarında da fəaliyyətə başlayacaq. Bu əməkdaşlıq təkcə enerji sahəsində deyil, ümumilikdə iqtisadi əlaqələrin genişlənməsi baxımından da vacib əhəmiyyət daşıyır. Ölkəmiz artıq bir müddətdir ki, Macarıstana təbii qaz ixrac edir. Azərbaycanın qaz ixrac imkanları kifayət qədər genişdir və artmaqda davam edir".

Deputat onu da vurğuladı ki, bu gün biz 12 ölkəyə təbii qaz ixrac edirik, onların 10-u Avropa ölkəsidir və 8-i Avropa İttifaqının üzvüdür:

"Avropa Komissiyası Azərbaycanın Pan-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş statusunu təsdiqləyib. Bu, ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfənin və regional mövqeyinin göstəricisidir. Bundan əlavə, yaşıl enerji sahəsində də Azərbaycan–Macarıstan əməkdaşlığı güclənməkdədir. Ölkəmizin qarşıdakı beş il üçün yaşıl enerji sahəsində konkret planları mövcuddur. Artıq 500 meqavat gücündə yaşıl enerji istehsal olunub, növbəti mərhələdə bu göstəricinin 6 min meqavata çatdırılması nəzərdə tutulur. Bu layihələr bizə ildə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək imkanı verəcək və həmin resursların əsas ixrac istiqaməti Türkiyə və Avropa ölkələri olacaq.
Prezident İlham Əliyev verdiyi müsahibəsində vurğulamışdır ki, İkinci Qarabağ müharibəsinin bitməsi ilə Azərbaycan regionda uzunmüddətli sülhün və əməkdaşlığın qurulması üçün konkret və konstruktiv təkliflərlə çıxış edib. İkinci Qarabağ müharibəsindən sonra bölgədə dayanıqlı sülhün bərqərar olması istiqamətində atılan əsas addımların təşəbbüskarı məhz Azərbaycan olmuşdur. Dövlət başçısının sözlərinə görə, Bakı sülh gündəliyini irəli sürməklə, erməni tərəfinin revanşist niyyətlərdən əl çəkməsinə və beynəlxalq hüquq prinsiplərinə əsaslanan normal qonşuluq münasibətlərinin qurulmasına şərait yaratmaq istəyir.
Bu səfər Azərbaycan–Macarıstan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu və strateji tərəfdaşlığın daha da gücləndiyini göstərir. İki ölkə arasında qarşılıqlı hörmətə və etimada əsaslanan bu əməkdaşlıq, regional və qlobal səviyyədə sülhə və sabitliyə töhfə verəcəkdir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1204   Tarix: 22 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15 oktyabr
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbir

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərini hədəfə alan kampaniyanın siyasi mahiyyəti

Azərbaycan-Türkiyə münasibətləri ətrafında Türkiyənin sosial media məkanında son həftələr müşahidə olunan hadisələr, ayrı-ayrı siyasi şəxslərin açıqlamaları, Azərbaycana qarşı ittihamların yayılması və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar ciddi siyasi-analitik yanaşma tələb edir

15 oktyabr
.

İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqların

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr