"İlham Əliyevin Macarıstanı müstəqil siyasət yürüdən nadir dövlətlərdən biri kimi dəyərləndirməsi xüsusi əhəmiyyət daşıyır" - DEPUTAT
"Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında strateji tərəfdaşlığın dərin köklərə, ortaq dəyərlərə və geniş əməkdaşlıq imkanlarına əsaslandığını bir daha nümayiş etdirir", - bunu Sonxeber.az -a açıqlama verən deputat Mahir Süleymanlı deyib:
"Səfər çərçivəsində səsləndirilən fikirlər əlaqələrin həm tarixi və mədəni bağlar çərçivəsində, həm də müasir beynəlxalq münasibətlər sistemində birgə maraqlara əsaslanaraq inkişaf etdiyini təsdiqləyir.
Hər iki dövlət açıq dənizlərə birbaşa çıxışı olmayan, oxşar əhali sayına və ərazi ölçüsünə malikdir, həmçinin müharibə aparan ölkələrlə həmsərhəddir. Bu ümumi xüsusiyyətlər Azərbaycan və Macarıstanı bənzər geosiyasi və təhlükəsizlik çağırışları kontekstində yaxınlaşdırır, həm də həmrəylik və əməkdaşlığın möhkəmlənməsini stimullaşdırır. Dövlətimizin başçısının bəyanatında vurğuladığı kimi, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır.
Postmüharibə dövründə də Azərbaycanın nümayiş etdirdiyi sülh təşəbbüsləri beynəlxalq müstəvidə, o cümlədən Macarıstan tərəfindən müsbət qarşılanıb. Məlumdur ki, sülh müqaviləsinin ilkin mətninin müəllifi Azərbaycan olub və bu sənəd Ermənistan tərəfindən qəbul edilib. Ölkəmizin irəli sürdüyü iki əsas şərt sülh müqaviləsinin imzalanması üçün zəruri hesab olunur. Birinci şərt Ermənistan konstitusiyasında bu günə qədər qalmaqda olan və Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən müddəanın ləğv edilməsidir. Bu, sülhə aparan yolun hüquqi əsaslarını möhkəmləndirmək baxımından vacibdir. İkinci şərt isə Qarabağ münaqişəsini danışıqlar yolu həll etmək üçün vaxtilə yaradılmış, lakin faktiki olaraq fəaliyyətsiz qalmış ATƏT-in Minsk qrupunun de-yure ləğv olunmasıdır. Bu şərtlər ədalətli, hüquqa əsaslanan və regional sabitliyə xidmət edən yanaşmanı əks etdirir. Son illərin geosiyasi prosesləri göstərir ki, bu reallıqlar fonunda qarşı tərəf həmin tələblərlə razılaşmağa məcbur qalacaq. Çünki təqdim edilən şərtlər qeyri-real və ya birtərəfli deyil, davamlı və ədalətli sülh üçün rasional əsaslardır.
Azərbaycan ilə Macarıstanı ortaq mədəni-siyasi dəyərlər birləşdirir. Macar xalqının öz qədim tarixini qoruyub saxlaması onun türk dünyasına münasibətində də əksini tapır. Bu baxımdan Macarıstanın təşəbbüsü ilə Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi rəmzi mənaya və strateji əhəmiyyətə malik addımdır. Macarıstanın TDT ilə fəal əməkdaşlığı onun türk dünyasına bağlılığının göstəricisidir. Ötən il Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşünün davamı olaraq Macarıstanın bu il ikinci belə toplantıya ev sahibliyi etməsi təşkilat daxilindəki birlik və həmrəyliyi təcəssüm etdirir. Bu təşəbbüslər türk dövlətlərinin gələcəkdə daha sıx inteqrasiyasına şərait yaradır və Macarıstanın bu proseslərdə fəal iştirakını şərtləndirir.
Macarıstanın milli maraqlara əsaslanan qərarları və prinsipial mövqeyi onun suveren iradəsinin bariz ifadəsidir. Rəsmi Budapeştin öz mövqeyini açıq şəkildə ortaya qoyması onun dövlətçilik ənənələrinə və xalqın iradəsinə sadiqliyindən irəli gəlir. Məhz bu xüsusiyyətlərinə görə Prezident İlham Əliyevin Macarıstanı müstəqil siyasət yürüdən nadir dövlətlərdən biri kimi dəyərləndirməsi xüsusi əhəmiyyət daşıyır və strateji əməkdaşlıq baxımından yüksək dəyərləndirilir.
Macarıstanla qurulmuş qarşılıqlı etimada əsaslanan əlaqələr, siyasi dialoqun intensivliyi və iqtisadi-ticari əməkdaşlığın dinamikası iki ölkə arasında strateji tərəfdaşlığın önəmini göstərir. Dövlətimizin başçısının Macarıstana səfəri bu tərəfdaşlığın gələcək illərdə daha da möhkəmlənəcəyinə və yeni inkişaf mərhələsinə qədəm qoyacağına dəlalət edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi